Özbəkistan mediasında Azərbaycanla bağlı ən yaxşı məqalə müəllifləri mükafatlandırılıb

 

 

Azərbaycanın Özbəkistandakı səfirliyi bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin Azərbaycanın müstəqillik günü münasibətilə elan etdiyi "Özbəkistan KİV-lərində Azərbaycan haqqında ən yaxşı məqalə" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

 

Əvvəlcə mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin AMM-nin qarşısındakı abidəsi önünə əklil qoyublar.

 

Salonda ulu öndər Heydər Əliyevin həyat fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafı ilə bağlı nəşrlər, Viktor Andriyanov Hüseynbala Mirələmovun "Görkəmli adamların həyatı" seriyasından özbək Azərbaycan dillərində çap olunan "Heydər Əliyev" kitabı, Heydər Əliyev Fondunun "Qarabağ həqiqətləri" seriyasından rus ingilis dillərində nəşrləri, Azərbaycanın tarixi mədəniyyətinə dair əsərlər milli suvenirlərimiz nümayiş etdirilib.

 

Mərasimdə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bildirib ki, müsabiqə "Azərbaycan iqtisadiyyatı", "Azərbaycanda turizm" "Azərbaycan ədəbiyyatı" nominasiyaları üzrə keçirilib bu mövzularda ölkə mətbuatında bir çox məqalə dərc olunub.

 

Səfir deyib ki, müsabiqənin keçirilməsindən əsas məqsəd qardaş Özbəkistanın KİV-lərində Azərbaycan haqqında daha çox informasiya verilməsi ölkəmizin təbliğ olunmasıdır.

 

Sonra H.Quliyev səfirliyin diplomu pul mükafatlarını qalib jurnalistlərə təqdim edib, onlara daha böyük yaradıcılıq uğurları arzulayıb.

 

Bu nominasiyalarda prdrobno.uz portalının müxbiri Andrey Teşaev, sharh.uz saytının əməkdaşı Şərafətdin Tulaqanov uchildiz.uz portalının müxbiri Dilbar Turqanova birinci, kultura.uz mədəniyyət saytının əməkdaşı Rimma Sabircanova, silkway.uz portalının müxbiri Sergey Savçuk Kurbanov, "Kitob dunyasi" qəzetinin baş redaktoru Xasiyyət Rüstəmova ikinci yerlərə layiq görülüblər. Uchildiz.uz portalının əməkdaşı Tulkin Eşbek "Azərbaycanda turizm" nominasiyası üzrə üçüncü yeri tutub.

 

Hüseyn Quliyev şair tərcüməçi Usman Kuçkara Azərbaycan yazıçısı Yunus Oğuzun "Şah arvadı cadugər" kitabını, jurnalist Rüstəm Cabbarova isə "Azərbaycan yazıçılarının hekayələri" toplusunu özbək dilinə tərcümə etdiklərinə görə "Ən yaxşı tərcümə" nominasiyasında diplom pul mükafatlarını təqdim edib.

 

Jurnalistlər çıxışlarında bildiriblər ki, belə tədbirlər Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın daha da inkişafına dərinləşdirilməsinə xidmət edir.

 

Mərasim Özbəkistan incəsənət ustalarının konserti ziyafətlə davam etdirilib.

 

S.ABDULLAYEVA

525.ci- qəzet.- 2015.- 21 oktyabr.- S.7.