"Bölgələrdən paytaxta"nın növbəti ünvanı - Xaçmaz

 

 

Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə "Bölgələrdən paytaxta" adlı layihənin növbəti 9-cu təqdimatı Xaçmaz rayonuna həsr edilib.

 

Layihə çərçivəsində Mədəniyyət Turizm Nazirliyi, Bakı Şəhər Turizm İdarəsi Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun tarixini, mədəniyyətini adət- ənənəsini əks etdirən sərgi açılıb.

 

Əvvəlcə tədbir iştirakçıları Xaçmaz rayonunun sosial-iqtisadi inkişafını, zəngin mədəniyyətini, adət-ənənələrini, mətbəx nümunələrini, dekorativ tətbiqi sənət ustalarının əl işlərini, bölgənin turizm imkanlarını əks etdirən sərgi ilə yaxından tanış olublar.

 

Tədbirdə mədəniyyət turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, son illərdə Azərbaycanda mədəniyyət turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da müsbət təsirini göstərib. Dövlət başçısı tərəfindən qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çoxlu sayda yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzi istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülüb.

 

Nazir diqqətə çatdırıb ki, artıq ölkəmizdə respublika səviyyəli tədbirlərlə yanaşı, beynəlxalq tədbirlərin təşkili ənənə halını alıb. O, Azərbaycan mədəniyyətinin təbliğində inkişafında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərinin əvəzsiz olduğunu diqqətə çatdırıb.

 

Qeyd edib ki, Azərbaycanın qədim zəngin mədəniyyətinin geniş təbliği, regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni turizm potensialının nümayiş etdirilməsi məqsədilə baş tutan "Bölgələrdən paytaxta" adlı layihə Azərbaycanın mədəni tarixi potensial imkanlarından xəbər verir.

 

Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirib ki, bu gün regionların iqtisadi-sosial mədəni inkişafi dövlətimizin başçısının diqqət qayğısının nəticəsidir. O deyib ki, belə təqdimatlar hər bir regionun qədim tarixini, ənənələrini, incəsənət nümunələrini daha geniş formada tanıtmağa, nümayiş etdirməyə imkan verir.

 

Tədbirdə Xaçmazın müasir inkişafını əks etdirən videoçarx nümayiş olunub. Tədbir konsert proqramı ilə davam edib.

 

İlin sonunadək layihə Zaqatala rayonuna Gəncə şəhərinə şamil ediləcək.

 

S.ABDULLAYEVA

525.ci- qəzet.- 2015.- 21 oktyabr.- S.