"Ziyalı ünsiyyəti"ndə bu dəfə Hüseyn Cavid anılıb
"Aydınlığa doğru" milli-mənəvi
dəyərlərin qorunması
İctimai Birliyi ənənəvi "Ziyalı
ünsiyyəti" layihəsi
çərçivəsində növbəti görüşü
XX əsr Azərbaycan
ədəbiyyatının klassiki
Hüseyn Cavidin
133-cü ildönümünə həsr edilib.
Tədbiri giriş sözü
ilə açan birlik sədri Solmaz Əmirli qonaqları salamlayaraq davamlı layihə olan "Ziyalı ünsiyyəti"nin yeni
mövsümdə ilk görüşünün
dahi şairə həsr edilməsinin sevindirici hal olduğunu söyləyib:
"Şairin qızı
Turan xanımı yaxından tanıyıram, dəfələrlə
ondan müsahibə almışam. Həmişə tünd rəngli
eynəkdə olan Turan xanım gözlərində olan ailə faciəsini, kədəri sanki bununla gizləməyə çalışırdı. İnanıram ki, burda iştirak edən gənclərimiz Cavid irsini daha dərindən
öyrənəcək. Allah millətimizin cövhərini elə yaradıb ki, yeni cavidlər yetişəcək".
Hüseyn
Cavidin nəşinin Sibirdən Azərbaycana gətirilməsində böyük
xidməti olan, ömrünün 40 ilini Cavid irsinin öyrənilməsinə
sərf etmiş daxili xidmət polkovniki Həmid Cəfərovun şəxsi
arxivindəki videolentlər
əsasında
"Aydınlığa doğru"nun əməkdaşı,
telejurnalist Günel Mönsümovanın təşəbbüsü
və rəhbərliyi
ilə hazırlanmış
qısa film nümayişindən
sonra Həmid Cəfərov çıxış
edib. H. Cəfərov Ümummilli lider Heydər Əliyevin 12 oktyabr 1982-ci il qərarından sonra polkovnik Telman Əliyev və o zaman SSRİ-nin ən cavan deputatı
olan Zakir Nəsirovla birlikdə qürbətdə 59 yaşında
dünyasını dəyişib
59 nömrəli qəbirdə
məhbus kimi dəfn olunan şairin nəşini vətənə gətirmək
üçün getdikləri
Sibir səfərindən
ətraflı söz açıb. Filologiya üzrə fəlsəfə
doktoru Siracəddin Haci Cavid kimi
ürəyi milli təəssübkeşlik hissi
ilə döyünən
minlərlə Azərbaycan
oğlunun Sovet imperiyasının maraqlarına
qurban getdiyini bildirib.
Fəlsəfə elmləri doktoru, professor Rəfiqə Əzimova
"planetar təsəvvürə
malik filosof" olan Cavidin irsinin
gənc nəslə ötürülməsinin çox
önəmli olduğunu
vurğulayıb.
Fəlsəfə üzrə fəlsəfə
doktoru Leyla Nəzirzadə Cavidi bütün bəşəriyyətə
insanlıq dərsi verən bir filosof kimi səciyyələndirib.
"Space
104 FM" radiosunun direktoru
Əhməd Əsgər,
"Kaspiy" qəzetinin
müxbiri, əməkdar
jurnalist Qalina Mikeladze, Telman Əliyev, Zakir Nəsirov çıxışlarında
Cavid irsinin əhəmiyyətindən söhbət
açıb.
Tədbirdə həmçinin Hüseyn
Cavid muzeyinin elmi katibi Natiq
Mürsəlov, Müdafiə
Nazirliyi Məhkəmə
Tibb Ekspertiza Mərkəzinin həkim-eksperti
Səfərbəy Səfərbəyov,
yazıçı Mənzər
Nigarlı, fəlsəfə
üzrə fəlsəfə
doktoru İradə Zərqanayeva, sənətşünaslıq
doktoru Sevil Fərhadova, gənc rejissor Elçin Elxanlı, ali məktəb tələbələri,
müəllimlər və
şagirdlər iştirak
edib.
S.MÜRVƏTQIZI
525.c- qəzet.- 2015.- 21 oktyabr.- S.7.