"Qisas almadan ölmə..." Tbilisidə maraqla qarşılanıb

 

Gürcüstanın paytaxtında keçirilən beynəlxalq kino festivalında Azərbaycanın Xalq artisti, tanınmış rejissor Oqtay Mirqasımovun "Qisas almadan ölmə. Keçmişdən məktublar" filmi nümayiş olunub.

 

Tbilisidəki İncəsənət Universitetində keçirilən təqdimatda çıxış edənlər Oqtay Mirqasımovun yaradıcılığından danışıb, onun rejissoru olduğu filmlərin mahiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, "Qisas almadan ölmə. Keçmişdən məktublar" filmi çox gözəl səhnə əsəridir bu, rejissorun qeyri-adi istedada malik olduğunu bir daha sübut edir.

 

Oqtay Mirqasımov çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olanlara, xüsusən kino əsərinin Gürcüstanda lentə alınmasında iştirak edənlərə minnətdarlığını bildirib.

 

Xalq artisti Gürcüstanla bağlı xatirələrini bölüşüb.

 

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət humanitar məsələlər üzrə müşaviri Samirə Ağayeva, bu ölkənin mədəniyyət incəsənət xadimləri iştirak ediblər.

 

O.Mirqasımov mətbuata müsahibəsində bildirib ki, "Qisas almadan ölmə. Keçmişdən məktublar" filminin çəkilişləri Azərbaycanda, Gürcüstanda Almaniyada aparılıb: "Böyük Vətən müharibəsi illərində almanların Azərbaycandan deportasiya olunmasından, eləcə müasir dövrün hadisələrindən bəhs edən filmdə qisasa, intiqama çağırış deyil, insana, insanlığa məhəbbət, mərhəmət təbliğ olunur. Film artıq bir neçə ölkədə uğurla nümayiş etdirilib düşünürəm ki, Gürcüstanda da maraqla qarşılanacaq.

 

Filmdə Ramiz Əzizbəyli, Ayan Mirqasımova, Qurban İsmayılov, Giya Caparidze, Revaz Tvalkviladze, Diter Hallervorden, Ulrix Rexenbax, Haynt Kryukeberq başqaları çəkiliblər".

 

 

 

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 22 oktyabr.- S.7.