Oktyabr "Ulduz"u

 

 

Bugünlərdə "Ulduz" jurnalının oktyabr sayı nəşr olunub. Jurnal Sadıq Elcanlının "Bütöv oxuduğum jurnal" adlı "sentyabr sayına baxış"la açılır.

 

Ekspert qeyd edib ki, "Ulduz" jurnalının sentyabr sayında bölgələrdən ədəbi səslər, gənc müəlliflər təqdim olunub ki, bu, təqdirolunası, diqqətəlayiq cəhətdir. S. Elcanlı vurğulayıb ki, mən heç vaxt heç bir jurnalı əvvəldən axıradək oxumamışdım:

 

"Ekspertlik məsuliyyət tələb etdi, oxudum, yəni "Ulduz" ömrümdə bütöv oxuduğum ilk jurnal oldu. Hər halda etiraf edim ki, işin çox, zamanın, vaxtın az olduğu vəziyyətdə jurnalı əvvəldən axıradək diqqətlə oxumağın ləzzətini duydum. "Ulduz" jurnalının 2015-ci il sentyabr sayında müasir Azərbaycan ədəbi-mədəni prosesinin ağrı sevinclərinə, arzu ümidlərinə, uğurlu addım səslərinə şahid oldum. Bu ötərgi qeydlərimi Azərbaycan milli mətbuatının zirvə jurnalı "Molla Nəsrəddin"in yaradıcısı, dahi Mirzə Cəlili Məmmədquluzadənin ədəbiyyat məbədgahımızın giriş qapısına yazılmağa layiq olan əbədi aktual sözləri ilə bitirirəm: "Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir. Bu ola gərək hər bir qələm sahibinin amalı...Sözün doğrusunu danışmaq hünərdir..."S. Elcanlı həmçinin "Ulduz" jurnalı ilə birgə  oxuculara hədiyyə edilən Xalq yazıçısı Elçinin "Kaşeyin taleyi" əsər ilə bağlı fikir düşüncələrini qələmə alıb: "Böyük ədəbiyyat adamının "Kaşeyin taleyi" adlı kiçik bir kitabının cazibəsinə düşdüm.

 

Kitabdakı hər iki əsər-"Kölgə" hekayəsi "Kaşeyin taleyi" povesti eyni şəkildə, əvvəlin "sonra"sından başlayır, kiçik bir kəndin timsalında dövrün aysberq kimi görünməz, gizli dərdlərinə, problem perspektivlərinə əlahəzrət ədəbiyyatın sirri-xuda öncəgörən güzgüsünü yönəldir..."

 

Ekspert  yazısını Sevinc Mürvətqızının özüylə söhbəti "İblisin Madonnasının yandırılmazdan öncəki nitqi" essesi izləyir.

 

Jurnal AYB Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzi ilə birgə yenidən "Variasiya" layihəsini təqdim edir. Ayb.az saytının informasiya dəstəyi, şair-tərcüməçi Səlim Babullaoğlunun ekspertliyi ilə davam edəcək tərcümə müsabiqəsinə Polşa şairi Çeslav Miloşun rus dilində şeiri ilə start verilib.

 

Poeziyasevərlər dərgidə Dəyanət Osmanlı, Əlizadə Nuri, Gülsadə İbrahimli, Elnur Abdiyev, Hicran Hüseynova, Həsən Xasiyev  Samirə Ağayevanın şeirlərini oxuya bilərlər.

 

Qan Turalının "Üç film, bir müəllim və idealizm", Məleykə Alıqızının "Tanıdaq dünyaya öz kökümüzü" yazıları, İbrahim İbrahimlinin esseləri də jurnalın bu sayında dərc olunub.

 

Professor Vaqif Yusiflinin Yusif Səmədoğlunun 80 illiyi münasibətilə qələmə aldığı  "Deyilənlər gəldi başa" yazısı jurnalın "Ustad" rubrikasında təqdim edilib.

 

Jurnalın bu sayında Xanım Aydının "Gün...El", Alpay Azərin "Ətirli məktub", Namaz Məmmədoğlunun "Dəli", Telli Pənahqızının "Son məktub" hekayələri işıq üzü görüb.

 

Qəşəm Nəcəfzadə ənənəvi "Hücrə"sində  bu dəfə Elməddin Nicatın yaradıcılığından söz açıb.

 

"Ulduz" jurnalı ilə ayb.az saytının "Ədəbiyyat üzrə Nobel mükafatları laureatları" adlı birgə layihəsində İlham Abbasov bu dəfə polyak yazıçısı Vladislav Reymontdan bəhs edib.

 

AYB-nin Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadənin təqdimatında Ruslan Ələkbərlinin şeirləri jurnalın bu sayında öz əksini tapıb.

 

Jurnalın "Dərgidə kitab" layihəsində Günel Treu şeirləri ilə çıxış edir.

 

Jurnalın oktyabr sayını alan oxucular professor Gülşən Əliyeva-Kəngərlinin "Füzuli poetikası" kitabını hədiyyə olaraq əldə edəcəklər.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 23 oktyabr.- S.7.