Gənc Ədiblər Məktəbinin yeni məzunlarına diplomlar
təqdim olunub
Ötən gün Azərbaycan Yazıçılar Birliyində
(AYB) 2-ci dönəm Gənc
Ədiblər Məktəbinin
(GƏM) məzunlarına diplomlat
təqdim edilib.
Tədbiri AYB-nin katibi,
GƏM-in rəhbəri Rəşad
Məcid açaraq Məktəbin yaranması
və fəaliyyəti
haqqında məlumat verib:
"2008-2010-cu illərdə Mədəniyyət və
Turizm Nazirliyinin AYB ilə birgə yaratdığı Gənc
Ədiblər Məktəbi
bu gün artıq ikinci fəaliyyət dönəmini
başa çatdırır. 2007-ci ildə
Azərbaycan Prezidentinin
sərəncamı ilə
incəsənət və
ədəbiyyat sahəsində
istedadlı gənclərə
təqaüd verilməsi
GƏM-in fəaliyyətini daha da səmərəli
edib".
Tədbirdə 2-ci dönəm GƏM-in koordinatoru Emin Piri də çıxış
edib:
"Bu dəfə Gənc
Ədiblər Məktəbinə
200-ə yaxın müraciət
olmuşdu. Bu üzvlərdən
indi cəmi 50 nəfər diplom aldı. Əlbəttə, GƏM öz fəaliyyətini
gələcəkdə də
davam etdirəcək.
Yeni gələn gənclərə
uğurlar arzulayıram".
GƏM-in
üzvlərindən Vəfa
Mürsəlqızı, Gülnar
Səma, Mehman Rzayevin çıxışlarından
sonra Rəşad Məcid gənclərə
diplomları təqdim
edib.
Müşfiq ŞÜKÜRLÜ
525-ci qəzet.- 2015.- 23 oktyabr.- S.7.