TÜRK
ƏSGƏRİ
Türk əsgəri!
Sən şəhid olma!
Sən şahin ol!
Zirvələr yaraşır sənə.
Zirvələrə qon!
O ziyankar,
o qəddar
Quldurlara
- son!
Türk
əsgəri!
Sən ki, haqsan!
Dayanmısan keşiyində
Hürriyyətin, ədalətin!
Sən ki, məğlub olammazsan,
Sənə qalib gəlmək-çətin!
Sənə tərəf güllə
atan
bir ovucdur.
Sənin
kimi ər igidlər-
Milyon-milyon!
O şərəfsiz, əliqanlı
Xainlərə - son!
Türk
əsgəri!
Sən qadirsən!
Sən ucasan!
Allah səni
Türk
yaradıb!
Düşmənini seç!
Bizdə
ermənidi,
Sizlərdəki kim?
O eybəcər alçaqları
Tapdalayıb keç!
Qoy ucalsın zirvələrdən
Ay-ulduzlu bayrağın!
Yad nəfəsdən, yad səsdən
Birdəfəlik
Təmizlənsin torpağın!
Səni
səngər çağırmaqda,
Lazım
gəlsə
Günəşdə yan!
Şaxtalarda don!
Sağ cinahda-mən hazır!
Dövrəmizdə xainlər var.
Xəyanətə - son!
Cinayətə - son!
QARABAĞ
ATLARI
Qığılcım qoparar
Daşlardan nalları.
Dağlardan-dağlara
Uzanar yolları...
Qəzəbdən çeynəyər çayları,
otları
Qarabağ atları!
Didərgin düşəli
hayqırar, kişnəyər,
Yo lunu kəsənə
“yolumdan
keç” -deyər.
O ülgüc dırnağı
xışlayar yadları
Qarabağ atları!
Qızılı, kürəni,
parlayan
rəngi var.
Qarşıda hücumu,
döyüşü, cəngi
var.
Sıçrayıb keçəsi atəşi, odları
Qarabağ atları!
Üzəngi həm məni,
həm
səni gözləyir.
Yəhəri Məmmədi,
Həsəni gözləyir...
“Hardasız?”- soruşar yaylağı,
yurdları-
Qarabağ atları?!
Çiynində al-əlvan
dalğalı
bayrağım.
Ağdamdan, Şuşadan
gələcək
sorağı...
Vətəndir, torpaqdır,
tarixdir
adları
Qarabağ, Qarabağ,
Qarabağ atları!
İLK
DƏFƏ BAKIYA QƏDƏM QOYAN QIZ
İlk dəfə Bakıya qədəm qoyan qız,
Bakı bayramxana, toyxana deyil.
Gəlmək istəyənə “gəl”
- deyər sözsüz,
Amma hər yetənə bir ana deyil!
Nurlu sarayları, bağı, bağçası,
Bu yar-yaraşıqdan adam doyarmı?!
Sənin
taleyinsə bir sirr boğçası,
Gələn sabahlardan xəbərin varmı?
Qoru çiçək kimi xəyallarını,
Qoru titrəməsin,
ləkə düşməsin.
Sənin
zirvədəki duyğularına,
Biganə,
yalançı əl
yetişməsin!
Qönçələr güllənər
sən gələn günü,
Səsini küləklər təki
eşitsin.
Allahdan istərəm, Bakı eşitsin,
Sənin
ürəyinin döyüntüsünü,
Bakıya
ilk dəfə
qədəm qoyan qız!
ƏYİLİB
ÜZÜNDƏN ÖPDÜM
Ağdam
şəhər 1 nömrəli
orta məktəbdə
oxuduğumuz vaxtdan tanıdığım unudulmaz
Şakir Kərimovu xatırladım
Üzünə baxdım,
Gözləri payız kimiydi...
işığı uçub
getmişdi...
Təbəssümü qa ralmışdı...
Yastığa söykənib
dikəlməyə
çalışdı,
Bacarmadı, dikələ bilmədi.
-Qapıda qalmışdı
gözüm,
yaxşı
ki, gəldin-dedi.
İndi
get, olma narahat.
Fikir eləmə,
Özündən muğayat ol,
rahat
yat...
Hə-dedim, nə vaxt
gedəcəksən
Şüvəlana, bağa?
Mən də gəlləm,
Nərd atarıq, çay içərik,
dərdləşərik...
(indi hanı
onun kimi
İstiqanlı, canıyanan,
dərdəşərik...)
...Əlini uzatdı
Barmaqlarımı sıxdı.
Əyilib
üzündən opdüm,
Otaqdan çıxdım...
O, səhərə çıxmadı...
Həmin
gündən elə bil
Sağ əlim mənim deyil...
Keyləşib barmaqlarım...
O əlin arxasına
şütüyür
Ömrün sürət qatarı...
CİBİNİN
FİKRİNİ ELƏMƏ
Cibinin fikrini eləmə, dostum.
Heç
batma da qəmə, dostum,
Vecinə alma...
Cibdir də
Dolar da, boşalar da...
Günlərin bir günündə
lap elə boş qalar da...
Dünyadır da
Onu da başa düşmək
olar...
Boş cib yayda da
üşüyər.
Dolu ciblə
Lap elə cənab Əzraillə
güləşmək
olar...
Bu ağzıaçıq ciblər
Kefi kök olanda
Kimlə
istəsə
oturub-durar,
Kimləsə “yüz-yüz” vurar...
Ciblər
tanıyıram
Haram üçün
Yaxacıran ciblər...
Pencəyə, şalvara
Sığışmayan
Havalanıb quduran ciblər...
Odeyy, biri var
Dəsmal
kimi qatlayıb
Cibinə
qoyub dünyanı...
“Əlin cibində olsun”- deyən
filankəsin
indi səsi-sorağı
hanı?...
...Cibinin fikrini
eləmə,
dostum!
Cibinin canı sağ olsun!
Üzü ağ olsun!
Gözləri görsün!
Sir-sifətindən
istəklərin tökülsün,
Cibin gülsün, dostum!...
BOŞANMIŞ
QADININ HEKAYƏTİ
-Onun sözlərinə inandım...
Onunla çıxmışdı adım
xeyirdə-şərdə...
Amma hərdən
Mənə elə gəlirdi
ki,
O, başqa bir planetdən gəlib,
Heç Yer adamına bənzəri yox.
Elə bil Yer üzündən xəbəri yox.
Onu nə toyda şadlanan
Gördüm,
Nə də yasda kədərlənən...
Özüymüş sən demə
Kölgə olub
Başım
üstə hərlənən...
Çayını, çörəyini ver,
Getsin, gəlsin,
yesin,
yatsın.
İstəmirdim ki,
qanımı qaraltsın.
Aylarla axtarmaz
ata-anasını.
Çoxdan çıxarıb yaddan
Bacı,
qardaş dünyasını...
Bir çay məclisinə, filana
Dəvət edəni yox.
Evinə gəlib-gedəni yox.
Bu naməlum vücudun
Məlum tərəfi, gü nahı-bu.
Kimdir, nədir,
nəçidir
axı, bu...
...Qollarımı göylərə
qaldırıb
Tanrıma çox yalvardım,
Hər gün onu görmək
əzabından qurtardım...
Sən demə,
Əfsanəymiş, nağılmış
Boş ümidim, boş andım...
Çürük bir diş kimi
Çıxarıb atdım onu-
Boşandım!..
YAXŞI
Kİ
Uzaq-uzaq
üfüqlərdən-
üfüqlərə
Hara uçur bu quşlar?
Bu sonsuzluğa
üz
tutmuşlar..
Bəlkə anlayan tapılmadı
Onları
bu Yer üzündə...
Ya bir məna görmədilər
Yer üzünün
gecəsində,
gündüzündə...
Kimlərsə daşa tutdu,
Kimsə durub çöp uzatdı yuvasına.
Tüstü, duman qatan oldu
havasına...
Yaxşı ki, göylərə
əli çatmır
yerdəkilərin...
Yoxsa, Göy üzünə çılpaq çıxan
Ulduzlara
əl atıb
sataşardılar...
...Bu quşlar hardasa
bəxtiyardılar,
Mən də bu quşlara
qoşulub
uçasıyam
bir gün
Sirrimi buludların o üzündə
açasıyam bir gün...
Göy qübbəsi
Quş yuvası deyil.
Yaxşı ki, əlləri
çatmır
yerdəkilərin...
Yoxsa, silib pozardılar
Göy üzünü...
DİLETANT
Bu “çoxbilmişi”
Kim eşələyib
Çıxardıb
üzə,
İndi
“dərs deyir” bizə...
Hardan peyda oldu bu
Şairə, şeirə “yol göstərən”?
Bu cahillər arasında “ən...”
Bu odu-ocağı
samandan
qalanmış...
Sən demə, Nizami,
Füzuli,
Nəsimi yalanmış...
Nə Sabir -sənətkar,
Nə Müşfiq, nə Bəxtiyar...
Şairlik -nə sənət?
Sən demə bu bir
oyunmuş,
həvəsmiş...
Şairə sənətkar söyləmək-
qəbahət...
...Şairlərə daş
atan var.
Ruhumuzun
beşiyinə
sataşan
var...
Siz
Allah!
Ayıq
olun!
O bənd-bərəni kəsin
Ən birinci
Hörükləyin qələmini
filankəsin!..
KİŞİNİN
SON GECƏSİ
Gecə yarıdan keçmişdi.
Qohum-əqrabası
Çarpayının dövrəsinə
yığışmışdı
kişinin...
Xəstə haqq-hesabını çəkirdi
keçmişinin...
-Hə, axır nəfəsimdi,
yol
üstəyəm,
Sizdən
nə umum, nə istəyim?..
Əmioğlusu Göyə qaldırdı
əllərini:
-Darıxma, səbirli ol,
yaşamısan illərini...
-Filankəsin mənə borcu var,
Mənim borcum yoxdu
heç kəsə...
Oğlu:-Əşi, yaxşı, bəsdir-dedi
Dodağı əsə-əsə...
-Gələn aya qaldımı
Alməmmədin qəbulu
Bir yerdə neçə eylər
işıqpulu, qazpulu...
Hamı bir-birinə baxdı...
Qudası keçdi yan otağa
Deyəsən darıxdı...
-Baxmayın bu boş göstərişə,
söz-söhbətə,
Üçümü, qırxımı
qaydasınca verin ha...
Xanımı dilləndi:
-Yaxşı, a kişi
Sakit ol daha...
...Gecədən xeyli keçmişdi,
Qalanlar mürgü vurmaqdaydı,
Gedənlər tək-tək,
Qoşa-qoşa
getdi...
Kişi
elə beləcə-
Danışa-danışa
Getdi...
Ramiz Məmmədzadə
525-ci qəzet.-
2015.- 24 oktyabr.- S.28