Anasına güloğurlayanuşaq

 

 

Uşaqları çiçəklərə bənzədirlər, yaxud da əksinə, amma nədənsə qadın deyəndə gül yada düşür. Gül qadın. Bunu elə belə, gəlişigözəl söz kimi demədim...

 

Mənim işə gedib-gəldiyim yolun üstündə bir neçə xiyaban lək var. Onun birində daim tərəvəz əkilir. fəsillərə uyğun olaraq tərəvəzin növü dəyişir. O, ləklərə qulluq edən adamların işgüzarlığına, təbiət ailə sevgisinə qibtə edirəm, ürəyimdə onları sevirəm . Bir ləkdə isə dövrələmə qızılgüllər əkilib: yay-qış həmin kolların üstündə güllər qızarır. Həmin gülləri ötən yaz ağsaqqal bir kişi hardansa gətirib əkmişdi. Əvvəllər mən onu köhnə məhləmizdə yaşayan qoca bağbana bənzətmişdim, amma hesablayanda görmüşdüm ki, həmin adam ola bilməz, çünki bağban daha yaşlıydı. Sözüm bunda deyil.

 

Qızılgül sahibinin əli qədər yüngül, ürəyi qədər təmizmiş ki, o kolların hamısı tutdu, belə demək mümkünsə, bar gətirdi. Onları saymışdım, on bir ədəd idi. həmin gülləri kiminsə qopartmasına o kişi dözərdi, mən. Amma sən demə, o dözərmiş.

 

Adi günlərin birində ordan keçərkən qəribə mənzərəyə rast gəldim. Həmin ağsaqqal kişi gülləri sulayırdı, onun yanındakı ağacları da eləcə. Balaca bir oğlan uşağı oğrun-oğrun qızılgül koluna yanaşdı, bir gül qopartmaq istədi, amma əlinə tikan batdığından tez əlini çəkdi. Kişi, bostan sahibi ona yaxınlaşdı gözlədiyimin əksinə olaraq, uşağı danlamadı, həmin gülü cibində gəzdirdiyi qayçıyla kəsərək uşağa verdi. Uşaqsa o gülü bir az aralıdakıbesedka”da (sözxanada) oturmuş cavan qadına apardı. Güman ki, qadın onun anasıydı sevincindən uşağı bağrına basıb üz-gözündən öpdü. Düzdü, analar onsuz da balalarını, xüsusən oğlanlarını çox istəyir. Bəlkə bu, ərindən görmədiyi qayğının əvəzinədir, boşluqları doldurmaq istəyidir.

 

-Hər uşaq bir gül dərsə, burda heç qalmaz ki, - deyə daim salamlaşdığım gül sahibinə dedim.

 

-Analara olar. Uşaq o gülü anasına aparır hər dəfə bura gələndə belə edir, -dedi.

 

Onda mən öz oğlumu xatırladım. O da uşaq vaxtı, ağacda, ləkdə, parkda gül görəndə anası üçün dərirdi. Mən bunu ona qadağan eləməyə çalışsam da, nəticəsi olmadı ana-bala sevgisi mənim iradlarımı üstələdi. İndi, yəqin ki, uzaq şəhərdə yaşayan oğlum öz xanım dostlarına, sevdiyi qızlara gül bağışlayır. Hər halda mən bunun belə olduğuna inanmaq istərdim.

 

Qaldı ki, balaca uşağa onun anasına... Hər ikisinin üzündə olan sevinc bu dünyanı rövnəqləndirən, işıqlandıran bir hadisəydi yəqin ki, heç nəylə əvəz olunmazdı.

 

Kitab oğrusunu qınamadığımız kimi, anasına güloğurlayanuşaqları da anlamalı, hətta sevməliyik.

 

Əslində isə ana-balaya o sevinci bəxş edən gül sahibi olan həmin ağsaqqal kişiydi uşağın bu hərəkəti ona həyatda çoxdandan unutduğu sevinci yaşadırdı. Bəlkə o kişi elə mən özüm idim. Kim bilir...

 

Oktyabr 2015

Elçin Hüseynbəyli

525-ci qəzet.- 2015.- 24 oktyabr.- S.25