Siyavuş Məmmədzadənin sirli istəyi
2 oktyabrda onu gözlənilmədən 80 illiyi
yaxaladı.
Özü də təəccüb edir: doğrudanmı bu
sanballı rəqəm onun dünyamızda fiziki
mövcudluğunu dəqiq hesablayır? Mən də
çaşqınlıq içərisindəyəm:
doğrudanmı bu sadəlövh, uşaq kimi təmiz ürəkli
və həyatın müdrikləşdirdiyi, gözləri kədərli
filosofun 80 yaşı var? Amma bununla belə həyat yolumuzun
pillələrini göstərən rəqəmlər,
heç nə demək
deyil. Hər şey kifayət qədər şərtidir.
Puşkinin duel ərəfəsində
yaşı neçə idi? 37 yoxsa tam 370?
Bəs Yeseninin ya Müşfiqin?
Hesablamağı
kim öhdəsinə götürər...
Əgər Siyavuş Məmmədzadənin bütün
yazdıqları və tərcümə etdikləri səma tərəzisində
ölçülsə, onda onun yaşı bəlkə də
300-dən xeyli çox olar. Ya 400-dən çox? Hər halda o, təkcə
əla tərcümə etdiyi XIX və XX əsr klassiklərinin
yaşıdı deyil, o həm də bu yaxınlarda
Siyavuşun parlaq tərcüməsində “Leyli və Məcnun”
poemasını böyük həzlə rus dilində yenidən
oxuduğumuz böyük Füzulinin müasiridir (bu poema ilk dəfə
1958-ci ildə A.Starostin tərəfindən tərcümə
olunmuşdur). Şəxsən Siyavuş bu tərcüməni
özünün əsas həyat uğuru hesab edir.
Əslində, fikrimcə, sadəcə Siyavuşun ədəbi
yolunda uğursuzluq olmamışdır. Onun
üçün hər tərcümə bəslənib zehinlərə
ötürüləsi pöhrə, fidandır.
İlahi, bu illər ərzində o, daha nəyi və kimi tərcümə
etməyib!
Tərcümələri arasında klassiklər də
var, heç tanınmayanlar da, ustadlar da, cavanlar da. Poeziya da var, nəsr
də, publisistika da, səhnə əsərləri də.
Amma o özü də
yaradıcılığında ənənəni və
şeiriyyətin müasir ahəngini birləşdirən
gözəl şairdir.
Mən
poeziyanın böyük bilicisi deyiləm, ona görə
Siyavuş Məmmədzadənin tərcümələrinin keyfiyyəti barədə
başqalarının, daha səriştəli olanların
sözlərilə danışacağam. Bu
yaxınlarda Moskvada məşhur rus ədibləri ilə
birlikdə bizim də İlham Bədəlbəyli, Alla
Axundova, Çingiz Əlioğlu kimi istedadlı söz ustalarımızın
çıxış etdikləri poeziya gecəsi
keçirilmişdir. Çingizin keçən il
çox mötəbər Rusiya nəşriyyatı
“Xudojestvennaya literatura”da şeirlər kitabı çıxıb (yeri gəlmişkən, bu, ədəbiyyatımız
üçün bir hadisə idi, amma günlərin, olub
keçənlərin qarışığında buna
xüsusi diqqət verməmişik). Şeirlərin
tam yarısı Siyavuş Məmmədzadənin tərcüməsində
verilib. O da deyilməlidir ki, Çingiz Əlioğlunun
poeziyası müasir mürəkkəbliyi və fəlsəfiliyi
ilə yanaşı leksik alliterasiya zənginliyinə malikdir və
bunu tərcümədə təkrar yaratmaq son dərəcə
çətindir.
Çingiz Əlioğlunun dediyinə görə onu bir
çox məşhur rus şairləri (məsələn,
V.Sosnora, P.Vegin, P.Serebryakov və s.) tərcümə ediblər,
lakin onun üslubunu və ibarələrinin səslənməsini
hamıdan yaxşı azərbaycanlı Siyavuş Məmmədzadə
ifadə edə bilmişdir.
Lakin Moskvadakı poeziya gecəsinə qayıdaq. Digərləriylə
yanaşı Çingiz “Unutma məni” şeirini oxudu.
Orada belə bir bənd var:
O nədir,
göylərdə şimşək oynayır,
Çaxnaşıb
baş-başa gəlir buludlar!
Sonra da bir leysan yerdən qaynayır.
İnləyir
yağışın titrək kamanı,
Göylər
də dinləyir həmən nəğməni:
Unutma məni...
Unutma məni...
S.Məmmədzadənin
tərcüməsi:
Ziqzaqi
molniy vspıxivaöt qnevno,
Stolknulisğ
tuçi, vstavşie stenoy,
İ
xlehet livenğ s pasmurnoqo neba,
İ
stonut strui stılıe strunoy,
İ
slışit ston ix vlajnaə sternə:
Ne
zabıvay... Ne zabıvay menə...
Gecədə
iştirak edən və həmçinin şeirlərini oxuyan
Rusiya poeziyasında yeni generasiyanın parlaq nümayəndəsi
Viktor Qofman tədbirdən sonra Çingizə
yaxınlaşıb və soruşub: “Doğrudanmı bu
gözəl tərcümə Bakıda yaşayan rusdilli azərbaycanlının
qələmindən çıxmışdır? Çox az müasir rus şairi bu cür misralar yaza
bilər”. Necə deyərlər, şərhə
ehtiyac yoxdur.
Nəsr tərcüməsinə gəldikdə isə
Siyavuş yaradıcılığı boyu əlbəttə
çox sayda yazıçıları tərcümə edib. Lakin şəxsən
mənim üçün “Heydər Əliyev. Şəxsiyyət və Zaman” bioqrafik
romanının ikinci cildində onun tərcümə etdiyi
böyük fəsil həqiqət anı olmuşdur. Kitablarımı oxumuş bir çox ədiblər
deyirdilər ki, rusdilli Siyavuşun qələminin toxunduğu
hissə romanın Azərbaycan dilinə ən yaxşı tərcümə
olunduğu səhifələrdir.
Prinsipcə, bu qəribə “rusdilli” istilahı
Siyavuşa çoxdan münasib deyil, o, birmənalı olaraq
ikidillidir, hər iki dili eyni dərəcədə gözəl
bilir. Siyavuş Məmmədzadə eyni qədər hər
iki - rus və Azərbaycan mədəniyyətinə məxsusdur.
O, bir də Ukrayna və bolqarcanı bilir və ədəbi
nümunələrini eyni ustalıqla tərcümə etdiyi və
bu gün də davam etdirdiyi bir çox slavyan dillərini
başa düşür.
Heç bir xəstəlik, ən ağır nasazlıq
da onu bircə gün belə sevimli işindən soyuda bilməz. Və onun əsas
xoşbəxtliyi, əsas dincliyi yazı masasının
arxasındadır. Maraqlı faktdır: çətin əməliyyata
qatlanıb xəstəxanadan çıxmış Siyavuş
elə sabahı
gün Yazıçılar İttifaqına gəldi.
“Literaturnıy Azerbaydjan” redaksiyasının yerləşdiyi
sevdiyi dördüncü mərtəbəyə qalxdı,
şahmat lövhəsini açdı və oturub rəqib
intizarında öz-özüylə növbəti partiyanı
oynamağa başladı (Siyavuş - həris
şahmatçıdır, tərcümələrdən sonra
bu onun həyatda olsun ki əsas həvəsidir). Bu
yenilikdən xəbər tutan redaksiyasının və
Yazıçılar İttifaqı aparatının
çoxsaylı kollektivi yüngül nəfəs aldı:
Siyavuş öyrəşdiyi yerə qayıdıb, deməli
bizdə hər şey əvvəlki axarıyla gedəcək.
Bu insan çoxdan bizim yazıçı
birliyimizin canlı rəmzi və əfsanəsi olmuşdur,
bura isə onun həqiqətən ikinci evinə
çevrilmişdir.
Ümummilli liderimiz, böyük Heydər Əliyev
Siyavuş Məmmədzadəni şəxsən
tanıyırdı. Yadımdadır, şairlə siyasətçi
Bolqarıstan və Rumıniya səfəri boyu necə
mehribancasına söhbət edirdilər, tədbirlərin
birində isə Heydər Əliyeviç Siyavuşa azərbaycancadan
bolqar dilinə tərcüməni etibar etdi.
Heydər
Əliyevin sağlığında Siyavuş heç vaxt ona
şeir ithaf etməmişdi, ölümünə isə təsirli misralarla
öz münasibətini bildirdi və mən roman-tədqiqatımın
sonuncu cildini həmin şeirlə bitirdim. “Ürək
çatışmazlığı” adlanan şeirdən bəzi
bəndləri nümunə üçün verməyə
bilmərəm:
Təbiət
varını əsirgəmədi,
Belə qüdrətlə siz yüz yaşayardız.
Bağlı
qapıları bir-bir açardız,
Yaralar, acılar aman vermədi.
Onların
hesabı gələrmi saya,
Qorbaçov
Kremlinin soyuq havası,
Yurd
“naqqallarının” dayaz harayı,
Doğma
obaların aciz davası...
Əyilmək
bilmədi uca başınız,
Vətənin şərəfi, haqqı naminə.
Koriolan
sayağı durduz mərdanə,
Əcəllə
başlandı son savaşınız...
Möhtərəm
təbiblər, can nasazlığı,
Sizin səriştəniz
üçün nədir ki...
Əsrimizin
ürək çatışmazlığı,
Mərhəmət
qıtlığı üzdü nəhəngi...
“Sirli istək” - Vasili Aksyonovun
“altmışıncılar” adlandırılan şairlər
haqda romanının adı belədir. Sirli istək isə
sözə, ədəbiyyata sevgidir, bu, insanın
yaradıcılıqda özünü ifadə etməyə əbədi
can atmasıdır. Qoy bu gözəl “sirli istək” həmişə
qəlbində yaşasın, əziz Siyavuş və
möcüzələr yaratmaqda davam etsin!
Lüdmila
LAVROVA
Siəvuş
muallim, budğ!
“Sizinlə, Siyavuş müəllim, şeirlə
danışmaq istərdim! Axı Siz poeziya
stixiyasında yaşayır və nəfəs
alırsınız, bununla belə, ümid edirəm təbrikim
nəsrdə Sizə gəlib çatar.
Aleksandr Puşkin tərcüməçiləri “maarifin
poçt atları” adlandırırdı. Lakin Siz rus
dilinə tərcümələrinizdə heyranedici gözəlliklə
və Şərqin klassik ədəbiyyatının dərinliyiylə
maarifçidən daha üstünsünüz. Siz istənilən sərhədləri aşaraq
müxtəlif dilli, müxtəlif tayfalı bizləri mənəvi
mədəniyyət noosferində birləşdirən
yaradanın ruhi enerjisinin bələdçisisiniz. Sizin
Şair və vətəndaş şəxsinizdə mənim
üçün Azərbaycan xalqının ən
yaxşı xüsusiyyətləri - təvazökarlıq və
ləyaqət, şərəf qanunlarını gözləmək
və ürəyi genişlik, nəhayət, sözün
musiqisinə bitməyən meyl təcəssüm edir...
Hər dəfə
90-cı ilin yanvarının dramatik hadisələrini, matəm
içində donmuş Bakını xatırlayarkən, nə
zaman ki Rusiya və Azərbaycan arasında əsrlər boyu
davam etmiş əlaqələrin bərpası
mümkünsüz görünürdü, mən Sizin
şeirlərinizı eşidirəm və anlayıram ki, bu
dünyada yalnız günlərin köpüyü və siyasətçilərin
nitqləri arasından peyğəmbərcəsinə
ümidsizliyə qapılmamağa çağıran Şairlər
haqlıdır, zira son nəticədə ali həqiqət
qalib gələcəkdir:
Dünən
süfrəmizə şərik çıxanlar,
Sonra
adımıza qara yaxanlar,
Boğaz
isladaraq sağlıq deyənlər,
Dostluğu,
ülfəti dünən öyənlər,
Vaqifi,
Vurğunu yad eləyənlər,
Çörəyi
dizində olan manqurdlar
Tarixin hökmündən çətin qurtular.
Həqiqət
açılar, əminəm, əmin,
Başqa
havalara köklənib yəqin
O
boğaz isladıb boğaz yırtanlar,
Pozular onların satqın nizamı.
Bir zaman
söyləmiş ulu Nizami
İsgəndər buynuzu haqqında sözü.
Zalımı qorumaz nə taxt, nə kürsü.
Sizin adınız, Sizin istedadlı şeirləriniz və
tərcümələriniz gələcəyin
üfüqündə mütləq görünəcəkdir. Lakin bu gün
mən Sizə yaradıcılığınızın hələ
uzun illər oxucuları sevindirməsini və
düşünməyə sövq etməsini arzulamaq istəyirəm.
Axı hər şeyin kommersiyalaşdırıldığı
bu günlər Sizin, müdrik şairin öz müasirlərinə
tövsiyəsi həmişəkindən daha aktual səslənir:
“Budğ samim soboy, moy druq, Budğ. Probivay sebe
bez ruk Putğ. Qlavnoe ne plotğ, a dux, Dux. İ ne mohğ, i ne moşna, A çestğ.
İ puskay pred ney stena, - Spesğ. İ
puskay kolotit v dverğ Durğ. İ puskay
vesğ mir teperğ - Sör. İ puskay
terzaet slux Mutğ. Budğ samim soboy, moy
druq, Budğ”.
Siəvuş muallim, budğ!”
“525-ci qəzet”in kollektivi də bu xoş təbriklərə
qoşulur və Siyavuş Məmmədzadənin həyatdan vaxtsız
getmiş dostu, oktyabrda 80 yaşı tamam olan istedadlı nasir və ssenarist
Əli Qafarov haqqında esse və şeirini dərc edir.
Elmira AXUNDOVA
525-ci qəzet.- 2015.- 24 oktyabr.- S24