Bir neçə söz

 

 

 

Bu günlərdə Azərbaycan MEA- nın müxbir üzvü, professor Nizami Cəfərovun "Elçin" məqalələr toplusu çapdan çıxıb. Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı "Klassiklərdən müasirlərə qədər" (1987), "Xalq yazıçısı Elçinə açıq məktub" (2006), "Ədəbiyyat  yaradıcısı, metodoloqu təəssübkeşi" (2013), "Elçinin cümləsi" (2015), "Tarixin müasirliyi ya "Baş"ın metafizikasından "O"nun apokalipsisinə" (2015) məqalələri daxildir.

 

Kitabdan "Bir neçə söz"ü təqdim edirik.

 

Elçinin bədii, elmi   publisistik yaradıcılığı Azərbaycan ədəbi- ictimai təfəkkürünün XX əsrin sonu XXI əsrin əvvəllərində (əslində, daha doğru olar deyək ki, II minilliyin sonu III minilliyin əvvəllərində) Azərbaycan hüdudlarını keçərək dünya miqyasına çıxmış mükəmməl ( kifayət qədər möhtəşəm) ideya- estetik, intellektual humanitar  hadisələrindən biridir.

 

Fikrimizcə, hər bir böyük yaradıcı  şəxsiyyət kimi, Elçinin geniş miqyaslı uğurlarının əsasında ilk növbədə onun Tanrıdan gələn ( təbii ki, praqmatik təhlil, yaxud idrak təcrübəsi ilə izahı sona qədər mümkün olmayan, yalnız ən ümumi cizgilərilə  təsəvvür edilə bilən) İstedadı dayanır... İkinci uğuru ondadır ki, Elçin sözün geniş mənasında Tarixi qədər dərindən, qədər mükəmməl mənimsəsə , qədər irəliyə baxsa da, onun yaradıcılığının  (həm bədii, həm elmi, həm publisistik idrakının) strateji məqsədi həyatın, dünyanın ya bəşəriyyətin həm keçmişini,  həm gələcəyini çox müxtəlif, çox mürəkkəb çox  mübahisəli şəkildə özündə  həm birləşdirən, həm ayıran Bu Gündür... nəhayət, Elçinin bir mütəfəkkir olaraq dünyamiqyaslı yaradıcılıq uğurlarını  şərtləndirən üçüncü amil onun milli  olduğu qədər ümumbəşəri olması, ana dilində yaza- yaza planetar miqyasda düşünməsidir.

 

Elçini oxumaq, onun düşündüyünü, dediyini dərk etmək dünən Bu Gününün insanını mənən yüksəltdiyi kimi bu günün Bu Gününün insanını da yüksəldir... heç şübhəsiz, sabahın Bu Gününün insanını da yüksəldəcəkdir.

 

Müxtəlif illərdə (çoxu isə son illərdə) yazılmış bu məqalələri, kiçik olsa,  bir kitab halında ona görə nəşr etdirirəm ki, sabahın Bu Gününün  oxucuları ( tədqiqatçıları) dünənin Bu Gününün oxucularından ( tədqiqatçılarından) birinin böyük  yazıçı, alim publisist (ümumən  mütəfəkkir insanşünas!) haqqında   düşündüyü barədə az-çox bütöv bir təsəvvür almaq imkanına malik olsun.

 

 

Nizami Cəfərov

525-ci qəzet.- 2015.- 27 oktyabr.- S.7