Luvrun Karusel  qalereyasında Məryəm Ələkbərlinin fərdi sərgisi açılıb  

 

 

Oktyabrın 23-də Parisdə, dünyanın məşhur rəssamlarının sərgilərinin təşkil olunduğu Luvr muzeyinin Karusel qalereyasında keçirilən "Art Shopping" festivalı çərçivəsində istedadlı gənc azərbaycanlı rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılıb.

 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qalereyanın direktoru xanım Miryam Anone-Kastane fərdi sərgisinin açılışı münasibətilə Məryəm Ələkbərlini təbrik edib, onun əsərlərinin yenə tamaşaçılarda böyük maraq yaradacağına əminliyini bildirib. O, Məryəmin öz hisslərini, gördüyü duyduğu dünyanı tamaşaçılara çatdırmaq üçün rəng seçiminə xüsusi diqqət yetirdiyini vurğulayıb, gənc rəssama yaradıcılığında uğurlar arzulayıb.

 

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxışında Luvr muzeyinin Karusel qalereyasında Məryəm Ələkbərlinin yenidən fərdi sərgisinin açılmasının gənc rəssamın uğurunun göstəricisi olduğunu diqqətə çatdırıb.

 

E.Əmirbəyov deyib ki, enerji, saflıq, müxtəlif rənglər işıqla dolu yeni bir dünya yaradan Məryəm ecazkar bədii bacarığı ilə seçilir. Onun enerji insan hərarəti ilə dolu əsərləri təkcə Azərbaycanda deyil, Fransa, Almaniya, İtaliya, Rusiya, Türkiyə, Latviya kimi ölkələrdə dəfələrlə nümayiş olunub.

 

Səfir Məryəmin budəfəki fərdi sərgisinin xüsusi bir mövzuya - ibtidai icma dövrünün maraqlı həyat səhnələrini əks etdirən qayaüstü yazılara həsr olunduğunu bunun da təsadüfi olmadığını bildirib. O qeyd edib ki, Azərbaycanda mövcud olan qayaüstü yazılar, qavaldaş palçıq vulkanları ölkəmizin qədim zəngin mədəni irsinin nadir nümunələrindəndir. Bu zəngin irsin qorunub saxlanması məqsədilə 1966-cı ildə Bakı şəhərindən 65 kilometr aralıda açıq səma altında muzey - Qobustan Tarix-Bədii Qoruğu yaradılıb. Diplomat gənc rəssamın məhz həmin qoruqda mühafizə olunan, qədim dövrdə gündəlik həyatı əks etdirən milli mədəni irsimizin nümunələrindən ilhamlandığını vurğulayıb. Səfir Məryəmin fərdi sərgisinin təşkilatçılarına qonaqlara təşəkkür edib.

 

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov Məryəmin bugünkü fərdi sərgisinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun qayaüstü yazılarına həsr olunmasının önəmini vurğulayıb. O, gənc rəssamın bu əsərlərlə Azərbaycanın mədəni irsini təşviq etdiyini diqqətə çatdırıb.

 

A.Kərimov 2011-ci ildə Məryəmin UNESCO-da sərgisinin təşkil olunduğunu böyük müvəffəqiyyət qazandığını xatırladıb. O, rəssamın fərdi sərgilərinin İstanbul, Ankara, Berlin, Paris, Roma digər şəhərlərdə uğurlarından söhbət açıb.

 

İncəsənət tarixçisi sərginin təşkilatçısı xanım Janet Zvinjenberjer Məryəmin sərgidə nümayiş etdirilən əsərlərinin əsas məziyyətlərindən danışıb. O bildirib ki, istedadlı rəssam yaşadığı hissləri rəsm əsərlərində tamaşaçılara çatdırmaqla mahir fırça ustası olduğunu bir daha sübut etdi. O, açıq səma altında muzey - Qobustan Dövlət Tarix-Bədii Qoruğunun 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil olunduğunu onun Azərbaycanın mərkəzində qayalıq yarımsəhra olan üç zonanı əhatə etdiyini bildirib. Avropa Asiya mədəniyyətinin qovuşuğunda yerləşən kosmik enerjisi ilə tanınan bu mifik məkanda paleolit dövrünün 6 min qayaüstü yazı şəkli, eləcə mağara kurqanların qalıqları qorunub saxlanılır.

 

Xanım Janet Zvinjenberjer gənc rəssamın bu il bütün yay mövsümündə tarixin çox qədim dövrünü əks etdirən yeni əsərlər silsiləsi yaratdığını deyib. Eramızdan əvvəlki dövrü əhatə edən bu işarələri rəssam tablolarının birində "Əcdadlarımızın kölgələri" adlandırıb.

 

Sərginin təşkilatçısı deyib: "Məryəm Ələkbərli əsərlərində nizə oxla silahlanmış, maral, çöl donuzu ya öküz ovlayan ovçuların ov səhnələrini göstərir. Əl-ələ tutmuş geometrik personajlar bu gün Azərbaycanda məşhur olan "Yallı" ritual rəqsini ifa edirlər. Puantilizm stilində çəkilmiş dairələr palçıq vulkanlarından bəhs edir. Rəssam qayalar üzərində həkk olunmuş sxematik fiqurlardan ilhamlanaraq onları qızılı rənglə təsvir edir. Universal dəyərlərə malik bu simvollarda bəşəriyyətin izləri əks olunur. İpək üzərində soyuq batik texnika ilə işlənmiş rəngli arxa fon landşaftın yaşıllığını, dənizin maviliyini, səmanın qızılı rəngini təsvir edir. Fırça ilə çəkilmiş qadın portretləri özünəməxsusluğu ilə diqqət çəkir. Məryəm çəhrayı, narıncı tünd qırmızı rənglərdən ustalıqla istifadə edərək qadın dərisinin təravətini incəliklə təsvir edir. Rəsmlərin haşiyə zolaqları mürəkkəb quruluşu ilə fərqlənir. Yay paltarında uzanmış ya ayaq üstə duran qadın siluetləri ilə həyata ecazkar bağlılığı ifadə edir. Məryəm qadın rəsmlərini Afrodita, Artemida Demetra kimi ilahələrin adı ilə bağlayır".

 

Diqqətə çatdırılıb ki, istedadlı rəssam əsərlərində birbaşa səmimi dili ilə başqasını tamamilə fərqli bir formada dərk etmək zərurətinə toxunur. Məryəmin "Qadın arxetip"ləri adlanan bu əsərlərində özünə güvənən qadınların obrazları əks olunur. O, ətraf aləmi dinləyən qadınların sakit daxili aləmini göstərir.

 

Vurğulanıb ki, Məryəm Ələkbərlinin yaratdığı əsərlər məna hisslərin dərinliyi ilə seçilir. O, öz daxili dünyasını əlvan rənglərin dili ilə ifadə edir. Fransada təhsil alan Məryəmin əsərlərinə Matis, Qoqen, Sezan kimi böyük rəssamların yaradıcılığı təsir göstərib.

 

Çıxışlardan sonra tanınmış gənc caz ustası, pianoçu Etibar Əsədlinin ifa etdiyi Azərbaycan musiqisinin sədaları altında tamaşaçılar Məryəm Ələkbərlinin əsərlərinə baxıblar.

 

Sərgi çərçivəsində "Petroqliflər" adlı kataloq müəllifin imzası ilə qonaqlara təqdim olunub.

 

Luvr muzeyinin Karusel qalereyasında Məryəm Ələkbərlinin fərdi sərgisi oktyabrın 25-dək davam edəcək.

 

S.Abdullayeva

525-ci qəzet.- 2015.- 27 oktyabr.- S.2.