Mahir Qabiloğlunun üçillik "Sandıq"ı

 

Bugünlərdə Mahir Qabiloğlunun "Sandıq" kitabı işıq üzü görüb.

 

Kitabın girişində müəllif nəşrin adı ilə bağlı oxucuya açıqlama verib: " Sandıq". Köhnə sözdür. Nənəmin sandığı vardı. Həmişə üstünə nimdar salıb oturardı. Biz nəvələrinə pul ya hədiyyə verəndə üstündən düşər, dizi üstə çömbələr, sandığın qıfılını açardı. Heç kim bilməzdi ki, bu sandıqda başqa nələr var. Sandıq bir sirrixuda idi bizim üçün.

 

...Sandıq sanki bir "taynik", gizlincdir. Məhz bu mənası ədəbiyyat nəzəriyyəsində öz əksini tapıb. "Sandıq ədəbiyyatı" deyilən qeyri-rəsmi janrın adı burdan meydana gəlib. Məndə bir "sandıq" var. "Sandıq" sözünü niyə dırnaq arasında verdim? Çünki məcazi məna daşıyır. Gözlə görünmür, beynimdə, yaddaşımdadır. Bu, Qabildən digər yazıçı qonşu-əmilərimdən, yaşadığım 49 illik həyatdan mənə qalan "Sandıq" -sandıq ədəbiyyatıdır. Hərdən qıfılını açıb, içərisindəkiləri bir-bir azadlığa buraxıram. Ona görə seçmə bədii-publisistik yazılarımın toplandığı kitabımın adını da məhz "Sandıq" qoydum..."

 

Kitabda müəllifin son üç ildə qələmə aldığı materiallar verilib.

 

S. ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 28 oktyabr.-S .7.