"Vaqif Bəhmənli" adlı biblioqrafiya nəşr edilib

 

 

 

Azərbaycan Milli Kitabxanası müasir Azərbaycan ədəbiyyatında xüsusi üslubu ilə seçilən, tanınmış şair, publisist, ictimai xadim, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənlinin yaradıcılığını ictimai fəaliyyətini tam şəkildə əks etdirən biblioqrafik göstərici işləyib hazırlayıb.

 

Vaqif Bəhmənli haqqında ilk dəfə nəşr edilən biblioqrafik vəsait  Milli Kitabxananın "Azərbaycan ədibləri"  seriyasının ilk nəşridir. Kitabda şairin Azərbaycan xarici dillərdə işıq üzü görən əsərləri - şeirləri, publisistik məqalələri, tərcümələri, tərtibçisi redaktoru olduğu, ön söz yazdığı kitablar, haqqında çap edilmiş kitablar dövri mətbuat materialları toplanıb.

 

AMEA-nın müxbir üzvü, ədəbiyyatşünas-alim Nizami Cəfərovun "Ön söz ya şairin bioqrafiyasından "Biblioqrafiya"sına" başlıqlı müqəddiməsində qeyd edilir ki, əgər hər hansı yaradıcı şəxs haqqında biblioqrafiya tərtib etməyə ehtiyac duyulursa, deməli həmin qələm adamı artıq öz həyatının, dünyagörüşünün kamillik zirvəsinə qədəm qoyur. Müəllif, Vaqif Bəhmənli poeziyasını, ədəbi-tənqidi publisistikasını özünəməxsus elmi nöqteyi-nəzərdən araşdırır son dövrlər nəşr edilən kitablarını həm ideya - məzmununa, həm poetik ifadə vasitələrinə görə yaddaqalan hadisə sayır.

 

Kitabda filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin Vaqif Bəhmənli haqqında "Sinəsində söz göyərdən şair" başlıqlı məqaləsi verilib ki, şairin yaradıcılığı ilə maraqlanan, araşdırma aparan mütəxəssislər bu yazıdan bəhrələnə bilərlər. 

 

Vəsaitdə şairin həyat fəaliyyətinin əsas tarixləri haqqında məlumat onun keçdiyi dolğun həyat yolunu yaradıcılıq üfüqlərini hərtərəfli əks etdirir. "Vaqif Bəhmənlinin düşüncə karvanı" bölməsini isə şairin illər boyu  həyatında rast gəldiyi hadisələrindən çıxardığı nəticələr adlandırmaq olar. Çox müdrik dolğun nəticələr.

 

Bizcə ən çox maraq doğuran bölmələrdən biri "Görkəmli ədiblər Vaqif Bəhmənli haqqında" bölməsidir. Xalq yazıçısı Elçinin, Xalq şairləri B.Vahabzadənin, F.Qocanın, S.Rüstəmxanlının,  onlarca yazıçı-publisistlərin, nasirlərin, yaradıcı şəxslərin yaxın dostlarının  onun haqqında səmimi ürək sözləri, yaradıcılığına verdikləri yüksək qiymət bu bölmədə öz əksini tapmışdır.

 

Göstərici  bir neçə bölmədən  ibarətdir. Biblioqrafiyanın "Əsərləri" hissəsində şairin kitabları, dövri mətbuatda və məcmuələrdə dərc olunan əsərləri - poemaları, şeirləri, nəsr əsərləri, ilk qələm təcrübələri, ədəbi-tənqidi qeydləri, məqalə və oçerkləri, felyetonları, tərcümələri, tərtib etdiyi, redaktoru, məsləhətçisi və buraxılışına məsul olduğu və rəy verdiyi kitablar sistemləşdirilmiş və oxucuya təqdim edilmişdir. Bölmələr və yarımbölmələrdə materiallar    xronoloji prinsiplə, daxildə isə əlifba sırasına uyğun olaraq qruplaşdırılmışdır.

 

"Vaqif Bəhmənli haqqında" bölmədə şairin həyat və yaradıcılığı haqqında materiallar - kitablarda, dövri mətbuatda və məcmuələrdə dərc olunan məqalələr  toplanmışdır.

 

Eləcə də "Elektron resurslar (Səsli kitablar)" bölməsində şairin şeirlərindən ibarət buraxılan elektron daşıyıcılar haqqında məlumat verilmişdir. Azərbaycan və rus dillərində tərtib edilən biblioqrafik göstəricidə digər xarici dillərdə - ingilis, italyan, ləzgi, türkukrayna dillərində nəşr edilən ədəbiyyatın biblioqrafik təsviri verilmişdir.

 

Biblioqrafik vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə sonda köməkçi göstəricilər - Vaqif Bəhmənlinin kitablarının əlifba göstəricisi; Şeirlərinin və poemalarının əlifba göstəricisi; Nəsr əsərlərinin - hekayə, felyeton, satira və yumorlarının əlifba göstəricisi; İlk qələm təcrübələrinin, ədəbi-tənqidi qeydlərinin, məqalələrinin və oçerklərinin əlifba göstəricisi; Tərcümə etdiyi müəlliflərin əlifba göstəricisi; Vaqif Bəhmənli haqqında yazan müəlliflərin əlifba göstəricisi; Sərlövhə üzrə təsvir olunan ədəbiyyatın əlifba göstəricisi tərtib edilmişdir.

 

Rəna Orucəliyeva, Cəlalə Məmmədovanın tərtib etdiyi biblioqrafiyanın ixtisas redaktoru və buraxılışına məsul professor, Əməkdar mədəniyyət işçisi Kərim Tahirov, redaktoru Əməkdar mədəniyyət işçisi G.Səfərəliyevadır. Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu dairəsi üçün nəzərdə tutulub. Milli Kitabxana tərəfindən şairin anadan olmasının 60 illik yubileyinə həsr edilən bu biblioqrafiya onu sevən insanlar və tədqiqatçılar üçün gözəl hədiyyədir.   

 

Gülbəniz SƏFƏRƏLİYEVA

Azərbaycan Milli Kitabxanasının direktor müavini

525-ci qəzet.- 2015.- 28 oktyabr.-S .7.