Kanadada Firəngiz Əlizadənin konserti olub
Kanadanın Toronto şəhərində Azərbaycanın
Xalq artisti, dünya şöhrətli
bəstəkar, görkəmli
pianoçu Firəngiz
Əlizadənin ikigünlük
konserti keçirilib.
"Oyan!" adlı konsert Toronto şəhərində
fəaliyyət göstərən
"Saşar Zərif
Rəqs Teatrı"nın
rəhbəri, əslən
İrandan olan soydaşımız Saşar
Zərifin, Ağaxan Muzeyinin və Azərbaycan Respublikasının
Kanadadakı səfirliyinin
dəstəyi ilə təşkil edilib.
Konsertin əvvəlində F.Əlizadə
pianoda solo ifa edib. Sonra gənc muğam ustası Mirələm Mirələmov,
"Bakı-2015" Birinci Avropa Oyunlarının bağlanış mərasimində
çıxış etmiş
kamança ustası Elnur Mikayılov və Saşar Zərifin iştirakı ilə F.Əlizadənin bəstələdiyi əsər
səhnələşdirilib. Əsərdə Saşar Zərif
Azərbaycan musiqisinin
sədaları altında
milli rəqslərimizi
təqdim edib. Həmçinin konsert zamanı
"Oyan!" əsərinin
yaranması haqqında
qısa sənədli
film göstərilib.
Tədbirin əsas məqsədi zəngin Azərbaycan mədəniyyətini və
muğam ənənələrini
Kanadada təbliğ etmək olub. Azərbaycan Respublikasının
Kanadadakı səfirliyinin
konsulu Faiq Babayev Firəngiz Əlizadəyə təşəkkür
diplomu təqdim edib. Konsertdə Azərbaycan və
türk diasporunun təmsilçiləri, kanadalı
qonaqlar və KİV nümayəndələri iştirak
ediblər.
İki gün davam edən konserti ümumilikdə 200
nəfərə yaxın
tamaşaçı izləyib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 28 oktyabr.- S.7.