"Paytaxtdan bölgələrə"
layihəsinə start verilib
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
"Paytaxtdan bölgələrə"
adlı Azərbaycan mədəniyyətinin və
incəsənətinin bütün
sahələrini əhatə
edən yeni bir layihənin həyata keçirilməsinə
başlanılıb.
Layihənin əsas məqsədi bölgələrdə yaşayan
insanları müasir mədəni proseslərə
cəlb etmək, paytaxtın aparıcı muzey və qalereyalarında
qorunub saxlanılan mədəniyyət incilərinin
bölgələrdə nümayişini,
görkəmli sənətkarların
və kollektivlərin
çıxışlarını təşkil etmək, bölgələrin mədəni
həyatını canlandırmaqdır.
İlk tədbir kimi 2015-ci ildə "Azərbaycanın
ədəbiyyat paytaxtı"
elan edilmiş Şamaxı şəhərində
"Milli İncəsənət
Muzeyinin kolleksiyasından
Azərbaycanın ədəbiyyat
korifeyləri" adlı
sərgi təşkil
ediləcək. Sərgidə
görkəmli Azərbaycan
rəssamları Səttar
Bəhlulzadə, Tahir
Salahov, Mikayıl Abdullayev, Nəcəfqulu, Oqtay Sadıxzadə, Qəzənfər Xalıqov
və Sadıq Şərifzadə tərəfindən
fırçaya alınmış
xalqımızın dahi
şair və yazıçıları Nizami,
Xaqani, Fizuli, Nəsimi, Molla Pənah Vaqif, M.F.Axundzadə, Mirzə Şəfi Vazeh, Natəvan, Mirzə Ələkbər Sabirin portretləri nümayiş
olunacaq.
Sərginin açılış mərasimi
oktyabrın 29-da Şamaxı
şəhərində Heydər
Əliyev Mərkəzində
keçiriləcək. Tədbirdə Mədəniyyət və
Turizm Nazirliyinin, Şamaxı rayon İcra Hakimiyyətinin, yaradıcı
ittifaqların rəhbərləri
iştirak edəcəklər.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 28 oktyabr.- S.7.