"Bakı, mən səni sevirəm" kinolahiyəsi təqdim edilib

 

Oktyabrın 23-də Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən “Bakı, mən səni sevirəm” kinolayihəsinin Heydər Əliyev Mərkəzində təqdimat mərasimi olub.

 

Mərasimdə layihənin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Təqdimatdan əvvəl Leyla Əliyeva layihənin prodüserləri Yeqor Mixalkov-KonçalovskiNadir Maçanov ilə görüşüb, yaradıcı heyəti premyera münasibətilə təbrik edib.

 

Filmin prodüserlərindən biri Yeqor Mixalkov-Konçalovski premyeradan əvvəl çıxış edərək öz fikirlərini bölüşüb. Azərbaycanda bir ildən çox çalışdığını deyən prodüser burada qədimliyin və müasirliyin mövcud olduğunu bildirib. Bu, bir tərəfdən qədim Bakı, digər tərəfdən müasir, gündən-günə inkişaf edən Bakıdır. “Çəkilişlər zamanı işimdən böyük zövq aldım. Biz ilk çəkilişlərə başladığımız zaman Heydər Əliyev Mərkəzi hələ inşa edilirdi. Bu gün isə “Bakı, mən səni sevirəm”in ilk təqdimatının burada, gözəl bir məkanda, dahi Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilməsindən qürur hissi duyuram”, - deyə kinolayihənin prodüseri vurğulayıb.

 

“Bakı, mən səni sevirəm. İndi təqdim ediləcək ekran əsəri bu sevgidən yaranıb. Bu şəhəri sevməmək mümkün deyil. “Bakı, mən səni sevirəm” kinolayihəsinin reallaşmasında bizə dəstək verən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığımı bildirirəm. Həmçinin Bakıya və bakılılara “çox sağ ol” deyirəm”.

 

Gecənin aparıcısı kinolayihə barədə ətraflı məlumat verib. Qeyd edilib ki, indiyədək dünyadaParis, mən səni sevirəm”, “Nyu-York, mən səni sevirəm”, “Moskva, mən səni sevirəm” kimi analoji kinolayihələr həyata keçirilib. “Bakı, mən səni sevirəm” bu istiqamətdə çəkilmiş ekran əsərlərinin bir növ davamıdır.

 

Mosfilm” kinokonsernində istehsal olunan “Bakı, mən səni sevirəm” layihəsi 10 novella əsasında ekranlaşdırılan doqquz dəqiqəlik qısametrajlı filmlərdən (“Aziya”, “Görüş”, “Rəssam”, “Həyət”, “Bəhram Gur”, “Xəzər Atlantidası”, “Lotereya bileti”, “Sevgi haqqında”, “Aysel”, “Təsadüf”) ibarətdir. Filmlərin rejissorları Yeqor Mixalkov-Konçalovski, Nadir Maçanov, Aleksey Qolubev, Andrey Razenkov (Rusiya), Aleksander Fodor (Böyük Britaniya), Andre Badalo (İspaniya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu və Yavər Rzayevdir (Azərbaycan). Novellaların ssenari müəllifləri isə Nadir Maçanov, Yavər Rzayev, İlqar Safat, Samir Kərimoğlu, Nərgiz Bağırzadə və Aleksandr Novotoskidir.

 

Filmin hazırlıq prosesinə 2011-ci ilin noyabrında start verilib. Çəkiliş prosesi isə 2012-ci il martın 12-dən başlayıb. Çəkilişlər 2 sessiyadan ibarət olub. Mart-aprel iyun-iyul aylarını əhatə edən yaz yay sessiyalarının hər birində 5 film çəkilib. Kinoalmanaxın çəkiliş heyəti 138 nəfərdən ibarət olub. Kütləvi səhnələr nəzərə alınmaqlaBakı, mən səni sevirəmlayihəsində 150-dən artıq aktyor aktrisa rol alıb.

 

Doxsan gün ərzində ərsəyə gələn ekran əsərində Azərbaycanın Xalq artistləri Rasim Balayev, Məbud Məhərrəmov, Laləzar Mustafayeva, Əməkdar artistlər Şamil Süleymanlı, Bəhram Bağırzadə, Ayşad Məmmədov, Sənubər İsgəndərli digər sənətkarlarla yanaşı, İtaliya, Böyük Britaniya, Türkiyə, Rusiya, Belarus, Litva Özbəkistandan dəvət olunmuş aktyor aktrisalar da çəkiliblər. Onların arasında Alessandro Bertoluççi, Aziya Arcento, Nadirə Myurrey, Aqniya Ditkovskite, Vadim Tsallati, Vyaçeslav Razbeqayev Tatyana Rujavskaya kimi tanınmış simalar rol alıb.

 

Böyük maraqla izlənilən ekran əsərlərinin hər biri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi həsrətlərini, şad qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir. Film həm aktyor rejissorların nəzərində Bakıya bir sevgi etirafıdır.

 

Təqdimat mərasimində əvvəlcə çəkiliş prosesini əks etdirən kadrlar nümayiş olunub.

 

Sonra film təqdim olunub.

 

Abdullayeva S

525-ci qəzet.- 2015.- 28 oktyabr.- S.2.