Məzahir Əhmədoğlunun işığa çıxan "Metamorfoz"u

 

 

Tanınmış publisist Məzahir Əhmədoğlunun "Metamorfoz" kitabı işıq üzü görüb. Sözügedən nəşr müəllifin sayca ikinci publisistik kitabıdır.

 

Yazıçı-publisist Loğman Rəşidzadə "Ön söz əvəzi"ndə M. Əhmədoğlunun yaradıcılığının ən müxtəlif məqamlarını özünəməxsus bir dillə diqqət mərkəzinə çəkib: "Məzahir köhnə jurnalistdir. Mərd, dönməz, sözübütöv, peşənin təəssübkeşi həm sevdalısı... Hər türlü inancların sarsıldığı, bayağılığıın arsızlığın at oynatdığı indiki zəmanəmizdə qələmə, yazıya, sözə, yaradıcılığa bu Məzahir inamı, bu inamdan boylanan Məzahir sevgisi hardandır? Onun hər yazısı sevgi dastanıdır, hər biri bir sevgi ömrü yaşayan, sanki öz sevgi yaşı olan sevgi məktublarıdır. Məzahir Əhmədoğlunun yaradıcılığında, heç şübhəsiz, aparıcı xətt həyatın sosial üzü, ictimai sifəti sosiumun problemləridir. Lakin böyük sənətkarlıqla qələmin əmsalına çevrilən bu faktoloji ayrıntılar, eləcə həmin qələmin bədii siqlət poetik vüsətilə yeni çalarlar alır. bəzən sosial mənzərə sosial mühit o dərəcədə bədii müstəvidə təqdim olunur ki, qabardılan problemdən daha çox bədii sözün cazibəsində vurnuxmalı olursan".

 

L.Rəşidzadə sözlərlə, kəlmələrlə oynamaq, oxucuya mübhəm, sirli mesajlar vermək, onu düşündürmək üçün intellektual testlər təqdim etməyi M. Əhmədoğlunun üslubi keyfiyyətləri kimi səciyyələndirib: "Bəzən onun bu testlərini açmaq, bu sualları cavablandırmaq üçün tarixin bir çox künc-bucağına baş vurmaq, bir çox hadisələri tutuşdurmaq, müəyyən paralellər tapmaq, elmi analizlər, sintezlər aparmaq, yaxud bir neçə məlumat kitablarını vərəqləmək, bir-iki cümlənin sirrinə vaqif olmaq üçün onlarla səhifələri oxumaq lazım gəlir. Məzahir istedadlı olduğu qədər savadlı intellektual yazardır.

 

...Məzahir bir elə "ciddi tələb olunmayan" məqamlarda, hadisə nəqlində obrazsız, impulsiv təsvirsiz, metamorfozasız keçinə bilmir. O məlum müdhiş xəstəliyə təmtəraqlı bənzətmə tapır. Çünki bu, artıq onun daşlaşmış, vətəndaşlıq hüququ qazanmış üslubudur".

 

Kitabın ikinci üçüncü hissəsində müəllifin maraqlı esseləri məqalələri yer alıb. Publisistin İstanbulla bağlı esseləri öz bədiiliyi dolğunluğu ilə diqqət çəkir. Nəşrdə müxtəlif mövzularda, həmçinin Vaqif Bayatlı, Əli Kərim, Tofiq Abdin, Etibar Cəbrayıloğlu, Mahir N. Qarayevlə bağlı düşüncələr qələmə alınıb.

 

Kitabın sonuncu - "Dost həmkar sözü-dəyərləndirmələr" hissəsində Mətbuat Şurasının sədri Əflatun Amaşov,  Mahir N. Qarayev, Adil Məmməd, filologiya üzrə fəlsəfə doktoru Əkbər Əlinin müəlliflə barədə fikir düşüncələrinin yer aldığı yazılar  öz əksini tapıb.

 

Ə. Amaşov M. Əhmədoğlunun "Uembli arayışı" kitabı ilə bağlı fikirlərini qələmə alaraq vurğulayıb ki, sənət əhlini səciyyələndirmək  üçün ən etibarlı mənbə onun yaratdıqlarıdır: "Həmin nümunələr istər-istəməz müəllifin xarakterinə bələdçilik edir. İnanmıram ki, yaxşı adam, layiqli vətəndaş olmadan, olduğun kimi görünmədən qələmin sonadək səmimiyyətə, obyektivə sadiq qala. Məzahir bu yolun etibarlı, dəyanətli yolçusudur. Məzahirin yazılarında bütün tələblər yerli-yerindədir: rəngarəng mövzular, orijinal üslub, rəvan dil... M. Əhmədoğlunun yaradıcılığı mövzular palitrasıdır. İncə yumora, xəfif təbəssümə meyillidir. Məzahir sağlığında insanlara qiymət verilməsini istəyir. Məzahir kimi jurnalistikaya qəlbən bağlı olanların mətbu reketçiliyə qarşı mübarizədə fəal mövqe tutmaları təqdirəlayiq olmaqla bərabər, həm məntiqidir".

 

Əkbər Əli "Adiliyin qeyri-adiliyin modernizmi"  yazısında qeyd edib ki, M. Əhmədoğlunun maraqlı, dərində görünən bədii təhlil duyum qabiliyyəti fərdi publisistik üslubu qədər vacib cəhətdir: "Uembli arayışı" yazı ədası publisistikamızda yeni hadisədir, bəlkə mərhələdir. Buradakı modernizmin özünün bədii tektonikasının dəyişkən variasiyalarında, dil qatlarının çoxçeşidli metofizik təbiətində, şeiriyyəti şirinliyindədir... Qəribə paradoksallıq, qəribə başlıq (əksər mətn başlıqları belədir) serialları, süjet xətlərini qəribə aşnalığı, qohumluğu məntiqi bağlılığı, bunların fonunda dövr zaman haqqında ictimai rəy işartıları... Nəhayət, Məzahir Əhmədoğlunun P. S-ləri yerinə düşəndir Məzahirin üslubunun özünəməxsusluq əlaməti kimi maraqlıdır".

 

S. ABDULLAYEVA

525-ciqəzet.- 2015.- 29 oktyabr.- S.8.