Bəxtiyar Vahabzadə ilə bağlı nəşrlərin təqdimatı olub

 

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında TÜRKSOY-un dəstəyi ilə çap olunmuş "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri" kitabının təqdimat mərasimi keçirilib.

 

Mərasimdə şairin şeirləri öz səs yazısında təqdim olunub.

 

Qonaqlar əvvəlcə foyedə şairin kitablarından ibarət sərgi ilə tanış olublar.

 

Kitabxananın direktoru, əməkdar mədəniyyət işçisi Kərim Tahirov Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibətilə türk xalqlarının dilində çap olunmuş kitab haqqında məlumat verib.

 

Tədbirdə Mədəniyyət Turizm nazirinin müavini Sevda Məmmədəliyeva şairin yaradıcılığının ölkəmizdə türk dünyasında yüksək dəyərləndirildiyini söyləyib. Prezident İlham Əliyevin şairin 90 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən mədəniyyət ocaqlarında şairə həsr edilmiş tədbirlərin keçirildiyini bildirib. TÜRKSOY-un dəstəyi ilə Ankarada nəşr edilmiş kitabın dərs vəsaiti kimi əhəmiyyətindən söz açılıb.

 

TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı, TÜRKSOY-un Qazaxıstan təmsilçisi Mlik Atabayev, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, AYB-nin katibi Rəşad Məcid başqaları böyük şairin tək Azərbaycanda deyil, türk xalqları tərəfindən yüksək qiymətləndirildiyini söyləyiblər.

 

Tədbir çərçivəsində şairin 90 illik yubileyinə kitabxananın əməkdaşları tərəfindən hazırlanmış "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından "Bəxtiyar Vahabzadə" biblioqrafiyası kitabı "B.Vahabzadə 90" adlı diskin elektron variantının təqdimatı olub.

 

Biblioqrafik göstəricidə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 1943-cü ildən 2015-ci ilədək dərc edilmiş əsərləri, həyat yaradıcılığı haqqında çap edilmiş materiallar toplanıb. Azərbaycan rus dillərində tərtib edilmiş vəsaitdə şairin həyat fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri öz əksini tapıb.

 

Göstərici "Bəxtiyar Vahabzadənin əsərləri", "Bəxtiyar Vahabzadə haqqında" "Köməkçi göstəricilər" adlı 3 hissədən ibarətdir. Kitabda şairin yaradıcılığı, ictimai fəaliyyəti haqqında müfəssəl informasiya verilir.

 

Görkəmli şair haqqında geniş məlumatlarla zəngin olan diskdə, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəxtiyar Vahabzadə yaradıcılığı haqqında dediyi xoş sözlər yer alıb.

 

Mərasimdə şairə həsr edilmiş kitablar iştirakçılara təqdim olunub.

 

Sonda kitabın ərsəyə gəlməsində əməyi olan ziyalılara TÜRKSOY-un diplom xatirə hədiyyələri verilib.

 

S.ABDULLAYEVA

525-ciqəzet.- 2015.- 29 oktyabr.- S.7.