Pensiya islahatlarına dair beynəlxalq konfrans keçirilib
Bu gün “Fairmont Baku” otelində Dövlət Sosial Müdafiə Fondu və Avropa
İttifaqının birgə
layihəsinin fəaliyyət
planına uyğun olaraq konfrans keçirilib.
Fondun İctimaiyyətlə əlaqələr
sektorundan Lent.az-a verilən
məlumata görə,
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Azərbaycanda uzunmüddətli
dövr üçün
pensiyaçıların etibarlı
sosial müdafiəsinə
nail olmaq məqsədilə
milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların
nəzərə alınması
və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılmasının
zəruriliyindən bəhs
edib : “Bunun üçün əsas prioritet hədəflər
“2014-2020-ci illərdə Azərbaycan
Respublikasında pensiya
təminatı sisteminin
islahatı Konsepsiyası”nda
müəyyən olunub.
Əavə pensiya təminatı
imkanlarının yaradılması
məqsədilə könüllü
sosial sığortanın
tətbiqi pensiya islahatlarının əsas
vəzifələrindən biri kimi çıxış
edir”.
E.Mehdiyevin sözlərinə görə,
könüllü sosial
sığortalanma əsasında
əmək pensiyalarının
yığım komponentinin
fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının
inkişaf etdirilməsi
ilə bağlı nəzərdə tutulan islahatların həyata keçirilməsi mürəkkəb
mərhələ olmaqla,
ölkədə investisiya
mühitindən, maliyyə
və qiymətli kağızlar bazarının
inkişafından və
sığorta-pensiya sistemindən
kənar digər amillərdən asılıdır. Bu sahədə
qəbul ediləcək
qanunvericilikdə könüllü
sosial sığorta haqlarının toplanması
mexanizmləri, toplanan
vəsaitlərin və
onların dövriyyəsindən
əldə edilən gəlirlərin fərdi uçotunun aparılması,
idarəedici şirkətlərə
olan tələblər,
investisiya qaydaları,
qeyri-dövlət pensiya
fondlarının yaradılması
və fəaliyyətinin
təşkili, bu institutlarda öhdəliklərin
yerinə yetirilməsi
üçün adekvat
təminat mexanizmlərinin
formalaşdırılması və səmərəli idarəetmənin tətbiqi,
qeyri-dövlət pensiyalarının
təyinatı, ödənilməsi,
bu sahədə dövlət tənzimlənməsinin
əsas istiqamətləri
və digər məsələlər öz
əksini tapmalıdır.
Bundan əlavə, könüllü
sığortalanmanın stimullaşdırılması
üçün bir sıra əlavə mexanizmlərin tətbiqi reallaşdırılmalıdır.
Avropa İttifaqının
Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Malena Mard Dövlət Sosial Müdafiə Fondunda reallaşdırılan
layihənin Azərbaycanın
sığorta-pensiya sahəsində
aparılan islahatlara öz töhfəsini verəcəyinə əminliyini
bildirib. Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs öz çıxışında əmək
pensiyalarının yığım
hissəsinin tətbiqi
və qeyri-dövlət
pensiya institutlarının
inkişafının vətəndaşların
pensiya təminatının
gücləndirilməsinə əlavə imkanlar yaradacağını qeyd edib.
Bundan başqa,
tədbirdə Almaniya
ilə Azərbaycan arasında müxtəlif sahələrdəfəal əməkdaşlıqdan
bəhs edən Almaniyanın ölkəmizdəki
səfiri Haydrun Tempel respublikamızda pensiya islahatlarının vətəndaşların rifahının
yüksəldilməsində vacib əhəmiyyətini
vurğulayıb.
Prezident Administrasiyasının Sosial siyasət məsələləri sektorunun müdiri Mehman Tağıyev çıxış edərək, ölkəmizdə uğurla reallaşdırılan sosial-iqtisadi siyasətin əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəldiyini və bu sahənin mühüm istiqamətlərindən biri kimi pensiya təminatı sisteminin qabaqcıl dünya təcrübəsi əsasında yenidən qurulduğunu qeyd edib. Ölkəmizdə əldə olunan dinamik iqtisadi inkişafın sosial rifah amilinin güclənməsi, əmək və sosial hüquqların təkmilləşməsi ilə müşahidə olunduğunu vurğulayan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev öz çıxışında işçilərin əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin daha səmərəli şəkildə qurulmasına, onların gələcək sosial təminat hüququnun dolğun şəkildə reallaşmasına yönələn islahatlardan ətraflı bəhs edib.
Sonra layihə rəhbərləri, Latviyanın rifah nazirinin müavini İngus Alliks və Almaniyanın Əmək və sosial işlər Nazirliyinin nümayəndəsi Natali Belorgey çıxış edərək layihə çərçivəsində görülmüş işlər, əldə olunmuş nəticələr barədə konfrans iştirakçılarını məlumatlandırıb.
Tədbirin davamında Almaniyanın Əmək və sosial işlər Nazirliyinin eksperti Heinz-Dietrich Steinmeyer Azərbaycan Respublikasında pensiya sisteminin əsasları mövzusunda təqdimatla çıxış edib. Növbəti çıxış edən Latviyanın Rifah Nazirliyinin Sosial sığorta departamentinin direktoru Jana Muizniecenin təqdimatı əmək pensiyasının yığım hissəsinin tətbiqinə dair normativ hüquqi sənəd layihəsində öz əksini tapmış məsələlərə həsr olunub. Almaniya Federativ Respublikasının Vestfaliya Pensiya Sığorta Fondunun regional meneceri Thorsten Diepenbrock öz çıxışında əmək pensiyasının yığım hissəsinin tətbiqinin hüquqi aspektlərinə toxunub.
Daha sonra Latviyanın SEB Bankının Pensiya Fondunun baş icraçı direktoru, Latviya Bank Assosasiyalarının Özəl Pensiya Komitəsinin rəhbəri Dace Brencena təqdimatla çıxış edərək tədbir iştirakçılarını qeyri-dövlət pensiya institutlarının yaradılması və fəaliyyətinə dairnormativ hüquqi sənəd layihəsinin təfərrüatları ilə tanış edib. Növbəti nümayiş etdirilən təqdimatda Dövlət Sosial Müdafiə Fondunun Aparatının Fərdi uçotunun təşkili şöbəsinin müdiri Nigar Pənahova könüllü sosial sığortalama məqsədləri üçün fərdi uçotun tətbiqinin əhəmiyyəti və aktual məsələlərindən bəhs edib. Tədbirin davamında Latviya respublikasının Rifah Nazirliyinin ekspertləri Harjis Svarcs və Yeva Ose əmək pensiyasının yığım hissəsinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyətində vəsaitlərin idarə edilməsinin və dövlət nəzarətinin aspektləri mövzusunda geniş təqdimatlar ediblər.
Samirə
525-ciqəzet.- 2015.- 29 oktyabr.- S.3