Vasif Adıgözəlovun 80 illiyi xüsusi konsertlə
qeyd edilib
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində
görkəmli bəstəkar,
Xalq artisti Vasif Adıgözəlovun
80 illiyi münasibətilə
geniş konsert proqramı təşkil olunub.
Konsert Azərbaycan Televiziya və Radio Verilişləri
Qapalı Səhmdar Cəmiyyətinin Tofiq Əhmədov adına
estrada simfonik orkestrinin kiçik heyətinin iştirakı
ilə keçirilib. Tədbirdə sənətşünaslıq üzrə elmlər doktoru, Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova çıxış
edərək Vasif Adıgözəlovun bənzərsiz
yaradıcılığından söhbət açıb.
Onun görkəmli xanəndə,
muğam ustası Zülfü Adıgözəlovun
ailəsində dünyaya
gəldiyi, böyük
bəstəkar Qara Qarayevdən dərs aldığı vurğulanıb.
Azərbaycan musiqi tarixinin inkişafında böyük
rol oynayan Vasif Adıgözəlov çoxsahəli yaradıcılığında
bütün janrlara müraciət edib, gözəl və orijinal əsərlər yaradıb. Bəstəkarın
"Yenə o bağ olaydı", "Təkcə
səndən xoşum
gəlir", "Şuşam",
"Sahilə gəl",
"Naz-naz", "Qərənfil"
və digər lirik mahnıları indi də xanəndələrimizin
repertuarını bəzəyir.
Konsertdə əvvəlcə dirijor Cavad Tağızadənin bədii rəhbərliyi ilə orkestr heyətinin repertuarında
"Nənəmin şahlıq
quşu" musiqili komediyasından uvertüra
səsləndirilib. Daha sonra görkəmli bəstəkarın "Damlalar",
"Gözləməsin neyləsin",
"Lirik mahnı",
"Naz-naz", "Sahilə
gəl", "Bakı",
"Qərənfil", "Şuşam laylay" və başqa əsərləri ifa olunub.
Konsert böyük
tamaşaçı auditoriyası
tərəfindən maraqla
qarşılanıb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 30 oktyabr.-S.7