Rəşad Mehdiyevdən fərdi sərgi

 

Müasir İncəsənət Muzeyində tanınmış rəssam, Rusiya İmperator Rəssamlıq Akademiyasının Fəxri Akademiki, təsviri sənət üzrə fəlsəfə elmləri doktoru, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Rəşad Mehdiyevin fərdi sərgisi açılıb. Sərgini tanınmış dünya brendi “Hennessy” 250-ci ildönümü münasibətilə təşkil edib.

 

Müasir İncəsənət Muzeyinin icraçı direktoru Xəyyam Abdinov çıxış edərək bildirib ki, sərgidə əsərləri müxtəlif ölkələrin şəxsi dövlət kolleksiyalarını bəzəyən Rəşad Mehdiyevin konyak evinin tarixi irsindən ilham alaraq yaratdığı yeni əsərləri, bir sıra qeyri-adi bədii əsərləri, heykəltəraşlıq nümunələri instalyasiyaları nümayiş olunur. “Hennessy” brendinin MDB ölkələri üzrə direktoru Julien İssenman bu tədbirin Bakıda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını söyləyib.

 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov rəssamı təbrik edərək bildirib ki, o, həmişə öz ampulasında çıxış edir, metodunu dəyişmir, istədiyini bacardığını əks etdirir.

 

Sonra türkiyəli opera müğənnisi Oya Ergün klassik musiqi nümunəsi ilə çıxış edib.

 

Noyabrın 2-dək davam edəcək sərgidə R.Mehdiyevin yeni əsərləri, bir sıra qeyri-adi bədii əsərləri, heykəltəraşlıq nümunələri instalyasiyaları nümayiş olunur.

 

525-ci qəzet.- 2015.- 31 oktyabr.- S17