Azərbaycan multikulturalizmi fənninin tədrisində mühüm yüksəliş

 

Multikulturalizm həyat tərzimizdir

 

Çoxəsrlik multikulturalizm tolerantlıq ənənələri həm Azərbaycan xalqının həyat tərzi, həm dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi çoxdan öz təsdiqini tapıb.

 

Prezident İlham Əliyev ölkəmizdə tolerantlığın mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, eləcə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq məqsədilə yaratdığı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, eləcə   millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin ötən zaman ərzində Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi dünyada təbliği ilə bağlı bir sıra mühüm layihələr gerçəkləşdirib. Bu layihələr sırasında ən əhəmiyyətlilərindən biri Multikulturalizmə girişAzərbaycan multikulturalizmifənlərinin həm ölkə, həm xarici universitetlərdə tədrisinin təşkilidir.

 

lll

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi davamlı əzmkar fəaliyyəti nəticəsində, millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin ideya təşəbbüsü iləMultikulturalizmə girişAzərbaycan multikulturalizmifənləri həm xarici ölkə, həm yerli universitetlərdə tədris edilir. Artıq 2015-2016-cı dərs ilində11 xarici ölkə universitetindəAzərbaycan multikulturalizmifənni tədris edilir.

 

Ölkəmizdə ötən il 7 ali təhsil ocağında müvəffəqiyyətlə tədris olunanMultikulturalizmə girişAzərbaycan multikulturalizmifənlərinin keçirildiyi ali təhsil müəssisələrinin sayı 2015-2016-cı tədris ilində xeyli artaraq 20-yə çatıb. Artıq bu fənlər Bakı Slavyan Universiteti, Azərbaycan İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti,  Bakı Ali Neft Məktəbi, Memarlıq İnşaat Universiteti,  Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Mədəniyyət İncəsənət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycanın Dövlət Dənizçilik Akademiyası, Dövlət Sərhəd Akademiyası, FHN Akademiyası, Kooperasiya Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Qafqaz Universiteti Qərb Universitetinin bakalavr magistr pillələrində tədris olunur.

 

lll

 

Bugünlərdə müxtəlif ali məktəblərdə adıçəkilən fənləri tədris edən müəllimlərlə tədrisin keyfiyyəti, perspektivlər qarşıda duran vəzifələr haqqında söhbətləşdik.

 

Naxçıvan Dövlət UniversitetininFəlsəfə sosial kafedrasının müdiri, adıçəkilən ali təhsil ocağındaAzərbaycan multikulturalizmifənnini tədris edən Novruzəli Rəhimov bildirib ki,   bu fənn magistratura pilləsində 2014-2015-ci tədris ilinin ikinci yarısındaXarici dillər”, “Beynəlxalq münasibətlərPedaqojiixtisasların birinci kurslarında tədris proqramına uyğun tərtib olunmuş təqvim-tematik plana əsasən tədris olunub: “ 2015-2016-cı tədris ilinin birinci yarısında isəBeynəlxalq münasibətlər xarici dillər”, “İncəsənət”, “Tibb”, “Təbiətşünaslıq”, “Sosial idarəetmə hüquqfakültələrində birinci ikinci kurslarda 283 tələbənin iştirakı ilə 13 ixtisas qrupundaMultikulturalizmə girişfənni hazırda tədris olunmaqdadır. Eyni zamanda 2015-2016-cı tədris ilinin ikinci yarısında digər fakultələrdə Multikulturalizmə girişfənnini müvafiq tədris proqramına uyğun tərtib olunmuş təqvim-tematik plana əsasən tədris olunacaq”. Müəllim bildirib ki, tələbələrin fənnə maraqları yüksəkdir: Qruplarda bu fənnin mahiyyəti Azərbaycanda multikultural dəyərlərun tarixi faktlarla izahı tələbələri, xüsusən əcnəbi tələbələri daha çox maraqlandırır. Tələbələrimiz arasında İraq, İran, Pakistan, Turkiyə, Koreya, Nigeriya Gürcüstandan olan tələbələr var. Mövzu ilə daha çox maraqlanan tələbələr Tələbə Elmi Cəmiyyəti xətti ilə araşdırmalar aparırlar. “Multikulturalizmə girişfənninin tədrisinin mühüm idraki, praktiki, siyasi, ideoloji, mənəvi- tərbiyəvi əhəmiyyəti var. O, multikulturalizm siyasətinin mahiyyətini, onun xüsusiyyətlərini bu siyasətin həyata keçirilməsinin mexanizmlərini müəyyənləşdirir. Multikulturalizm etnik- mədəni müxtəlifliklərin tənzimlənməsində mühüm təsirə malik siyasətdir”. 2015-ci ildə multikulturalizmə aid iki elmi məqaləsinin çapdan çıxdığını vurğulayan alim kafedrada mövzu ilə əlaqədar elmi-nəzəri seminar keçirildiyini diqqətə çatdırıb: “Fənnin tədrisinin optimallaşdırılması ilə əlaqədar qeyd etmək istərdim ki, tədris olunan mühazirə materiallarının təkmilləşdirilməsinə müəyyən qədər nəzəriləşdirilməsinə ehtiyac var. Azərbaycan multikulturalizmi fənni tədris olunan universitetlər arasında ortaq layihələrin hazırlanması, müəllim tələbələrin bu layihələrdə iştirakının təmin olunması da fənnin tədrisində əhəmiyyətli ola bilər”.

 

lll

 

Qərb Universitetində tələbələrəMultikulturalizmə girişfənnini tədris edən Müşfiq Şükürovla söhbətimizdə pedaqoq bu ali təhsil ocağında sözügedən fənnin bu ildən tədris olunduğunu qeyd edib: “FənnPolitologiyaFilologiyafakültələrinin 2-ci kursunda tədris olunur. Bu fənn üzrə təxminən 120 tələbə təhsil alır. Tələbələrdə mövzuya maraq yüksəkdir. Onlar üçün xüsusilə dini, mədəni, ekoloji, cinsi tolerantlıq məsələləri çox aktualdır. Fənn aktual diskursu təmsil edir. Bu günün başlıca problemlərini müzakirəyə gətirir. Bu bir tərəfdən tədrisin həyatla səsləşməsidir, digər tərəfdən isə cəmiyyəti multikultural perspektivə hazırlamaq, tolerantlıq ənənələrinin dərki vasitəsi ilə cəmiyyətdə möhkəmləndirməyə gətirib çıxara bilər. Tədris cəmiyyətə təsir etməkdir”. M.Şükürov fənnin tədrisinin əhəmiyyətini vurğulamaqla yanaşı bir sıra problemlərin mövcud olduğunu da dilə gətirib: Bununla bağlı ədəbiyyat azdır, demək olar ki, yox dərəcəsindədir. Bir neçə fərqli müəllifin dərslikləri olmalıdır.  Fənni daha maraqlı etmək üçün tədrisdə fəlsəfi təmələ çox fikir verilməli, həmçinin psixoloji sosioloji aspektlər əksini tapmalıdır”.

 

lll

 

Azərbaycan Dövlət Dəniz AkademiyasındaAzərbaycan multikulturalizmifənnini keçən akademiyanınİctimai fənlər dillərkafedrasının müdiri, fəlsəfə elmləri namizədi, dosent İlqar Abdullayev deyib ki, adıçəkilən fənn ali təhsilin magistratura pilləsində,  Multikulturalizmin əsaslarıfənni isə bakalavr pilləsində 2015-2016-cı il tədris ilindən etibarən  nəzərdə tutulmuş hal-hazırda tədris olunur. Bu fənlərin tədrisi bütün fakültələr üzrə həm magistratura, həm bakalavriaturanın birinci kurslarında tədris olunur. Bakalavr qruplarında tələbələrin sayı ixtisaslardan asılı olaraq orta hesabla 15-25 nəfər, magistratura qruplarında isə tələbələrin sayı 5-12 nəfər arasında dəyişir”. Dosent hesab edir ki, tələbələrin bu fənnə marağı kafidir: “Onları daha çox milli- etnik dini müxtəliflik şəraitində birgəyaşayış konsepsiyaları daha çox düşündürür. Çünki yuxarıda qeyd olunan məqamlar onların gündəlik  ictimai  həyatlarında daha sıx üzləşdikləri sosial hadisələrdir. Bizim akademiyamızda əsasən Gürcüstan Qazaxıstan respublikalarından gəlmiş əcnəbi tələbələr Azərbaycan vətəndaşı olan daha çox rus digər əsilli tələbələr təhsil alırlar. Onlar üzərində müşahidələrimiz,  bilavasitə onlarla ünsiyyətimiz nəticəsində belə qənaətə gəlmək olur ki, “Azərbaycan multikulturalizmifənni ümumən Azərbaycan dövləti xalqı haqqında pozitiv düşüncə aşılayır. Hesab edirəm ki, bu fənnin tədrisi dünya xalqlarının, mədəniyyətlərinin çulğalaşdığı bir dövrdə zəruridir, lakin fənnin tədrisi zamanı onun ümumbəşəri prinsiplərinə aludə olub milli dəyərləri, etik-əxlaqi normalara kölgə salmaq  olmaz”. İ. Abdullayev sonda tövsiyəsini qeyd edib: “Yaxşı olardı ki, bu fənn ali məktəblərinTədris planındafakültətiv fənn kimi deyil, kredit fənlər sırasına daxil edilsin”.

 

lll

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan multikulturalizmi” fənnini siyasi elmlər üzrə fəlsəfə doktoru, sözügedən ali təhsil müəssisəsinin “Fəlsəfə və sosial psixologiya” kafedrasının müəllimi Cahangir Cahangirli 2015/2016-cı tədris ilinin I semestrindən tədris edir. Fənn “İnzibati idarəetmə” fakültəsinin II kurs magistrantlarına bir semestr müddətində keçilir. Müsahibimiz vurğulayıb ki, fənnin tədrisi maraqla qarşılanıb: “Onları daha çox multikulturalizmin tarixi, müasir dövrdə nə dərəcədə əhəmiyyətli olması, həmçinin bir çox dövlətlərdə bundan bir siyasət kimi imtina edilməsinin səbəbləri, gələcək perspektivləri, xalqımızın tarixən tolerant olması və bunun dünyaya bir örnək ola biləcəyinin etiraf edilməsi və sair bu kimi məsələlər maraqlandırır. Fənn vasitəsilə tələbələr bu siyasətin əhəmiyyətini, məqsədini, bu istiqamətdə atdığı addımları, fəaliyyət istiqamətlərini və sair öyrənəcəklər. Həmçinin, ölkəmizdə və xaricdə olan multikultural mühitin və birgəyaşayışın səviyyəsini, tolerantlığa real münasibəti və sair müqayisə edə biləcəklər”.

 

Fənnin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşən C. Cahangirli bildirib ki, mövzunun önəmli olduğunu dövlətimizin apardığı multikulturalizm siyasətindən də görmək olar. Alim fənnin tədrisi ilə bağlı tövsiyələrini də əsirgəməyib: “Ayrı-ayrı bölgələrimizdə yaşayan azsaylı xalqların əsas adət-ənənələrinə dair müəyyən video-reportajların hazırlanması, bu istiqamətdə tək mühazirə xarakterli tədbirlər deyil, həmçinin müəyyən sərgilərin təşkili, tələbələri ən çox maraqlandıracaq məqamlara dair rəy sorğusu keçirmək də çox yaxşı olardı”.

 

Deyilənlərə, yazılanlara və görünənlərə sözardı: Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində həm xaricdə, həm də ölkəmizdəki ali təhsil ocaqlarında “Multikulturalizmə giriş”, “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisinin kəmiyyət və keyfiyyətcə artımı Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün sürətlə  reallaşacağına əminlik yaradır.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 31 oktyabr.- S.14.