Milli Kitabxananın əməkdaşı
beynəlxalq tədbirə qatılıb
Avqustun
27-dən 30-dək M.F.Axundzadə adına Azərbaycan Milli
Kitabxananın şöbə müdiri Aygün Hacıyeva
Rusiya Federasiyasının Həştərxan Vilayətində
ezamiyyətdə olub. O, Həştərxan Vilayətinın Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə B.Şaxovski adına Gənclər Kitabxanası tərəfindən
təşkil olunan gənc peşəkarların Xəzəryanı
Assambleyasında iştirak edib.
Kitabxanadan
AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə Həştərxan
Vilayətinin mədəniyyət və turizm naziri Qalina
Zoteyeva açaraq, assambleyanın işinə uğurlar
arzulayıb.
Sonra
bir sıra ölkələri təmsil edən kitabxanaların
tədbirə qoşulan mütəxəssislərin
iştirakı ilə plenar iclas olub.
Kitabxana
işinin yeni formaları, innovativ proqram və layihələrin
tətbiqi sahəsində müzakirələrin
aparıldığı iclasda Aygün Hacıyevanın
"Azərbaycan Milli Kitabxanasının ənənəvi və
elektron fondu: komplektləşdirilməsi və istifadəsi"
mövzusunda məruzəsi dinlənilib.
Tədbir
çərçivəsində "Kitabxana
jurnalistikası" mövzusunda ustad dərsləri
keçirilib, vilayət kitabxanaları əməkdaşlarının
mükafatlandırılması mərasimi olub.
A.S.Puşkin
parkında təşkil edilmiş "Oxumaq vaxtı gəlmişdir"
adlı aksiya ilə assambleya öz işinə yekun vurub. Həştərxan
Vilayətinin qubernatorunun da iştirak etdiyi aksiyada müxtəlif
kitabxanaların kitab sərgiləri nümayiş edilib.
525-ci qəzet.-
2015.- 2 sentyabr.- S.7.