Dəyərli vətəndaş, nurlu şəxsiyyət

 

 

Bu yaxınlarda filologiya üzrə fəlsəfə doktoru Sadıq Murtuzayevin mərhum milis polkovniki, uzun illər milis sistemində müxtəlif məsul vəzifələrdə çalışmış, bir vaxtlar Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri olmuş polkovnik Məmməd Yaqubov haqda tərtib etdiyi xatirələr toplusu "Vətən" nəşriyyatı tərəfindən çap olunub. Kitabda M.Yaqubovu tanıyanların, dostlarının, yaxınlarının, övladlarının xatirələri toplanıb. Hacı Mehman Fərzəliyev kitaba son söz yazıb. "Sözardı" adlanan həmin yazını oxuculara təqdim edirik.

 

Əvvəl redaktə məsuliyyəti üzərimə düşmüş kitaba ön söz yazmaq fikrindəydim. Amma müəllimim, ağsaqqalım, gözəl qələm sahibi, neçə-neçə elmi-publisistik-fəlsəfi düşüncələrin həyat dərslərini ehtiva edən kitabların qəlbinin dərinliklərindən gələn onlarla  elmi-publisistik məqalənin müəllifi, ictimai-siyasi xadim, filologiya üzrə fəlsəfə doktoru, həyat alimi Sadıq Nəbi oğlu Murtuzayevin bir yerdə çalışdığı, dostluq edib çörək kəsdiyi bu kitabın qəhrəmanı Məmməd Qurban oğlu Yaqubovun yüksək insani keyfiyyətlərini, təşkilatçılıq qabiliyyətini, cəsarətini digər gözəl məziyyətlərini sevə-sevə vəsf edərək açıqladığı "Məmmədnamə"sindən əvvəl söz deməyi özümə rəva bilmədiyimdən, sonda mənim adımın bu kitabda kiçik bir yazının müəllifi kimi qeyd olunması istəyiylə sözardı yazmağı qərara aldım.

 

Allah razı olsun! Şahidiyəm ki, Sadıq müəllim xalqımızın neçə-neçə böyük oğlunun - İmam Mustafayevin, Vəli Axundovun digərlərinin xatirəsinə işıq salınmasının təşəbbüskarı olmuş buna nail olmuşdur. "Deyilən söz - yazılan söz yadigardır".

 

Ötən əsrin səksəninci illərində "İşıq" nəşriyyatında şöbə müdiri olmaqla partiya təşkilatının katibi idim. Nəşriyyatımız mədəniyyət incəsənət yönümlü olduğundan demək olar ki, respublikada keçirilən əksər mədəni-kütləvi ictimai tədbirlərdə iştirak etməli olurdum. Məmməd Yaqubovun oğlu Fazil müəllim 26-lar - indiki Səbayil rayon Partiya Komitəsində şöbə müdiri idi. Onunla bir neçə dəfə görüşmüş, tanış olmuşdum.

 

Bakı şəhər Partiya Komitəsinin keçirdiyi tədbirlərdən birinə həmkarlar təşkilatlarının rəhbərləri dəvətli olduğundan, idarəmizdə bu təşkilatın sədri işləyən həmkarımla birgə həmin tədbirə getmişdik.

 

Tədbirdə Fazil müəllim çıxış etdi. Onun çıxışını dinləyən işçimiz: "Necə atasına oxşayır, atası çox böyük hörmətə layiq bir kişidir, generaldır" -  dedi.

 

Fazil müəllimi həmişə ağır təbiətli, həm ədalətli mövqedə dayanan görmüşdüm. Ancaq atasının general olduğu deyilsə , hələ gənc, komsomol yaşlarımdan generallarla münasibətim olduğundan sağ olan azərbaycanlı generalların demək olar ki, hamısını tanıdığımdan Məmməd Yaqubovun general olması mənim üçün müəmmalı qaldı.

 

Sadıq müəllimin yazısını oxuyarkən Məmməd Yaqubovun 18 il general vəzifəsində işləməsindən söhbət açması keçmiş xatirələri yenidən xəyalımda canlandırdı.

 

Sonrakı illərdə öyrəndim ki, Məmməd Yaqubovdan əvvəl on ildən artıq eyni vəzifədə işləmişdir. Lakin azərbaycanlılar general vəzifəsində işləsələr onlara general verilməsi üçün yuxarı orqanlara təqdimat göndərilsə , Moskva onlara nədənsə bu ali rütbəni verməmişdi.

 

Ötən əsrin 70-ci illərindən 2010-cu ilə qədər 40 il ərzində işim həm 10 ilə yaxın hərbçilərlə əlaqəli olub, ancaq bundan asılı olmayaraq hüquq-mühafizə orqanlarında hərbi sahədə xidmət edən yüksək rütbəli neçə-neçə generallarla dostluq işgüzar münasibətlərdə, habelə ailəvi get-gəlimiz olub. Hərbçi hüquq-mühafizə orqanlarında bilavasitə birgə işləmiş, savadına, təşkilatçılıq, sərkərdəlik, rəhbərlik qabiliyyətinə malik yaxşı tanıdığım polkovniklər olub ki, dostluq münasibətində olduğumuza görə deyil, özünün istedad qabiliyyətinə görə hər birini generala bərabər hesab etmiş dönə-dönə şahidi olmuşam ki, neçə-neçə general bir çox taktiki-nəzəri praktik məsələləri öyrənmək üçün dönə-dönə onlara müraciət etmişlər. Həmin Vətən oğullarına uzun illər general vəzifəsində işləmələrinə baxmayaraq general rütbəsi çox gec verilsə , Vətənə sədaqətli xidmətləri insanlara münasibətlərində özlərini əsl sərkərdə kimi tanıda bilmiş, ətraflarında olan generallar onları özlərinin müəllimi, komandirləri hesab etmişlər. Kitabda verilmiş xatirələrdən göründüyü kimi, Məmməd Yaqubov polkovnik olsa da, əməkdaşları ictimaiyyət arasında əsl general, əsl kişi kimi tanınmışdır.

 

Sadıq müəllimin xatirəsində onun son dərəcə səbirli, təmkinli, hər çətin vəziyyətdən çıxış yolu tapa bilməsi, poetik ruhlu, şeir-sənət dünyası barədə, musiqi duyumlu olması digər məziyyətlərindən danışılır.

 

Çox hörmət bəslədiyim şair Ramiq Muxtarın uşaqlıq gənclik illərində Məmməd Yaqubovun onların evlərində olması, ona şeir oxutması, Naxçıvandan gedərkən buranın elitasının ailələri övladları ilə onları yola salması mənim şəxsən tanıyıb hörmət bəslədiyim insanların da ötürənlər arasında olmasını oxuduqda o səhnə gözlərim önündə canlandı. Yaxşı tanıdığım professor Hacı Əsədulla Qurbanovun hadisələri xırda detallarına kimi yada salması ona olan yüksək hörmətin təzahürüdür. Başqa birisi, ötən əsrin əllinci illərində anasına hayan olmasından, işçisi olmuş kimsə onu oxumağa göndərməsindən, icra başçısı olmuş xatirə müəllifi rayona su çəkilməsinin təşəbbüskarı olmasından, bir neçə müəllif həmişə təmkinli olub qürurunu qoruyub saxlaya bilməsi, heç kəsin qarşısında əyilmədiyini, vəzifəsindən, ranqından asılı olmayaraq haqsızlıq edən rəhbərinə belə sözünü çəkinmədən deməyindən digər məziyyətlərindən yazan həmkəndlilərinin xatirələrini oxuduqca bu kəndin camaatı üçün sevinirsən. Sevinirsən ki, belə bir şəxsiyyət bu kənddə doğulub, boya-başa çatıb.

 

Doğmalarının övladlarının - qızı Səlihətin yazısını oxuduqca şahidi olursan ki, xatirədə göstərilənlər təkcə onun qəlbindən gələnlər deyil, həm atası haqda gözləriylə görüb qulaqlarıyla eşitdiklərindən bəhrələnməklə qələmə alınıb.

 

Övladı Samratın yazısında atasının övladlarına, xüsusən oğullarına, onların tərbiyəsinə yüksək diqqət yetirməsi, dostlarına qarşı sədaqəti, hətta dostunun vəfatının 40-cı günü dünyasını dəyişməsini ona olan ali dostluq hissləriylə bağlaması çox düşündürücüdür. Əslində, insanın ölümünü hər hansı bir hadisə ilə bağlamaq heç doğru deyil, bu da bir təsadüfdür. Hər kəs öz ömrünü yaşayır, müqəddəs kitabımız "Qurani-Kərim"də deyildiyi kimi "Heç bir qadın hamilə ola bilməz, heç bir qadın bari-həmlini yerə qoya bilməz, heç bir yarpaq belə ağacdan düşə bilməz! - əgər buna Allahın əmri olmasa bütün bunlar Lövhi-Məfhuzda yazılmışdır". Bütün hallarda dostluğa sədaqət mənasında çox ibrətamizdir.

 

Nəvəsi Fərhadın babasının yolunu davam etdirməsiylə qürur duyması çox diqqətəlayiqdir.

 

Böyük oğlu Fazilin və bütövlükdə övlad və doğmalarının qəlbinin dərinliklərində özünə kök salmış təbirəvan, səmimi və kövrək duyğularla qələmə aldıqları xatirələri oxuduqca Məmməd Yaqubovun əzəmətli cüssəsi, nurlu, nüfuzedici baxışları - siması gözlərimiz önündə canlanır və belə bir kişi haqqında yazılmış xatirələrin tərtibatı və redaktəsindən qürur duyursan.

 

Belə insanlar haqqında xatirələr yazılmalı, toplanıb çap olunmalı və gələcək nəslə yadigar saxlanmalıdır. Millətin əsl tarixinin təməli məhz belə kişilər haqqında xatirələrin canlı daşıyıcılarının yazdıqları, sənədlər və tarixi anları yaşadan şəkilləri özündə ehtiva edən kitabların əsasında qoyulur. Millət özünün qəhrəman oğulları, şairləri, yazarları, alimləri, xalqımızın adət-ənənələrini özündə, sözündə, hərəkətlərində, ailəsində, yerində, el arasında, ictimai həyatda yaşadan əsl kişiləriylə tanınır.

 

Allah rəhmət eləsin!  şad olsun!

 

Hacı Mehman FƏRZULLAYEV

525-ci qəzet.- 2015.- 2 sentyabr.- S.5.