AzTV milli mənəvi dəyərlərimizin əsl keşikçisidir

 

 

“Azərbaycan Televiziyası xalqımızın milli sərvətidir”. Mən bu kəlamı 1993-1994-cü illərdə ümummilli liderimiz Heydər Əliyevin çıxışında eşitmişəm. Elə həmin gundən də Televiziyanin bir millətin, bir ölkənin həyatında nə qədər böyük rol oynadığının fərqinə varmışam.

 

Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra ölkəmizin hansı ağır məşəqqətlərlə üzləşdiyi, doğma vətənimizin informasiya blokadasına alınaraq haqq səsının boğulması  o qədərdə uzaqda olan tariximiz deyil.

 

Sözün düzü o dövrlər dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla Azərbaycanlının dövlət müstəqilliyimizin yenidən bərqərar olunacağina, ölkəmizdə vətəndaş qarşıdurmasının aradan qaldırılmasina heç bir ümid yeri qalmamışdı.

 

Nəhayət, ölkəmizin ən ağir məqamlarında xalqımızın müraciətinə əsasən ikinci dəfə siyasi hakimiyyətə gələn H.Əliyevin müdrik və uzaqgörən siyasəti Azərbaycanı parçalanmaq təhlükəsindən, milli heysiyyatımızı tapdalanmaq qorxusundan xilas edə bildi. O çətin dövrlərdə Azərbaycan Televiziyasının rolundan düzgün və səmərəli istifadə edərək xalqımızın qanına susuyanları ictimaiyyətə çatdıran ümümmilli liderimiz Azərbaycan Televiziyasının xalqımızın əsl milli sərvəti olduğunuda sübuta yetirdi.

 

İndi dünyanın müxtəlif ölkələrində yaşayan 65 milyondan çox Azərbaycanlı peyk rabitəsi vasitəsilə Azərbaycan Televiziyasını izləmək şansını əldə edib.

 

Son 20 ildə Azərbaycanın beynəlxalq arenada əldə etdiyi uğurlar, ölkəmizin iqtisadi cəhətdən inkişaf edərək Cənubi Qafqazda lider dövlətə çevrilməsi, milli-mənəvi dəyərlərimizin inkişaf etdirilərək gələcək nəsillərə çatdırılması Azərbaycan Televiziyası vasitəsılə bütün dünyaya təqdim edilir.

 

Bu tendensiya bütün Azərbaycanlılar kimi Ukraynada yaşayan 500 mindən çox soydaşımızın həyatında da müstəsna rol oynayır.Mən xüsüsən Azərbaycan Televiziyasının son 10 ildə hazırladığı verilişləri, xüsusən də gənc istedadların üzə çıxarılması istiqamətində gördüyü işləri xüsusi qeyd etmək istəyirəm.Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan hər bir Azərbaycanlı  öz istək və arzularını  Azərbaycan Televiziyasında tapa bilir.Xüsusəndə Azərbaycan  Respublikasinin prezidenti İlham Əliyevin xarici ölkələrə səfərlərinin, Azərbaycanın rayon və şəhərlərində keçirdiyi görüşlərin operativ olaraq dünyaya çatdırılması hər birimizdə böyük iftixar hissi yaradır.Bu gün biz böyük iftixarla yaşadığımız  ölkələrin dövlət və hökümət rəsmləri , elm və mədəniyyət xadimləri ilə görüşlərimizidə Azərbaycanın əldə etdiyi uğurları ,dünya birliyinə inamlı inteqrasiya xəttini nümunə göstərməklə qürur duyuruq.Təbii ki, bizlərə  bu  sevincli  anları yaşatdıran ulu öndərimiz H.Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm prezidentimiz İ.Əliyev cənablarının xalq naminə gördüyü böyük işlərdi və bu görülən hər bir işi dünyaya olduğu kimi çatdıran Azərbaycan Televiziyasıdır.Bu istiqamətdə möhtərəm prezidentimizin həyata keçirtdiyi kadr siyasətinin uğurlu nəticəsidir.Mən diqqətinizi çox vacib bir məqama yönəltmək istərdim.Bildiyiniz kimi bu gün vətən hüdudlarindan uzaqlarda yaşayan hər bir Azərbaycanlının özünəməxsus problemləri mövcuddur.Bu problemlərdən biri də xarici ölkələrdə doğulub boya başa çatan uşaqlara və gənc yeniyetmələrə doğma ana dilimizin şirinliyini, qədim adət-ənənələrimizi, zəngin mədəniyyətimizi, çox əsrlik tariximizi, bir sözlə milli mənəvi dəyərlərimizi öyrətməkdir.Bu istiqamətdə yaşadiğimiz ölkələrdə Azərbaycan  dili məktəbinin  və yaxud əyani vəsaitlərin olmaması ciddi problemlərimizdəndir.Tam əminliklə demək olarki, bu gün  peyk rabitəsi vasitəsilə  bütün dünyaya yayımlanan Azərbaycan Televiziyası uşaq və gənclərimiz üçün əsl məktəb rolunu oynayır.Biz bunu gundəlik həyatimizda hiss edir,övladlarımızın böyük sevgi və maraqla Azərbaycan televiziyasına baxmalarından fərəh hissi duyuruq.Son dövrlər Azərbaycan Televiziyasında milli əxlaqi filmlərin, xalq mahnılarının, idman, hərbi vətənpərvərlik və mənəvi incilərimizi özündə əks etdirən verilişlərin efirə verilməsi burada yaşayan uşaqlarımızın milli ruhda böyümələrinə geniş imkanlar yaradıb.Bütün bunları nəzərə alraq  Ukraynada  yaşayan hər bir soydaşımız peyk rabitəsi vasitəsilə bütün dünyaya yayımlanan Azərbaycan Televiziyasını  uşaqlarin ixtiyarına veriblər.Bu istiqamətdə AzTV rəhbərliyinin xarici ölkələrdə  yaşayan azərbaycanlılari nəzərə alaraq gecə saatlarında milli filmləri efirə verməsidə dövlətimizin irəli sürdüyü ümumazərbaycançılıq ideologiyasının məntiqi nəticəsidir.

 

   .Son illər H.Əliyev fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri ,millıt vəkili Mehriban Əliyevanın xalqımızın xoş və inamlı gələcəyi ,milli mənəvi irsimizin araşdırılaraq inkişaf etdirilməsi ,xüsusəndə milli muğam sənətinin yenidən özünə qaytarılması istiqamətində həyata keçirdiyi qlabal tədbirlər hər birimizdə böyük iftixar hissi yaradıb.Bu istiqamətdə H.Əliyev fondunun təşəbbüsü ilə muğam müsabiqəsinin təşkil edilməsi və Azərbaycan Televiziyası vasitəsilə dunyaya çatdırılması milliözünüdərkin bünövrəsini qoyub.Xüsusəndə istedadlı gənc oğlan və qızlarımızın muğam sənətini böyuk sevgiylə yaşatmaları hər birimizdə böyük ruh yüksəkliyi yaradıb.

 

Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra qarşida duran priaritetlərdən biridə milli diasporumuzun təşkilatlanması və inkişaf etdirilməsinə nail olmaq idi.

 

Təbii ki, bu məsələnində tarixi reallığı, daha doğrusu dunya Azərbaycanlılarının vahid amal ətrafında birləşməsi ideyasıda dahi öndər H.Əliyevin adı ilə bağlıdır. Bu ideyanın daha geniş vüsət alması dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı ziyalıların, elm,mədəniyyət və dövlət xadimlərinin axtarılıb haqqlarında silsilə verilişlər hazırlanması missiyasınıda məhz AzTV öz üzərinə götürüb.

 

Son dövrlər Azərbaycan Televiziyzsının xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəliklərinin bu sahəyə xüsusi diqqət ayırması Azərbaycan Diaspor və cəmiyyətlərinin həyata keçirdikləri tədbirləri operativ olaraq  geniş tamaşaçı auditoriyasına təqdim etməsi Azərbaycan diasporunun inkişaf etdirilməsi istiqamətində yeni eranın başlanğıcını qoyub.Bir yandan mohtərəm prezidentimiz İ.Əliyevin xarici ölkələrə rəsmi səfərləri çərçivəsində Azərbaycan diasporunun fəalları ilə görüşüb onlara mənəvi arxa durması, bir yandan da Azərbaycan Televiziyzsının bu siyasəti ardıcıi olaraq davam etdirməsi dövlət mexanizminin saat dəqiqliyi ilə işləməsindən xəbər verir. Bu gün dunyanın müxtəlif ölkələrində olduğu kimi Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporuda həyata keçirtdikləri istənilən tədbirin Azərbaycan Televiziyasında işıqlandırılması imkanını əldə etmişdir.Bu həm burada yaşayan soydaşlarımıza  böyük ruh yüksəkliyi verir, həm də vətən naminə yeni tədbirlərin keçirilməsi üçün geniş zəmin yaradır.

 

Son dövrlər Azərbaycan Televiziyasının əldə etdiyi uğurlardan biridə Azərbaycanda gənclərin sağlam ruhda böyümələrini,xüsusəndə Dünya Olimpiya hərəkatında islahatçı prezident imicini qazanan cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğını peşəkar şəkildə xalqa təqdim etməsidir.

 

Sevindirici haldır ki, bu gün Azərbaycan Televiziyası beynəlxalq idman yarışlarını, futbol üzrə Avropa və Dunya çempionatlarının canlı yayım hüququnu əldə edib. Bu isə onu göstərir ki, Azərbaycan Televiziyası  maddi texniki bazasını müasir standartlara uyğun qurmaqla nəinki Azərbaycanda, o cümlədən, Cənubi Qafqazda teleinformasiya sahəsində liderliyi ələ alıb. Bu ilin iyun ayında Azərbaycanda keçirilən birinci Avropa olunlarının İdman Azərbaycan televiziyası vasitəsi ilə böyük peşəkarlıqla yayımlanması, hər bir idman oyununun mütəxəssislər tərəfindən dolğun şəkildə şərh edilməsi rəqabət bazarında birinciliyi əldən verməyən milli televiziyamızın prinsipal hədəfinə çevrilib. Burada müasir texnologiya ilə istedadlı gənclərin intellektual səviyyələrinin vəhdət təşkil etməsidə bir mənalı olaraq Azərbaycan Televiziyası rəhbərliyinin bu sahədə böyük təcrübəsindən qaynaqlanır. Ümumiyyətlə son dövrlər AzTV-də aparılan gəncləşdirmə siyasəti, verilişlərin yeni ruhda təqdim olunması, xəbərlər proqramının milli maraqlar çərçivəsində hazırlanması vətən hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

 

Milli mədəniyyətimizin, zəngin tariximizin, qədim adət-ənənələrimizin ayrıca xətt üzərində inkişaf etdirilməsi məqsədi ilə yaradılmış Mədəniyyət kanalı da rəngarəng verilişləri ilə xalqımızın milli mənəvi dəyərlərinin dahada inkişaf etdirilməsini həyata keçirir.

 

Xalqımızın qədim ozan sənətinin ,müasir və klassik  caz musiqisinin vaxtaşırı efirə verilməsi, görkəmli elm və mədəniyyət xadimlərimizin, Azərbaycanın dünya musiqi və ədəbiyyat xəzinəsinə bəxş etdiyi dahi karifeylərindən  Nizami Gəncəvi, Məhəmmməd Füzuli, Nəsimi, Xəqani, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov və neçə-neçə dəyərli şəxsiyyətlərimizin həyat və yaradıcılıqlarını özundə əks etdirən film və verilişlər təqdim etməsi onu göstərir ki, Azərbaycan Televiziyasında  işləyən hər bir kəs tam gücünü xalqımızın milli mənəvi irsinin təbliğinə yönəldib. Bir sözlə ümummilli liderimiz Heydər Əliyevin milli mənəvi dəyərlərimizə, Azərbaycan ziyalılarına, elm və mədəniyyət karifeylərinə, zəngin tariximizə bəslədiyi yüksək diqqət və qayğı bu gün Azərbaycan Televiziyasında prinsipal xətt kimi qorunub saxlanılır.Mütamadi olaraq Azərbaycanlı ziyalıların efir vasitəsilə fikirlərini bölüşmələri, mövcud problem və neqativ halların aradan qaldırılması üçün mülahizələrini söyləmələri isə onu göstərir ki, Azərbaycan Televiziyası bu gün xalqın güzgüsü olmaqla yanaşı, millətin sözünü  deyən tribuna rolunu oynayır..

 

Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 50-milyondan çox soydaşımızın  ən ağrılı yeri torpaqlarımızın işğal altında olmasıdı.Son illər möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf etdirilərək qüdrətli dövlətə çevrilməsi, xəyənətkar ermənistanın bölgədə həyata keçirilən böyük iqtisadi layihələrdən kənarda saxlanması tezliklə bu problemində Azəarbaycanın xeyrinə həll olunacağından xəbər verir.Bu istiqamətdə Azərbaycan Televiziyasında hərbivətənpərvərlik ruhunda hazırlanan verilişlər, günü-gündən milli ordumuzun qüdrətinin artmasını özündə əks etdirən video materialların təqdim edilməsi bir çox ölkələrdə olduğu kimi Ukraynada yaşayan soydaşlarımızada böyük ruh yüksəkliyi bəxş edir.

 

Təbii ki, işçilərinin 80-85%-i yaradıcı insanlardan olan böyük bir kollektivi idarə etmək o qədər də asan məsələ deyil.Burada səmimi yaradıcılıq  mühitini qoruyub saxlamaq, hər insanla öz dilində danışmaq bacarığı , əsasəndə, xalqın milli ruhuna uyğun məhsul ortaya çıxarmaq rəhbər işçidən böyük orkestri idarə edən drijor məharəti tələb edir.Bu baxımdan  böyük bir kollektivdə əsl yaradıcılıq mühiti yaradaraq daima xalqımızın ruhuna uyğun verilişlər təqdim edən Azərbaycan Teleradio Verilişləri QSC-nin sədri Arif Alışanovun rəhbərlik bacarığı hər evin telegüzgüsündə öz əksinin tapır.

 

Fürsətdən istifadə edib Azərbaycan Televiziyasının rəhbərliyinə və yaradıcı kollektivinə Ukraynada yaşayan soydaşlarımız adından öz dərin minnətdarlığımı bildirir, AzTV ailəsinə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 

Əfqan Salmanov

Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulu

 

 

525-ci qəzet.- 2015.- 2 sentyabr.- S.4.