Çin - qədim sivilizasiya və
müasir möcüzələr ölkəsi
(Əvvəli ötən şənbə
sayımızda)
Min
sülaləsi
Yeni
sülalənin banisi Çu Yuan- can Kayfen şəhərindən
olan ailədən idi.. Yuan
dövrlərində ailənin vəziyyəti Anveydə gəzib-dolaşan
icarəçi əkinçilər arasında daha da pisləmişdi.
1344-cü ildə aclıq və taun xəstəliyi
nəticəsində yetim qalan gənc Çu kiçik buddist
monastırına götürülmüşdü. O,
üç il ərzində Huay hövzəsində
dilənçi kimi dolaşmışdı, sonra isə
monastırlarda buddist keşiş olmaq üçün təhsil
almışdı. 1352-ci ildə
daşqınlardan, qiyamlardan və Yuanın quldurcasına
istismar kampaniyalarından sonra bütöv region viran
qalmışdı. Çunu üsyana
qoşulmağa inandırdılar. O, qiyamçı Sun
rejiminin cənub cəbhəsindəki ən uğurlu
generalına çevrildi və 1356-cı ildə Nankini
işğal edib, orada öz qərargahını qurdu. Bu, Yantszı çayının üstündə
yerləşən sıx əhalisi və strateji əhəmiyyətli
olan bir şəhər idi. Burada o, köhnə
hökumətin qalıqlarını toplamağa başladı
və öz hərbi gücünü xeyli möhkəmləndirdi.
1360-cı illə 1367-ci il arasında onun
orduları Yantszı vadisinin mərkəzi və şərq tərəflərindəki
geniş ərazilərə nəzarəti ələ
keçirdi. Sonra Çu bütün Çini
monqol hökmranlığından azad etmək niyyətini bəyan
etdi və 1368-ci ilin başlanması ilə yeni sülaləsini
yaratdığını elan etdi. Sülalənin adı
olan “Min” sözü “parlaqlıq” mənasını verirdi,
Manixeyn təsirini ifadə edirdi, bu təlim altında isə
Çu görkəmli vəziyyətə nail olmuşdu.
1368-ci ildən o, güclü kampaniya apararaq monqolları
Şandun, Honan və Şansi əyalətlərindən və
Ta-Tunun özündən qovdu, beləliklə, Min hakimiyyəti
xeyli ərazilərə genişləndi. Şimali-qərbdə
monqollara qarşı aparılan kampaniya Mərkəzi Asiyaya,
şimali-qərbdə Mancuriyaya, şimal tərəfdə
Karakorumun arxasındakı Xarici Monqolustana və demək olar
ki, Baykal gölünə yol açdı.
Belilklə, Çu Yuan-çanın 30 illik
hökmranlığı 1398-ci ildə yeni sülalənin
bütün müasir Çinin ərazisinə nəzarət
etməsi ilə nəticələndi.
Min sülaləsi 16 imperatorun
hökmranlığını əhatə etməklə,
Çin tarixinin ən stabil və uzun sürən sülalələrindən
biri oldu.
Koreyanın, Monqolustanın, Çin
Türküstanının, Birmanın, Siamın və
Vyetnamın hökmdarları müntəzəm olaraq Minin ağalığını etiraf edirdilər.
Bəzi vaxtlarda uzaqlarda yerləşən Yaponiyadan, Yava və
Sumatradan, Seylon və Cənubi Hindistandan, Şərqi Afrika
sahillərindən, Persiya körfəzi regionundan və Səmərqənddən
bac qəbul edilirdi. O vaxtki Çin dövlətinin beynəlxalq
gücünü və nüfuzunu bərpa etmələri Min
imperatorlarını xüsusilə şərəfləndirir,
bu nüfuz isə VIII əsrdən tənəzzüldə
olmuşdu. Min imperatorları yəqin ki, bir sıra yeni
Çin hökmdarlarına nisbətən Şərqi Asiyada
daha yüksək təsir gücünə malik olmuşdular və
onların Portuqaliya, İspaniya, Rusiya, Britaniya və Hollandiya
nümayəndələrinə qarşı münasibətdə,
bu elçilər sülalənin sonunda Çində
görünmüşdülər, özlərini təkəbbürlü
aparırdılar.
Çin tarixində ilk dəfə Min
hökmdarlarının hər biri adətən yalnız bir
era adı götürürdülər, yeganə istisna
altıncı imperator idi, o, səkkiz illik fasilə ilə iki
dəfə hökmranlıq etmişdi. Era adı
praktikasını müasir yazıçılar fərdi
adlarla və ya imperator adları ilə
adlandırırdılar, era adı fərdi adla eyni olduqda sadəcə
Uan-li adlanırdı.
Bani imperator Tay Tsu (bu, Çu Yuan-çanın məbəd
adı idi) Çin tarixinin ən güclü və daha
koloritli şəxsiyyətlərindən biridir. Onun uzun
müddətli hökmranlığı hökumət
quruluşunu, həm də siyasəti müəyyən
etmiş və bütöv sülaləyə öz
xüsusiyyətlərini vermişdi. 1398-ci
ildə onun ölümündən sonra nəvəsi Hui Ti
varis oldu. O, öz qüdrətli əmrləri üzərində
nəzarəti əldə etməyə
çalışdıqda, bu, qiyama səbəb oldu və
1402-ci ildə devrildi. Yeni hökmdar Çen Tsu
taxt-tacı əlinə aldı və özünü
güclü və təvazökar bir hökmdar kimi göstərdi.
O, şimalda yenidən təşkil olunmuş monqollara
qarşı şəxsi yürüş apardı və dənizin
o tərəfinə iri donanma ekspedisiyası göndərdi,
Afrika kimi uzaq diyarların hökmdarlarından bac
tələb etdi.
Çen Tsudan sonra bir əsr
ərzində imperiya stabil, sakit və inkişaf edən
ölkəyə çevrildi. Lakin dövlət
administrasiyası zəif imperatorlar üzərində
yevnuxların ağalıq etmələrindən əziyyət
çəkməyə başladı. U Tsuna və
Şih Tsuna Min imperatorları arasında ən az
hörmət edilir. 20 illik bir dövrdə
Şih Tsun, demək olar ki, bütünlüklə hökumət
qayğılarından uzaqlaşmışdı. Hər iki imperator yüzlərlə məmuru
onların etirazlarına görə alçaldır və cəzalandırırdı.
1592-ci ildə Hideyoşinin
başçılığı altında yapon qüvvələri
Koreyaya müdaxilə etdi. Min Çini öz bac
verən qonşusunu dəstəkləmək üçün
səmərəli kampaniya aparmaqdan ötəri bu vaxtadək
kifayət qədər güclü olmaqla, cavab vermək
qabiliyyətində idi. Hideyoşi altı ildən
sonra öldükdə yaponlar geri çəkildilər.
Bu müharibə Mindən ağır resurslar tələb etdi
və açıq surətdə Çinin hərbi tənəzzülündən
xəbər verdi.
Həmin vaxt şimal sərhədində yeni təhlükə
meydana çıxdı. Mancurlar Min qüvvələri üzərində
1619-cu və 1638-ci illərdə tarmaredici qələbə
çaldılar və Min imperiyasının bütöv
şimal-şərq seqmentinə nəzarəti ələ
keçirdilər.
Min
dövlət sistemi Tan və Sun sülalələrindən irs kimi qəbul edilmiş institutların
bünövrəsi üzərində qurulmuşdu və
şimaldan olan işğalçı sülələlərin,
xüsusən Yuanın müdaxiləsi ilə öz şəklini
dəyişdirilmişdi. Min dövrlərində
meydana çıxan sosial və inzibati təşkilatlanma
nümunələri öz əsas xüsusiyyətlərini XX əsrin
başlanğıcındakı Tsin sülaləsinə qədər
saxladı.
Min mərkəzi hökumətinin erkən formasında
vahid Katiblik ağalıq edirdi. Katibliyin baş
icraçı məmuru baş müşavir və ya baş
nazir kimi imperatora xidmət edirdi. Mərkəzi
hökumətin digər idarələri arasında xüsusi nəzarət
edən orqan seçilirdi. Bərabər əhəmiyyətə
beş baş hərbi komissiya malik idi,
onların hər biri Müdafiə Nazirliyi ilə birlikdə məsuliyyət
daşıyırdı. Əvvəldən vahid
Baş Hərbi Komissiya Katibliyə paralel idi, lakin 1380-ci illərdən
onun səlahiyyəti parçalanmağa başladı.
XV əsrdə tədricən yeni institutlar meydana gəldi,
onlar mərkəzi və regional
inzibatçılığı əlaqələndirmək məqsədini
güdürdü. Ənənəvi təcrübədən
uzaqlaşmaqla, Yuan pretsedentinə müvafiq olaraq Min dövrlərində
yalnız bir növ imtahan etmə mövcud idi. Klassikləri və tarixi ümumən bilmək tələb
olunurdu. Min sülaləsinin solunda
yazılı imtahan yaradıcı fikrə əzici təsir
göstərdi.
Tay Tsunun hökmranlığının
başlanğıcında hökumət maraq səviyyəsindəki
məktəbləri himayə edirdi, dövlətin təqaüd
verdiyi onlarca tələbə mülki xidmət imtahanlarına
hazırlaşdırılırdı. Çox istedadlı tələbələr
belə yerli məktəblərdən inkişaf etmiş
öyrənmə proqramlarına və paytaxtda Milli Universitetin
sınaq şöbəsinə keçirilirdi. 1500-ci ildən sonra xüsusən özəl
akademiyalar var idi ki, orada alimlər fəlsəfəni
müzakirə etmək üçün, tələbələr
isə imtahanlara hazırlaşmaq üçün
yığışırdı.
Minin hökumət nümunəsi mülki xidmətin rəhbərliyi
altında öz stabilliyinə görə hörmətə
malik idi, dəyişən xidmətlərin ehtiyacı
üçün onun yeni institutlarının icadında yenilik
yaradıcılığı özünü göstərirdi. Hərbi sistem təkcə
özünü müdafiəyə nail olmaqda
uğursuzluğa uğramadı, həm də möhkəm
qaydada durğunluğa keçdi, həqiqi bir
çağırışa möhtac idi və nəticədə
muzdlu əsgərlərlə əvəz edildi.
Min dövründə çinlilər özləri
bütöv bürokratik və sıx mərkəzləşmiş
inzibatçılıq xəttini təşkil etdikdə, Min
imperatorları əcnəbi xalqlarla ənənəvi feodal
münasibətlərinə bənzər əlaqələr
qururdular. Çinlilər öz imperatorlarını hər
şeyin hökmdarı kimi qəbul edirdilər, faktiki olaraq
qeyri-çin hökmdarları, regionları və dövlətləri
mahiyyətcə onun asılılığında idi.
Əcnəbi hökmdarlar da Min ritual təqvimlərinə
hörmətlə yanaşmaqla və riayət etməklə,
arabir Min paytaxtına öz yerli malları ilə bac vermək üçün nəsə
göndərəcəklərini gözləyirdilər. Bütün elçilər onların
baclarının qəbul edilməsi əlaməti kimi
yaxşı hədiyyələr alırdılar. Onlara həmçinin özəl ticarət
mallarını almağa və satmağa icazə verilirdi.
Beləliklə, mis sikkələr və dəbdəbə
malları (xüsusən ipək və farforlar), həm də
bibər Çindən xaricə axırdı. Digər ədviyyatlar ölkəyə gətirilirdi.
Qərbdəki və şimaldakı sərhədlərdə
əsasən Çin çayının və çöl
torpaqlarında bəslənmiş atların mübadiləsi
gedirdi. Tarazlıq nöqteyi-nəzərindən
bacın və ticarət fəaliyyətinin birləşməsi
əcnəbilərə böyük fayda verirdi. Bu mübadilə o qədər böyük idi ki,
çinlilər tezliklə əcnəbi elçilər
üçün malların həcmi və növləri
üzrə məhdudiyyət qoydular, həm də elçilər
arasında uzun fasilələr olması qaydasını tətbiq
etdilər.
Min xarici siyasətinin əsas məqsədi siyasi işlərin
görülməsi, Çinin təhlükəsizliyini təmin
etmək və xüsusən ona nail olmaq idi ki, monqollar bir daha
Çinə təhlükə törətməsinlər. Bu onunla nəticələnirdi
ki, Tay Tsu ardıcıl olaraq şimala və şimali-qərbə
tərəf ordular göndərirdi ki, qiyam qaldıran monqol
qoşunlarını cəzalandırsın və monqol
qüvvələrinin yenidən konsolidasiyasının
qarşısını alsın.
Monqolların artıq yenidən birləşməmələri özlüyündə Min Çini üçün taleyin bəxş etdiyi şərait idi. Erkən dövrlərdə bəzən monqollar bir-birləri ilə antoqonist olan üç qrupa bölünürdülər. Onlar Qərb monqolları və ya Oyratlar, Şərq monqolları və ya tatarlar və Urianqad tayfaları idi. İmperator Çen Tsu Urianqad tayfalarına faktiki olaraq muxtariyyət vermişdi.
Monqollardan fərqli olaraq əcnəbi xalqlara münasibətdə Minin mövqeyi bütövlükdə qeyri-aqressiv idi. Yaponların Çin sahillərində qarətçiliyini cəza ekspedisiyaları ilə qorxutmasına baxmayaraq, bu problemi bütövlükdə möhkəm istehkamlar tikmək və sahil müdafiəsi donanması ilə uğurlu qaydada qarətçiləri dəf etməklə həll edirdi. Teymurləngin türk-monqol imperiyası uzaq qərbdəki Səmərqənddə qalxanda, hətta Teymurun Çin elçilərini öldürməsinə və Çinə qarşı yürüş planlaşdırmasına baxmayaraq, imperator hərəkətsiz dayanmışdı. Yalnız iki hadisə vaxtı Min hərbi qüvvələri Çin sərhədlərindən kənarda fəallıq göstərmişdilər. 1445-1446-cı illərdə Çin qoşunları qiyam qaldırmış sərhəd başçısının arxasına düşüb, birmalıların müqavimətinə baxmayaraq, Birmanın içərilərinə girmişdi və 1592-1597-ci illərdə Min sarayı Çosona (Koreya) yapon müdaxiləçilərini dəf etməkdə uzun müddətli və baha başa gələn kömək göstərmişdi.
Çinliləri “barbar” adətlərindən qorumaq üçün Min hökmdarları çinlilərlə əcnəbilər arasında özəl əlaqələri və xaricə hansısa özəl səfər etməyi qadağan etdi. (Bu Spartada Likurqun eyni qaydadakı hərəkətlərini yada salır, axı o da spartalıların əcnəbilərin təsiri ilə pozulacağından qorxub, məhz belə qadağalar qoymuşdu.) Hökmdarlar o qədər ciddi idilər ki, hətta sahil balıq ovuna və sahil ticarətinə imkan vermidilər, bundan isə cənub və cənubi-şərq əhalisinin ənənəvi olaraq yaşayışının təminatı asılı idi. Sonrakı Min dövrlərində bu qadağalara görə riskə gedən minlərlə çinli ticarət işi ilə məşğul olmaq üçün cənub-şərqi Asiyanın müxtəlif regionlarına və hətta Yaponiyaya miqrasiya etdilər. XVI əsrin başlanğıcında bircə Quançjou istisna olmaqla Min sarayı bütün dəniz ticarətini bağladı və 1540-cı illərdən qarətçilərə qarşı sahil mühafizəsini yenidən gücləndirdi (Min hökmdarının bu tədbiri ABŞ-ın üçüncü prezidenti Tomas Ceffersonun 1807-ci ildə imzaladığı Embarqo Aktini yada salır. Bu sənəd İngiltərə gəmilərinə amerikan limanlarına girişini qadağan etməklə yanaşı, ABŞ-ın öz ticarətinə və gəmiçiliyinə böyük ziyan vurmuşdu).
(Ardı
var)
Telman Orucov
525-ci qəzet.- 2015.- 5 sentyabr.-
S.26.