“Qocaldıqca
həyat daha şirin olur...”
“...BİR
AN DA OLSA, ARTIQ YAŞAMAQ İSTƏYİRSƏN”
Prezident
İlham Əliyev tərəfındən “Azərbaycan
ədəbiyyatının inkişafında
böyük xidmətlərinə
görə
“Şərəf” ordeni
ilə təltif edilən Azərbaycanın
ünlü şairi, Yazıçılar Birliyinin
sədr müavini Fikrət Qocanın səksən yaşına girdiyi bugünlərdə ondan nələr hiss etdiyini soruşdum.
Sualı
soruşduğum an onun
çox sevdiyim dörd misrası ürəyimdən keçdi:
“Biz səkkiz uşağıq,
böyüdüb bizi.
Bu da asan deyil, çox çətin işdir.
Bunu ata olub bilmişəm,
düzü,
Atam onu bizə heç
deməmişdi -”
Bu sadə anlatımla
özünün ata olmasından, atasına duyduğu sevgidən, onunla bağlı xatirələrindən, ona
duyduğu sayğıdan
nə də gözəl söz açır. Əslində öz atasının
timsalında bütün
ataları təsvir edir.
Dörd cümləylə oxucunu keçmişə (Yaşanmış
hadisələrə!) aparıb,
iki cümləylə
indiki zamana döndərir.
“Ömür zamanla uçacaq yanaşı,
Min illərlə ölçüləcək
insanın yaşı”.
Fikrət Qocanın bu özünəməxsus və
çox təsirləndirici
şeirlərində hər
zaman önəmli mesajlarla qarşılaşırıq. Qısaca dörd
misraya bütün dünyanı sığışdırır.
Çox rahatlıqla...
“Cəsarət təqaüdə
çıxmaz
Sən onu öz övladının gözlərində görəcəksən.
Yuxularına girəcək
qarşısında diz çöküb hönkürəcəksən”.
“Fikrət Qoca poeziyasında da... bəzən misra gülür, bəzən beyt, bəzən də bənd gülür. Amma bir az diqqət
kəsiləndə görürsən
ki, bütövlükdə
şair gülmür,
onun hər bir
əsərində dərd,
kədər, qüssə
var; həyatda olduğu kimi, insanın insan olduğunu unutmayacaq qədər... Elə buna görə
şair olmağa, Fikrət Qoca ömrü yaşamağa
dəyərmiş...” sözləriylə
Arif Əmrahoğlu, şairin iç dünyasını çox
gözəl təsvir
edir.
“Bir oğlum var, üç qızım var.
Yeddi nəvə
ulduzum var.
Az vaxtım var, çox arzum var,
Allahdan möhlət
istəyirəm”.
Fikrət
Qocanın “Payız gəldi”, “Gəl ey səhər”, “Anama məktub”,”Gecə yaman uzundur”, “Küləklər “, “Əlvida”...
kimi bir-birindən gözəl şeirlərinə
bəstələr qoşulub
Azərbaycanda.
Türkiyədə də onun yazdığı
“Gəl ey səhər” mahnısı
çox sevilərək
dinlənilir.
Diləyim budur ki, Azərbaycanda bəstələnmiş
mahnılarının hamısına yaxın zamanda Türkiyədə də qulaq asmaq
olsun.
- Fikrət bəy, səksən yaşınız
olur, doğrumu?
- Mən də inanmırdım, deyirdim bu qədər yaşamaq olarmı? Amma olurmuş. Səksən yaşım olur.
- Sizə hədiyyələr
edəcəklər, bəs
özünüz özünüzə
səksən yaşda
hansı hədiyyəni
edirsiniz?
- Bu yaxınlarda ürəyim mənə bir infakt hədiyyə etdi. Təslim olmadım. Yəni özümü
sınağa çəkdim.
Deyəsən, bu təyyarədən qaldım...
Seçilmiş əsərlərimin səkkiz cildliyi çapdan çıxdı.
Cildləri hazırlayarkən arxivimə nəzər saldım, çap olunmamış xeyli əsərlərimi tapdım.
Bəzinin varlığı tamamən yadımdan çıxmışdı. İndi onları bir daha gözdən
keçirib nizama salacağam, dərgilərə
təqdim edəcəyəm.
- Yubileyinizi təntənəli qeyd etmək istəyirsinizmi? Nə zaman? Harada?
- Mənə qalsa, istərdim
ki, səksən yaşımın olduğunu heç bilməsinlər.
Amma bilirlər. Havalar istidi.
Qarşıdan sərin, sakit
payız ayları gəlir. Dostlarla, doğmalarla toplaşarıq,
bir gün keçirərik. Yaşlılarla xatirələrə qayıdarıq.
Cavanlarla
görüşərik, onları
görərik, özümüzü
göstərərik. Zatən mənim
işim budur.
- Gələcək planlarınızdan
danışa bilərsinizmi?
Əlinizdə yarımçıq işiniz varmı?
- Nə qədər ki yaşayıram, deməli, yarımçıq
işim var. Öləndə
də ən azı bir yarımçıq
işim qalacaq. Gələcək planlara qalanda
mənim yaşımda
gələcəyə planlar
qurmaq qocalığın
ağılsızlığıdır.
Bu yaşıma kimi özümdə acgözlük
hiss etməmişdim. Amma
indi hiss edirəm ki, həyatdan doymamışam. Yaşamaq istəyirəm. İndi məndə yaşamaq acgözlüyü var. Qocaldıqca
həyat daha şirin olur. Hətta bir an
da olsa, artıq yaşamaq istəyirsən.
- Gənclərə nə demək istərdiniz?
- Mən indi bilirəm
ki, heç nə bilmirəm. Öyrənmək istəyirəm, uşaqdan
da, gəncdən də, böyüklərdən
də öyrənmək
istəyirəm. Bir də
belə gözəl dünya əlimə düşəcək, düşməyəcək
- nə bilim. Hər halda dünyaya gəldiyimə, hətta əzablarını, işgəncələrini
gördüyümə görə
Allahıma şükür
edirəm, ondan çox razıyam. Həyatın şirinliyini mənə
yaşadığım ağrılar
- acılar öyrətdi.
Mən əsasən çox yaxşı yaşamışam
bəxtim gətirib.
Çəkdiyim ağrılara, acılara
görə də Allahıma şükürlər
deyirəm.
- İntervüyə görə
çox sağ
olun, söz verin ki, 85-də söhbəti davam etdirəcəyik.
- Ya qismət! Sizə, canım Türkiyəyə
qulaq dincliyi, əmin-amanlıq arzu edirəm.
Ataköy qəzeti, İstanbul, 3 sentyabr 2015
Yasemin BAYER
525-ci qəzet.- 2015.- 5 sentyabr.- S.25