Akademik Ağamusa Axundov vəfat
edib
Görkəmli dilçi və türkoloq alim - akademik Ağamusa Axundov sentyabrın 5-də vəfat edib. Bu barədə "Azadlıq" radiosuna mərhumun yaxınları məlumat veriblər.
Ağamusa Axundov dil və ədəbiyyata dair fundamental araşdırmaların müəllifi idi. O, son illər AMEA-nın Rəyasət Heyətinin müşaviri kimi çalışırdı.
Ağamusa Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində doğulub.
Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun filologiya fakültəsində (1950-1955-ci illər) və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil alıb (1959-1965).
Eyni zamanda ADU-nun aspirantı, müəllimi (1958-1959), baş müəllimi (1959-1961-ci illər), dosenti (1961-1967), universitetin ümumi dilçilik kafedrasının professoru, fılologiya fakültəsinin dekanı (1967-1974 və 1980-1990), Ümumi dilçilik kafedrasının müdiri (1981-1999) olub.
AMEA-nın həqiqi üzvü (2007), Dövlət mükafatı laureatı (1986), Əməkdar elm xadimi (1990) idi.
525-ci qəzet.- 2015.- 8 sentyabr.- S.8.