Berlində azərbaycanlı gənc rəssamın sərgisi açılıb

 

 

Berlin şəhərində Berlin-Bakı qalereyasının təşkilatçılığı ilə azərbaycanlı gənc rəssam Kamal Əlizadənin sərgisi açılıb.

 

K.Əlizadənin rəsm əsərləri alman vətəndaşları tərəfindən yüksək qiymətləndirilib. Bir neçə saat davam edən sərgi ilə 200-dən artıq insan tanış olub.

 

Gənc rəssamın rəsmlərinə öz heyranlıqlarını bildirən sənətsevərlər, bu sərginin davamını görmək istədiklərini söyləyiblər.

 

Sərgidə K.Əlizadənin 20-dək rəsm əsəri nümayiş olunub.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 8 sentyabr.- S.7.