Filmlərimiz XI Kazan beynəlxalq müsəlman kinosu festivalında
Tatarıstanın Kazan şəhərində XI Kazan beynəlxalq
müsəlman kinosu festivalı keçirilir.
Sentyabrın 11-dək davam edəcək festival
"Mədəniyyət dialoqundan
dialoq mədəniyyətinə"
devizi altında baş tutacaq.
Festivalın proqramına 25 ölkədən
bədii, sənədli
və animasiya filmləri olmaqla, ümumilikdə 50 ekran əsəri daxil edilib.
Azərbaycanı festivalda "Bakı sübhdən günbatanadək"
sənədli ("Tammetrajlı
sənədli filmlər"
kateqoriyası) və
"Köhnə saat"
cizgi ("Animasiya filmləri" kateqoriyası)
filmləri təmsil edəcək.
"Bakı sübhdən
günbatanadək" tammetrajlı
sənədli filmi Polşa kinematoqrafçılarının
iştirakı ilə
"Dünya sübhdən
günbatanadək" beynəlxalq
layihəsi çərçivəsində
hazırlanıb.
Layihə çərçivəsində şəhər həyatının
ayrı-ayrı situasiyalarını
əks etdirən 3-4 dəqiqəlik 18 süjet
çəkilib və
bu filmlərdən 50 dəqiqəlik tammetrajlı
sənədli film ərsəyə
gəlib. Layihənin Azərbaycandakı tərəfdaşı Mədəniyyət
və Turizm Nazirliyi və "Azanfilm" studiyasıdır.
Qeyd edək ki, "Azanfilm"in "Birlik"
yaradıcılıq studiyası
ilə birgə istehsal etdiyi "Köhnə saat" cizgi filminin rejissoru Cavid Əhədov, bədii rəhbəri Firəngiz Qurbanova, prodüseri Fariz Əhmədovdur.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 8 sentyabr.- S.7.