Milli Kitabxanada
amerikalı nümayəndə ilə görüş
keçirilib
Sentyabr ayının 9-da Amerika Birləşmiş Ştatları
Səfirliyinin İnformasiya
Resursları üzrə
direktoru xanım Holly Murten və səfirliyin İctimai əlaqələr şöbəsinin
Maarifləndirici proqramlar
üzrə direktoru Aydan Əsgərova Azərbaycan Milli Kitabxanasında olublar.
Qonaqları Milli Kitabxananın direktoru Kərim Tahirov qəbul edib. O, qonaqlara Azərbaycan
Milli Kitabxanası haqqında ətraflı məlumat verib, Milli Kitabxananın respublikanın ən iri kitabsaxlayıcısı,
region kitabxanaları üçün
metodik mərkəz olduğunu bildirib.
K.Tahirov
kitabxanada bütün
iş proseslərinin avtomatlaşdırılmasından danışıb, Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi əsasında yazılmış
avtomatlaşdırılmış sistem olan ALİSA proqramının regionlara tətbiq edilməsindən,
DATA Mərkəzin Milli
Kitabxanada yerləşməsindən,
region kitabxanaçılarının Milli Kitabxanada treninqlər keçməsindən
bəhs edib.
İxtisasca kitabxanaçı olan
xanım Murten Milli Kitabxanaya məcburi nüsxələrin
verilməsi, beynəlxalq
əlaqələr, sənədlərin
elektron çatdırılması,
tarixi sənədlərin
rəqəmsallaşdırılması və s. ilə maraqlanıb.
Kitabxana
ilə əyani və yaxından tanış olan xanım
Murteni maraqlandıran bütün suallar cavablandırılıb.
Görüşün sonunda Azərbaycan Milli Kitabxanası "Fotoalbom"
(Azərbaycan, ingilis və rus dillərində),
Azərbaycanın xəritəsi,
Azərbaycan mətbəxi
(ingilis dilində), Qobustan- Minilliklərin kitabı (Azərbaycan və ingilis dillərində), Azərbaycan
ədəbiyyatı (şeirlər,
ingilis dilində) kitabları və Milli Kitabxana haqqında film
(DVD) qonağa təqdim
edilib.
525-ci qəzet.- 2015.- 10 sentyabr.- S.7.