Alim və Fərqanə Qasımovaların Malayziyada konserti olub

 

Azərbaycanın Malayziyadakı səfirliyinin dəstəyi "Pusaka" qurumunun təşkilatçılığı ilə "Diverse City 2015: Kuala Lumpur" Beynəlxalq İncəsənət Festivalı çərçivəsində Kuala-Lumpurun əzəmətli konsert sarayı "Dewan Filarmonik Petronas"da tanınmış muğam ustası, Xalq artisti Alim Qasımovun konserti keçirilib.

 

Konsertə gələnlər arasında Malayziyanın sabiq baş naziri Əhməd Bədəvi, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, tanınmış sənətçilər, yerli xarici media qurumlarını təmsil edən jurnalistlər, Kuala-Lumpurda yaşayan həmvətənlərimiz olublar. "Sarı gəlin" Azərbaycan xalq mahnısı ilə başlayan konsertdə görkəmli sənətkar Alim Qasımov qızı Fərqanə Qasımovanın ifasında səslənən muğamlar xalq mahnıları tamaşaçılar tərəfindən böyük maraq alqışlarla qarşılanıb.

 

Konsertdən sonra sənətkarlarla görüşən tamaşaçılar onların ifasına heyran qaldıqlarını, Azərbaycan musiqisini canlı dinləmək fürsəti əldə etdiklərini ölkəmizin belə zəngin musiqi mədəniyyətinə malik olmasının bir daha canlı şahidi olduqlarını bildiriblər. Azərbaycan musiqi alətlərinin onlarda böyük maraq doğurduğunu vurğulayıblar.

 

Alim Qasımovun Malayziyaya səfəri "Diverse City 2015: Kuala Lumpur" Beynəlxalq İncəsənət Festivalında çıxışı yerli mətbuatda da geniş işıqlandırılıb.

 

Konsertdən bir gün əvvəl Azərbaycanın Malayziyadakı səfirliyi tərəfindən Alim Qasımovun şərəfinə ziyafət təşkil olunub. Ziyafətdə bir sıra yüksək səviyyəli qonaqlar, KİV nümayəndələri, Azərbaycan türk icmalarının üzvləri iştirak ediblər. Ziyafət çərçivəsində tanınmış sənətkar Alim Qasımov jurnalistlərin suallarını da cavablandırıb.

 

S.ABDULLAYEVA

 

525-ci qəzet.- 2015.- 10 sentyabr.- S.7.