"İRS-Naslediye" jurnalının yeni buraxılışı

 

 

Moskvada "İRS-Naslediye" jurnalının növbəti sayı nəşr edilib.

 

Jurnalın baş redaktoru Musa Mərcanlının "İyun ayında Bakı Avropanın idman paytaxtına çevrilib" başlıqlı yazısı Bakıda Birinci Avropa Oyunlarına həsr edilib:

 

"Regional miqyaslı yeni idman tədbirinin təməlini hamı tərəfindən qəbul edilmiş idman dövlətləri deyil, məhz hələ gənc dövlət olan Azərbaycan qoydu. Azərbaycan hamıya sübut etdi ki, ən nüfuzlu beynəlxalq yarışları başqalarından yaxşı təşkil etməyi bacarır".

 

Onun fikrincə, Birinci Avropa Oyunları hər bir azərbaycanlının qüruruna çevrilib. Avropanın müxtəlif ölkələrindən Bakıya gəlib Azərbaycanın mədəniyyəti, musiqisi mətbəxi ilə tanış olan qonaqlar mükəmməl təşkilatçılığa mehribanlığa heyran qaldılar. Onlar bəlkə əvvəllər çox qarışıq təsəvvürləri olan bir ölkədən unudulmaz təəssüratlarla evlərinə döndülər. Azərbaycan iyun ayının bu 17 günü ərzində idmansevərlərin diqqət mərkəzində oldu. Özü təkcə Avropanın deyil. Hamı inandı ki, Azərbaycan təkcə neft ölkəsi deyil, həm yüksək mədəniyyəti, qonaqpərvərlik ənənələri olan bir ölkədir".

 

Rusiyanın tanınmış jurnalisti Andrey Vasilyevin "On yeddi unudulmaz gün" məqaləsi Avropanın idman həyatındakı bu parlaq hadisəyə həsr olunub: "Azərbaycan geniş əhatəli idman tədbirini parlaq şəkildə keçirməklə, təşkilatçılıq imkanlarını, iqtisadi potensialını, səmimiliyini bütün sahələrdə beynəlxalq əməkdaşlığa hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.

 

Hər şey göz qabağında idi: Bakıya Avropa Oyunları ilə əlaqədar gələn turistlər Azərbaycan paytaxtını heyranlıqla tərk edirdilər. Bu şəhər təəccübləndirmiş, özünü sevdirmiş, vurğun etmişdi. Özü bu, o dərəcədə təbii üzvi surətdə baş vermişdi ki, hər hansı idman bayramında yaranan tamamilə təbii ani məftunluq hissi Bakının hər bir qonağında nəzərə çarpmadan bütün ömür boyu davam edən bir məhəbbətə çevrilmişdi".

 

Tarix elmləri namizədi Oleq Kuznetsovun "Birinci terror müharibəsi: Rusiyadan baxış (millətlərarası erməni terrorizmi 1988-1994-cü illərdə Dağlıq Qarabağ münaqişəsi)" yazısında qeyd olunub ki, uzun müddət - ən azı bütün XX əsr ərzində milli dövlətçilik əldə etmək uğrunda mübarizəsində erməni xalqının etnoyaratma ideologiyası olan erməni terrorizminin onunla sıx bağlı olan milli-dini ekstremizmin tarixi mövzusu əvvəllər heç vaxt Rusiya elmi cəmiyyətində araşdırma mövzusu olmayıb: "Bununla belə, erməni terrorizmi təzahürü yüz ildən çox müddət ərzində real şəkildə mövcud olub bəşəriyyətin sosial-siyasi tarixinin hər hansı digər təzahürü kimi elmi araşdırma obyekti ola bilər".

 

O.Kuznetsovun fikrincə, Rusiyanın cinayət hüququ nöqteyi-nəzərindən 1988-1994-cü illər Qarabağ müharibəsi terrorçu müharibədir, çünki onun bütün məzmunu "terror yönümlü cinayətlərin" məcmusundan ardıcıllığından ibarətdir".

 

Oxucular jurnalın növbəti nömrəsində tarix üzrə fəlsəfə doktoru Məhfuzə Zeynalovanın "İkinci Dünya müharibəsi illərində Azərbaycan diviziyaları" məqaləsinin davamı, sənətşünaslıq doktoru Cəmil Həsənzadənin sənətşünaslıq namizədi Ağasəlim Əfəndiyevin "Azərbaycanın təsviri sənətində qrotesk-satirik xəttin inkişafı" məqaləsi digər yazılarla tanış ola bilərlər.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 10 sentyabr.- S.7.