Yeni teatr mövsümünün başlaması ilə əlaqədar müşavirə keçirilib

 

 

S.Vurğun adına Dövlət Rus Dram Teatrında mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev yeni teatr mövsümünün başlaması ilə əlaqədar müşavirə keçirib.

 

Nazirlikdən toplantıda nazirliyin müvafiq şöbə sektorlarının müdirləri, respublikanın teatr-konsert müəssisələrinin rəhbərləri, direktor müavinləri, baş rejissor bədii rəhbərləri, eləcə teatrşünas alimlər, Teatr Xadimləri İttifaqının, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəhbər şəxsləri, bəzi şəhər rayon mədəniyyət turizm şöbələrinin müdirləri iştirak ediblər.

 

Müşavirədə respublikanın teatr-konsert müəssisələrini fəaliyyəti, yeni mövsümdə həyata keçiriləcək yaradıcı işlər, eləcə bəzi struktur məsələləri ətrafında geniş söhbət açılıb.

 

Müşavirədə nazir müavini Ədalət Vəliyev respublikamızda uğurla həyata keçirilən mədəniyyət siyasəti, dövlətin bu sahəyə diqqət qayğısı barədə danışıb. Son illər ölkə başçısının müvafiq sərəncam tapşırıqları ilə teatr-konsert müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırıldığı, mədəniyyət sahəsində çalışan insanların, o cümlədən, teatr xadimlərinin dövlətin qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.

 

Qeyd olunub ki, ilk dəfə 2006-cı ildə post Sovet məkanında Azərbaycanda "Teatr teatr fəaliyyəti haqqında" qanun qəbul edilib. Bu qanunla teatr sahəsində çalışan işçilərin əmək haqları artırılıb, onların sosial müdafiəsi ilə bağlı davamlı tədbirlər həyata keçirilib, teatrlarımızın maddi-texniki bazası gücləndirilib. Bunun ardınca 2007-ci ildə "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" xüsusi Sərəncam imzalanıb. Bildirildi ki, teatr sənətinin inkişafına dair 2009-2019-cu illər üzrə Dövlət Proqramının qəbul edilməsi onun icrasına başlanılması bu sahədə böyük inkişafa səbəb olub. Teatrlarımızda yeni tamaşaların hazırlanması, qastrol səfərlərinin sayının artması, binaların əsaslı təmir bərpa olunması, yeni binaların tikintisi, qaçqınlıq həyatı yaşayan sənət ocaqlarımıza daimi istifadə üçün binaların verilməsi, yeni teatr studiyalarının açılması, teatr tamaşa müəssisələrinin nəqliyyat vasitələri digər zəruri texniki avadanlıqlarla təmin olunması, yaradıcı insanların bu sahədə çalışanların yüksək dövlət mükafatlarına, fəxri adlara, təqaüdlərə layiq görülməsi son illərin uğurlu hadisələrindəndir. Teatrlarımıza dünyanın tanınmış rejissorlarının, bəstəkarlarının digər yaradıcı mütəxəssislərin dəvət edilməsi, azərbaycanlı teatr mütəxəssislərinin müxtəlif xarici ölkələrdə kurslara qatılması, teatr sənəti ilə məşğul olan alimlərin əsərlərinin nəşri, 2 cilddən ibarət teatr antologiyasının hazırlanması, teatr ensiklopediyasının nəşrinə başlanması, "Azərbaycan teatrı dünən, bu gün, sabah" teatr portalının yaradılması, teatrlarımızın səhnə geyimləri digər ləvazimatlarla təmin edilməsi dövlətimiz tərəfindən göstərilən qayğının bariz nümunəsidir. Paytaxtımızda keçirilən beynəlxalq teatr festivalları bu sahədə ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın nəticəsi kimi həmin təşkilatlara üzvlük sair kimi təqdirəlayiq hadisələr Azərbaycan teatrının uğurla inkişafının göstəricisidir.

 

Teatr-konsert müəssisələrinin fəaliyyətinə geniş nəzər salan nazir müavini böyük nailiyyətlərin olduğunu və Azərbaycan teatrının dünya teatr prosesində öz yerini tutmağa çalışdığını bildirib. Lakin uğurlarla yanaşı nöqsanlar da üzə çıxır. Bu sahədə müəyyən çatışmazlıqları təhlil edən Ə.Vəliyev problemlərin həlli yollarından danışıb, konkret təkliflərini irəli sürüb.

 

Bu sahədə xüsusən son zamanlar kütləvi informasiya vasitələrində yer alan bəzi haqlı və haqsız yazılar haqqında da fikirlərini bölüşüb. Yaradıcı prosesdə baş verən hər hansı problemin elə teatrın daxilində, qarşılıqlı müzakirə və təhlillərlə həll oluna biləcəyini vurğulayıb.

 

Sonda 143-cü teatr mövsümünün başlanması ilə bağlı teatr ictimaiyyətini təbrik edən Ə.Vəliyev bu münasibətlə sentyabrın 14-də Gəncə şəhərində gerçəkləşəcək mərasimin əsl teatr bayramı olacağına əminliyini ifadə edib.

 

Qeyd olunub ki, həmin gün Gəncə Dövlət Kukla Teatrının da açılışı keçiriləcək. Gəncə Dövlət Dram Teatrının təqdimatında teatrın baş rejissoru İradə Gözəlovanın quruluşunda C.Məmmədquluzadənin "Dəli yığıncağı" pyesinin tamaşası nümayiş olunacaq.

 

Yeni teatr mövsümündə bu sahənin bütün təmsilçilərinə uğurlar arzulayan nazir müavini onları işlərində daha məsuliyyətli olmağa və yaradıcı prosesə töhfələr verməyə çağırıb.

 

S.ABDULLAYEVA

 

525-ci qəzet.- 2015.- 11 sentyabr.- S.7.