Gənc Tamaşaçılar Teatrının əməkdaşı “Ən yaxşı aktyor” seçilib

 

Gənc Tamaşaçılar Teatrının aktyoru Xəyal Salahov “Bakı Oskarı qısametrajlı filmlər” Festivalının qalibi olub.

 

Teatrdan 525.az-a verilən məlumata görə, aktyor Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş “Məriz” qısametrajlı filmində canlandırdığı erməni roluna görə Festivalın “Ən yaxşı aktyor” nominasiyası ilə mükafatlandırılıb.

 

Gənc rejissor Elvin Abdullayevin quruluş verdiyi 11 dəqiqəlik film Qarabağ hadisələrinin 13 yaşlı Qeyrət adlı gəncin yaddaşında buraxdığı ağır psixoloji təsirindən bəhs edir.

 

Ümumilikdə 29 filmin daxil edildiyi festivalın əsas məqsədi gənc rejissorların işlərini dəyərləndirmək, gələcəkdə özünü bu sahədə sınamaq istəyən, istedadlı olduğuna inanan gənclərə dəstək olmaqdır.

S.Abdullayeva

525-ci qəzet.- 2015.- 11 sentyabr.- S.7.