Multikulturalizmin milli-mədəni irsimizdə dini əks- sədası

 

Gürcü qızı Xumara aşiq Şeyx Sənan onunla evlənmək müqabilində qızın keşiş atasının ilk baxışdan alçaldıcı görünən şərtlərilə razılaşır: donuz otarır, şərab içir. Papaz çibindən xaç çıxarıb ona verir ki, boynundan assın və dinindən döndüyü beləcə ictimaiyyət qarşısında təsdiqləsin. Şeyx Sənan xaçı bouyundan asır və deyir:

 

İbn Məryəm asıldı darə, fəqət

 

Onu təkrarə varmıdır hacət?

Bumu İsanın ərşə me'racı?

Bən nəyim şimdi? Canlı dar ağacı...

 

İbn Məryəm - Məryəm oğlu İsa Məsihdir. Xaçı İsa Məsihin çarmıxa çəkilməsinin simgəsi kimi qəbul edən ənənəvi dinçilərə bu müsəlman icma lideri istehza ilə xatırlatmaq istəyir  ki, İsa Məsih bu xaç simgəsilə bağlı tutulan şərtilikdən xeyli ucadadır, xaçı boynundan asmaqla, yəni İsanı bu şərtiliyin səviyyəsinə endirməklə onun meracını, göylərə yüksəlişini anlamırlar. Bu hikməti anlamayan insanlar mahiyyət etibarilə dar ağacları funksiyasını daşıyırlar. Keşişlər onun xaç asmağın mənasız şərtiliyi kontekstində İsa ucalığından danışmasını istehza kimi qəbul edirlər və bunu ona irad tuturlar. Şeyx Sənan isə bu iradı sadəcə belə cavablayır:

 

Xayır, onsuz da həzrəti-Isa

Bizcə ən möhtərəm, böyük sima...

 

Diqqət çəkən bir məqam odur ki, Şeyx Sənanın xaç asmağını öz dindaşları da sinirə bilmirlər. O da pərişan dostlarına deyir ki, asdığı gümüş parçasından başqa şey deyil. Əslində Şeyx Sənan öz dindaşlarına da din dərsi keçir ki, imanlarını çalışıb şərtiliklərin fövqündə tutsunlar. Bu səhnədə Şeyx Sənan həm öz dostlarından, həm də onu alçaltmağa çalışanlardan ucada dayanır.

 

onu ənənəvi islamın və ənənəvi xristianlığın fövqündə saxlayan səbəb əslində multikulturallıq şüuruna impulslar verən monotoeizm teologiyasının mahiyyətindən gəlir. Şeyx Sənana təkid ediləndə ki, xaçı boynundan asandan sonra Quranı yandırsın, bu yerdə onun karına gələn yenə də çoxmədəniyyətliliyə təkan vermiş monoteizm məntiqinin ucaltdığı İsa Məsihdir. İsa Məsihi peyğəmbər kimi əziz tutan Şeyx Sənan keşişləri bu məntiqlə də məğlub edir:

 

Hökmi-Qur'anı tutmuyan məğrur,

Onu atəşdə yaqmış ədd olunur.

Bir bihudə etdiyin israr,

Bunda İsa Məryəmin adı var.

 

Yuxarıda Azərbaycanda multukultural mühiti təhdid edən dövrdən yazmışdıq şəksiz ki, həmin dövrdə multikultural dəyərləri xələldar etməyə yönəlik müstəmləkəçi çar Rusiyasının "ayır, buyur" siyasəti aktiv idi. Bu ağır imtahan dövrünün reallıqlarını əks etdirən əsərlər içində dünyada bestsellerə çevrilmiş məşhur bir Azərbaycan romanı da var: Əli Nino. İlk həqiqi müəllifliyin Stalin repressiyalarını qurbanı olmuş milliyyətçə azərbaycanlı Y.V.Çəmənzəminliyə məxsus olduğuna dərindən inanıram. Bu barədə  mübahisələrə toxunmadan diqqəti müsəlman Əli ilə xristian Ninonun sevgi macərası üzərində qurulan romanda Azərbaycan paytaxtı Bakıda yaranan multikultural bir mühitin  maraqlı təsvirlərinə yönəldərdim.

 

Bu mühitin qəhrəmanları arasında hətta etnik azərbaycanlıların da hamısı müsəlman deyil. Onların biri bəhailik dinini qəbul etmiş məşhur Bakı milyonçusu, neft maqnatı Ağa Musa Nağıyevdir.

 

Romanda Azərbaycanın siyasi elitasına daxil insanların toplaşdığı bir yığıncaqda dövrün gərgin siyasi təlatümlərinə münasibət bildirən bu nüfuzlu şəxs deyir: "Mən yaşlı bir adamam... Gördüklərim, eşitdiklərim məni çox kədərləndirir. Ruslar türkləri öldürürlər, türklər ermənilərlə vuruşurlar. Ermənilər isə bizim kökümüzü kəsməyə can atırlar. İndi biz ölkəmizdən rusları təmizləməyə çalışırıq. Bunun yaxşı olub-olmadığını bilmirəm. Biz Zeynal ağanın, Mirzə Əsədullanın, Əli Əsədullanın, Fətəli xanın xalqımızın taleyi barədə fikirlərini dinlədik. Mən onların məktəblərimizin, ana dilimizin, xəstəxanalarımızın azadlığımızın son dərəcə qayğısına qaldıqlarını bilirəm. Bu pis şey deyil! Amma orada yalnız boş şeylər tədris edilirsə, o məktəb kimə nəyə lazımdır? Bədəni müalicə edib, ruhu yaddan çıxardan xəstəxananın faydası vardır? Bizim ruhumuz Tanrıya doğru getmək istəyir. Düzdür, hər bir millət özünə məxsus bir tanrısı olduğuna inanır. Lakin mənim fikrimcə, keçmiş neçə-neçə uluların diliylə desək, özünü bizə tanıtmış olan Tanrı birdir. Buna görə mən eyni zamanda həm Həzrəti İsaya, Musaya, Konfusiyə, Buddaya həm Məhəmməd Peyğəmbərə inanıram. Biz hamımız bir Tanrıdan törənmişik Bab yoluyla onun yanına dönəcəyik. Bunu xalqa bildirmək lazımdır ki, qara var, . Çünki qarada , ağda da qara var.

 

Ona görə məsləhət görürəm: gəlin elə bir görməyək ki, dünyada kimsəyə zərər dəysin. Çünki bizim hər birimiz hər ruhun bir parçasıyıq hər ruh da bizim bir parçamızdır". Bu sözləri deyən sadəcə romanın çoxsaylı qəhrəmanlarından biri deyil, həm azərbaycanlıların kifayət qədər tanıdığı, real tarixi şəxsiyyətlərdən biridir romanda əksinin tapan bu məzmunlu çıxışlar 20-ci əsrin əvvəllərinin Bakı mühitində tamamilə normal qarşılanır təqdir görürdü.

 

Çoxkonessiyalılığın Azərbaycan multikulturalizminə verdiyi töhfələr ölkəmizdəki toponimlərdə iz qoymuşdur: Gədəbəydə İsalı kəndi, Zərdabda Aşağı Məsihli Yuxarı Məsihli kəndləri, Gürcüstan ərazisində əhalisi yalnız azərbaycanlılardan ibarət gürcülərin Daqaruxlo, azərbaycanlıların Dağ arıxlı dediyi, amma tarixi sənədlərdə "Məryəmli" kimi keçən kənd, Şuşada İsa bulağı s.

 

Multikulturalizmin mədəni irsimizdə dini əks-sədasından danışanda mövzunu əsasən klassik ədəbiyyat folklor nümunələri üzərində qururuq, incəsənətin başqa növlərinə bir qayda olaraq toxunmuruq. Səbəb odur ki, Azərbaycan professional musiqi ənənəsi, rəngarlıq, heykəltəraşlıq s.-nin inkişafı əsasən sovet dövrünə təsadüf etmişdir ki, bütün sahələrdə olduğu kimi sövet dövrü ədəbiyyatı incəsənətimizdə dini obrazların tərənnümünə ümumi bir qadağa qoyulmuşdu. Hərçənd bizə məlumdur ki, Ü.Hacıbəyov "Şeyx Sənan" dramının motivləri əsasında opera yazıbmış, ancaq bəlli olmayan səbəblərdən indiyədək üzə çıxmamış qalır. H.Cavidin oğlu, istedadlı gənc bəstəkar Ərtoğrul Cavid bu dram üçün musiqi bəstələyirmiş, deyilənə görə yarımçıq qalıb.

 

"Qurban ollam nazına/ Nazına, avazına/ Səni çoxdan sevirəm" nəqəratlı bir Azərbaycan mahnısı var, xanəndələrimizin ifasında xalq havası kimi təqdim olunur. Deyilənə görə, musiqisini Cəfər Cabbarlı bəstələyib sözlərini Bakını azad etmiş türk ordusunun şərəfinə yazıbmış. Sonradan sözləri dəyişən bu mahnının bir kupleti azərbaycanlı  xanəndələrin dilində indi belə səslənir: "Gedərəm kilsəyə girrəm, / dönərəm xaçpərəst ollam./ Qurban ollam nazına, / nazına avazına, / səni çoxdan sevirəm".

 

Azərbaycan multikulturalizminin  incəsənət nümunələrində az da olsa yenidən tərənnümü ölkənin milli müstəqilllik illərinə təsadüf edir. Fərhad Bədəlbəylinin "Ava Maria" əsərini bu mənada musiqimizdə ilk nümunə saymaq olar. Rəngarlıqda İsa Məsihi canlandıran  çox istedadlı rəssamımız, həyatdan vaxtsız getmiş Ucal Haqverdiyev olub. Maraqlıdır ki, bu etnik türk pravoslavlığı qəbul etmişdi həyatının son illərində kilsə freskalarını da çəkirdi. son dövrlərdə Azərbaycanda belə bir rəssamın yaradıcılıq fəaliyyətini həm əslində ölkənin əsrlərcə formalaşmış multikuralizm mühitinin maraqlı faktlarından saymaq lazım gəlir.

 

Yeri gəlmişkən, ölkəmizdə son dövrlər multikulturalizmə islam teologiyası baxımından da töhfələr verilmişdir. Bu sətirlərin müəllifinin "İsa Məsih", "Yamanlığa yaxşılıq: Bibliya Quran işığında" başlıqlı tədqiqatları, "Bibliyada Quranda Eko-Teologiya Uyğunluqları" monoqrafiyası, eləcə "İslamda etiqad azadlığı məsələsi" mövzusunda çoxsaylı məruzə çıxışları dini durumda da multikultural ovqatın yayılmasına xidmət məzmununda olmuşdur.

 

Azərbaycan öz milli müstəqilliyini qazanandan sonra İsa Məsih obrazı bir daha poeziyaya qayıtmağa başlayır. Klassik poeziya nümunələrindən fərqli olaraq indiki şairlərin İsa Məsih təliminə müraciəti əsasən dövrün ağrı-acılarına sevgilə üstün gəlməyin zərurətini car çəkməklə bağlıdır.  Görkəmli şairimiz Vaqif Bayatlının bir şeirində olduğu kimi:

 

Min ildi, milyon ildi

Sənə sarı qaçıram

ayaqlarım sevinir,

yolum sevinir, Allah.

hər gün Sənin Göyünə

mismarlanır qollarım

mismarlanır, dincəlir,

qolum sevinir, Allah.

Sevgin, yalnız sevgin var,

qollarımın gözündə.

Bəs nədən əzab gəzir,

qolumu dəlib yaran

mismarların üzündə?!..

 

Sovetlərin vaxtilə qadağan etdiyi  dini dəyərlərin milli müstəqillik dövründə bərpası zamanında belə şeirlər tamamilə yeni bir ovqatda multikulturalizmə xidmət edir. Müasir Azərbaycanın başqa bir şairibu mövzuda qələm çalıb. Bu, digər bir görkəmli şairimiz Ramiz Rövşəndir. "Çarmıxdakı İsa" adlı bir şeiri var.

 

Ramizin İsa Məsihə münasibəti Füzulidə olduğu kimi islam teologiyası ilə səsləşmir, çünki müsəlmanlar çarmıxa çəkilən şəxsin İsa olduğuna inanmırlar, Quran-da yazıldığı kimi həmin şəxsin bir başqası olduğunu düşünürlər. Şair isə xristianlıqda Ata-Oğul-Müqəddəs Ruh üçlüyü ilə assosiasiya yaradan misralarında belə deyir:

 

 

Mən sənin oğlunam bu yer üzündə,

həsrətinlə göyə çox baxdım, Allah.

Axır ki, arzuma çatdım deyəsən,

ayağım üzüldü torpaqdan, Allah.

 

Daha yerlə göyün arasındayam,

çarmıxa çəkilib qalmışam daha.

Mismarlanıb ayaqlarım, əllərim,

özüm öz tabutum olmuşam daha.

 

Əlbəttə, şeirdə İsa Məsih ümumiləşmiş İnsan obrazıdır. Yer kürəsindəki əzablardan qurtulub Tanrıya qovuşmağa can atan İnsan obrazı ki, poetik təcəssümünü İsada tapır. bu şeir dini şeir deyil. Ancaq müsəlman oxucularına xristian teologiyası prizmasından xitab edən şair dini tolerantlığa da, multikultural mühitə beləcə öz töhfəsini vermiş olur.

 

 

Nəriman Qasımoğlu

525-ci qəzet.- 2015.- 11 sentyabr.- S.4.