Şərqin şairişeiri  

 

 

 

Ərəblərin son əsrdəki ən böyük şairlərindən biri olan Xəlil Cibran, “Böyük bir adamın iki ürəyi vardırdeyir əlavə edir: “Biri qanayar, biri səbr edər.”

 

Dostum Rüstəm Behrudinin şeirlərini zaman oxusam, ağlıma Cibranın yuxarıda sözü gəlir. Amma Behrudi üçün o sözdə bir çoxluq var o daSəbrsözüdür. O səbr etməz, üsyan edər.

 

Şeirlərinin hamısında qanayan bir yaranın sızısını görmək mümkündür. Amma hər şeirinin ana təmasında mütləq bir üsyan duyarsınız. O kimə üsyan etməz ki? Özünə, eşqinə, yaradıcısına, taleyinə, ürəyinə, nəfsinə... Ən əhəmiyyətlisi isə haqsızlıqlara istiqamətli üsyanıdır. Sovetlər Birliyi dövründən bəri hər cür haqsızlığa təzyiqə gurultulu şeiriylə üsyan etmişdir.O şərqli bir şairdir şərqin ədalətsizliyinə qılınc çəkmişdir.

 

Şərq çölün sonsuzluğunda inkişaf edən günəşin qızmarında bişib yetişən bir insan yaratdı. O insan gah peyğəmbər oldu, gah şair... Peyğəmbərləri insanlığa göylərin mesajını daşıyarkən şairlər könüllərin fəryadlarını eşqlərin sirlərinə büründürərək insanlara təqdim etdi.

 

Şərqin, daha doğrusu şərqlə qərbin tam orta nöqtəsində yaşayan bir şair, yəni Rüstəm Behrudi, nəfəs-nəfəs, səs-səs, rəng-rəng büllurlaşan sözlərini ürəkləri yerindən oynadan şeiri ilə qarşımıza çıxardı. Onun şair, şeir insanla Allah arasındakı əlaqələrə şərhi da özünəxasdır. İlk oxunuşda onun mesajlarındakı başqalıq insanı çaşdıra bilər. Amma könül gözüylə oxuduqda o sözlərin əslində bizə yabançı olmadığı hər ürəyin içində gizli olduğunu dərhal anlaya bilirik.

 

O bir iyirminci əsr sufisinin diliylə, baxın, şair şeir haqqında nələr söyləyir:

 

Şeir Füzulidə dua, Nəsimidə etiraz, Caviddə sevda dünyada olan bütün hər şeyin tərifi fəlsəfəsidir. Daha doğrusu şeir, insanın, ölüm, zaman əbədiyyətlə qarşılaşma anında doğan bir heyrət ifadəsidir.

 

Bu tərif belə şeir haqqında tam mükəmməl bir təsvir deyil.

 

Günah, qul ilə Allah arasındakı məsafənin ölçüsü olduğu kimi, şeir Allah qul arasındakı uçurumların yıxılmış körpüsüdür.

 

Bütün şairlər zaman-zaman bu uçurumun üzərində yeni bir körpü bərpa etmək istəyərlər. Və  yazılan hər şeir buna istiqamətli bir addım, bir ümiddir.

 

Bütün şairlər içlərindəki şeytanın oyuncağı, içlərindəki uçurumların qurbanlarıdır.Və onlar içlərindəki şeytanı yox etmək üçün özlərini də yox etmək məcburiyyətindədirlər.

 

Bütün qəhrəmanlar əfsanələşmək, bütün şairlər əbədiləşmək istəyərlər. Əfsanələşmək də, əbədiləşmək də ölüm qorxusundan ortaya çıxmış bir ilüziondan başqa bir şey deyil. Bunu qəhrəmanlar deyil, şairlər anlarlar. Onlar anlamasına anlarlar, amma bunu qəbul etməzlər. Şairlik də əslində budur: Bir ilüzionu anlamaq və qəbul etməmək...

 

Uzun illər əvvəl “şairlik insanın həyat boyu özünə bənzər birini axtarışı və tapa bilməməsidir”, - yazmışdım. Bu güneyni fikirdəyəm. Kim nə deyirsə desin, Tövrat Musanın, İncil İsanın, Quran Məhəmmədin, şeirşairin yalnızlığıdır.

 

Onun şeirlərindən  “Azadlıq, İsanın kəfəni və zəvvarlar”  şeirini almancaya tərcümə edib tanış almanlara göndərdiyimdə necə bir maraq ilə qarşılanacağını doğrusu səbirsizliklə gözləyirdim. Əcəba, bizim dilimizdə insanı könlündən tutan bu şeir qərblilərin könüllərinə xitab edə biləcəkdimi? Çox keçmədən gələn mesajlar məni həm duyğulandırdı, həm də dostum adına sevindirdi. Şeiri oxuyan hər kəs Rüstəm Behrudinin kim olduğu ilə maraqlanırdı. Onlara bu kimi şeirlərin çox yaxında almanca çap olunacağını müjdələdim.

 

Dostum artıq yavaş-yavaş yaşlılığa deyil, yetkinliyə addım atmaqdadır. O yetkinləşdikcə daha gözəl şeirlərin hüzurlarımıza gələcəyindən əminəm. Ən gözəl təbrikimiz bəlkə də onun şeirlərini yenidən oxumaqdır.

 

 

Orxan ARAS

525-ci qəzet.- 2015.- 12 sentyabr.- S.28.