Yaşam fəlsəfəsi

 

GÜNÜMÜZÜN FƏLSƏFƏSİ

Professor, Əməkdar elm xadimi

 

(Əvvəli ötən sayımızda)

 

Gələcəyə baxmaq

 

Bizdə geriyə həsrət hissi böyükdür. Bunu bayramlar zamanı TV-lərdən, yeni tikilən mağara tipli restoranlardan da görmək olar. Bu hissi doğuran səbəb nədir? Keçmişin hansı üstünlüyü olub ki, genetik yaddaş qabaqkı dövrü arzulayır? İndi biz azad məmləkətik, geriyə yox, qabağa baxmaq lazımdır.

 

Müşahidələrə görə ictimai tədbirlərdə çıxış edən natiqlərin çoxu çıxışının 90 faizini yaxın keçmişdə baş verən hadisələrə həsr edir. Məncə, bunun əsas səbəbi intellektual səviyyədədir. Cəmiyyətin inkişafı durumu ilə ilgili orta səviyyədən aşağı duranlar keçmişdən, yuxarı duranlar isə gələcəkdən danışırlar.

 

Nağıllardageriyə baxma, qabağa baxdüşüncəsi var açar fikir kimi mərkəzdə durur.

 

Bu düşüncə bəşəri dəyərdi. Türk Hava Yolları şirkətininSkylife  jurnalında  bir   şəklin altında: “Always looking ahead” (həmişə qabağa bax) sözlərini oxudum.

 

Digər bir ibrətamiz misal çəkmək istəyirəm: 1946-cı ildə Böyük Britaniyada İkinci Dünya müharibəsinin qaliblərindən biri olan U. Çerçili Baş nazir seçmədilər. O, öz potensialını müharibədə xərcləmişdi, indi müharibənin zəiflətdiyi ölkəni dirçəldə bilən iqtisadçı liderə ehtiyac var idi. İngilis xalqı geriyə yox, irəliyə baxdılar.

 

Şübhəsiz, biz həm geriyə baxmalıyıq. Biz geriyə ona görə baxmalıyıq ki, gələcəkdə səhv qərarlar qəbul etməyək. Tarix ona görə lazımdır ki, keçmişdə buraxdığımız səhvləri gələcəkdə təkrar etməyək. Tarixin rolu həyatımızda  avtomaşının içindəki geriyə nəzarət güzgüsünə bənzəyir. Ona çox baxmağa dəyməz.

 

H.Z. Tağıyevin qızı Sona xanım geriyə çox baxdı, faciəvi həyat yaşadı. Amma Şəmsi Əsədullayevin qızı Züleyxa xanım qabağa baxdı, cəmiyyətdə mövqeyini qoruya bildi mənalı günlər yaşadı.

 

ABŞ-ın  geridə elə bir tarixi yoxdur. O bundan heç əziyyət çəkmir. Bəzən bizimkilər bugünkü geriliyi keçmişin şərəfli səhifələri ilə kompensasiya etmək istəyirlər. Bu cür təfəkkür tərzi bizi qabağa apara bilməz.

 

Gələcəyi hesablamaq çox çətin uğursuz bir işdir. Gələcək haqqında ancaq bir şey demək olar ki, o bizim bu gün düşündüyümüzdən tamam fərqli olacaq. SSRİ-nin dağılması buna bariz misaldır. SSRİ-nin gözlənilməz dağılmasını heç bir sovetoloq, siyasətçi, gələcəkşünas alim görə bilməmişdi. Bu səbəbdən gələcəyi hesablamaq təhlükəli səmərəsiz işdir. Ancaq bununla bərabər hər bir kəs gələcək haqqında fikirləşməli onu planlaşdırmalıdır. Gələcəyi planlaşdırmadan yaşamaq mümkün deyildir.

 

Düşünməyə vaxt saxla

 

Rezerford ilə bağlı belə bir lətifə var. Səhər tezdən o, laboratoriyaya gəlir əməkdaşlarından soruşur: edirsiniz? Hamı bir səslə deyir ki, işləyirik. Həmin gün böyük alim günorta da laboratoriyaya gəlir səhərki sualını təkrar edir. Yenə hamı bir səslə deyir ki, işləyirik. Axşamüstü Rezerford yenə laboratoriyaya gəlir sualı yenə təkrar edir. Eyni cavabı alır. Böyük alim əməkdaşlarından soruşur: bəs onda siz vaxt fikirləşirsiniz?

 

Bəzi məmurlar vəzifəyə keçəndən sonra çoxlu kitab çap etdirirlər. Bu vəzifədən sui-istifadə etməkdən başqa bir şey deyildir. Çünki kitab yazmaq üçün vaxt lazımdır ki, fikirləşəsən. Bu zəruri şərti ödəməyə isə məmurun vaxtı olmur. Əks halda məmurun işi tökülüb qalar. Ya kimsə onun əvəzindən düşünməlidir, ya da kimsə onun əvəzindən kitab yazmalıdır. İstisnalar da ola bilər.

 

Düzgün qərar qəbul etmək sənəti “Sizin istənilən həlliniz səhvdir”.

 

Eduard Dalberq

 

Əsas məsələ ilə bağlı fikrimi söyləməzdən əvvəl Molla Nəsrəddinin bir məşhur lətifəsini yada salmaq yerinə düşər.

 

Günlərin birində Molla Nəsrəddin oğlu ilə səfərə çıxır. Molla uşağını eşşəyə mindirir özü isə piyada gedir. Qarşıdan gələn bir dəstə adam gileylənir: “Bu da indiki cavanlar. Heç böyüyə hörmət etmirlər. O boyda sağlam cavan eşşəyə minib, yazıq qoca isə piyada gedir”.

 

Bu sözdən utanan uşaq eşşəkdən düşürmolla eşşəyə minir. Qarşıdan gələn başqa bir dəstə deyir: “Bunlara bir baxın. O boyda kişi eşşəyə minib, yazıq uşaq isə piyada gedir”.  Bu sözdən sonra  hər ikisi eşşəyə minir. Qarşıdan gələn başqa bir dəstə: “Bura bax ey... İki -iki adam minib eşşəyə, yazıq heyvan nəfəs ala bilmir”.  Camaatın sözünü kəsmək üçün mollauşaq eşşəkdən düşüb piyada gedirlər. Qarşıdan gələn digər dəstə deyir: “Bu axmaqlara baxın. Günün altında piyada gedirlər, atıla-atıla gedən eşşəyə minmirlər”...

 

Mollanın başına gələn bu hadisələr bir çox cəhətdən diqqəti cəlb edir.  Birincisi, Mollanın özünün mükəmməl ideyası və iradəsi olmadığından xarici qüvvələrin təsiri altında gah eşşəyə minir, gah düşür. Molla hadisələrin subyekti yox, obyektinə çevrilibdir. Ən başlıca səbəb isə informasiya qıtlığıdır. Heç bir dəstə özündən əvvəlki dəstənin təklifindən xəbəri yoxdur. Bu səbəbdən də səhv  təkliflərlə çıxış edirlər. Başqa sözlə bir tərəfdən savadsızlıq, digər tərəfdən informasiya qıtlığı mollanı gülünc vəziyyətə salır.

 

Düzgün qərar qəbul etməklə bağlı fikirlərimi dəfələrlə söyləmişəm: istənilən hadisə ilə bağlı qəbul ediləcək qərarın xətası, həmin hadisə ilə bağlı məlumat qıtlığından asılıdır. Qərarın xətası dedikdə - düzgün həll ilə səhv həll arasında fərq, məlumatın xətası dedikdə isə - düzgün həll üçün zəruri olan məlumatla, əlimizdə olan məlumat arasında fərq başa düşülür.

 

Məlumat qıtlığı çox olarsa, xəta da çox olar. Məlumat qıtlığı az olarsa xəta da az olar. Məlumat qıtlığı həm də düşünmə zamanından asılıdır. Çox düşünərkən çox məlumat toplanardüzgün qərar qəbul edilər, səhv isə az olar. Və tərsinə. Zaman bizə zəruri məlumat toplamaq üçün Allah-Təala tərəfindən verilmiş imkandır. Bu imkandan rasional istifadə etməyi bacarmaq lazımdır. Bu dediklərimizi elmi olaraq belə ifadə etmək olar:

 

Qərarın xətası məlumat qıtlığı ilə düz  mütənasibdir.

 

Demək, hadisə ilə bağlı düşünmə zamanı nə qədər çox olarsa toplanan məlumat da çox olar, qərarın xətası isə az olar. Məlum bir el misalında deyilir: “Bir ağıl yaxşıdır, ikisi ondan da yaxşıdır”. Çünki iki nəfərin əldə etdiyi informasiya, və ya problemlə bağlı düşünmə zamanı tək nəfərdən iki dəfə çoxdur. Demək, səhv az olacaq. Bu səbəbdən də idarəetmə sistemində adətən nazirə müavin, müdirə müavin, rektora müavinbunun kimi vəzifələri nəzərdə tutulur ki, qəbul olunan qərarın xətası az olsun. Bu vəzifələr gərək heç zaman boş qalmasın. Şərqdə “vəzir”, “vəkil” vəzifələri bu niyyətlə təsis edilmişdir. Cəmiyyətin ən ağıllı adamları padşah tərəfindən bu vəzifələrə təyin edilirdi. Bununla bərabər totalitar quruluşlarda çox vaxtı səhv qərarlar qəbul edilirdi. Bunu Şərqin geriqalmasından da görmək olar. Qərbdə problemin həllində hər kəsin fikri nəzərə alınır və buna demokratiya deyilir.

 

Mütləq düzgün qərar qəbul etmək cənab Haqqa məxsusdur. Peyğəmbərlər də min illərin sınağından çıxmış qərarlar qəbul etmişlər. Fövqəlinsanlar da uzun zaman üçün doğru olan qərarlar qəbul edə biliblər. Müdrik insanların qərarlarının xətası az, cahil insanların qəbul etdikləri qərarların xətası çox olur. Allah hər kəsi səhv qərarların qəbulundan qorusun. Amin!

 

Şərq müdrikliyi

 

Şərqdə məsləhət almaq üçün müdrik ağsaqqalın yanına gedərdilər. Əsas məqsəd isə düzgün qərar qəbul etməklə bağlı idi. Çünki ağsaqqalın dünyagörüşü, biliyi, məlumatı, təcrübəsi cavanlara nisbətən çoxdur. Bu xüsusiyyətə görə Qərbdə “Şərq müdrikliyi” ifadəsindən tez-tez istifadə edilir. Rusiya cəmiyyətinin elitar təbəqəsində “ağsaqqal” kəlməsini tez-tez eşitmək mümkündür.

 

“Şərq müdrikliyini dəyərləndirən çoxlu misallar, atalar sözü, pritçalar mövcuddur: “axşamın xeyrindən, sabahın şəri yaxşıdır” , “yüz ölç-bir biç” və s.

 

Bir neçə gənci də savadlandırıb, onların toplam biliyindən istifadə edib, düz qərarlar qəbul etmək olar. Düzgün qərar qəbul etmək üçün lazım olan zəruri zaman müddətini bir neçə dəfə azaltmaq üçün, mütəxəssislərin sayını bir neçə dəfə artırmaq lazımdır. Bir şəxsiyyətin bir ilə əldə etdiyi nəticəni, 10 nəfər ilə təqribən bir aya, yüz nəfər ilə 1-2 günə əldə etmək mümkündür. Qərb bu yolu seçib. Bu niyyətlə  “araşdırma mərkəzlərinin”, “laboratoriyalar” Qərbdə yaradılıbdır.   Sahə mütəxəssislərini (misal üçün, fizikləri, kimyaçıları, iranşünasya rusiyaşünas politoloqları, və b.k.)  bir yerə yığıb araşdırma mərkəzi yaratmaqlaya eyni sahənin alimlərini bir yerə toplayıb laboratoriya yaratmaqla mövcud problemlərinin həll müddətini dəfələrlə azaltmaq mümkündür.

 

Şərqin min illərlə əldə etdikləri dəyərləri tez mənimsəmək niyyəti ilə Qərbin aparıcı dövlətləri vaxtında “Şərqşünaslıq” institutları açmışlar. Təəssüf ki, hələ Şərq ölkələrində “Qərbşünaslıq” institutları yoxdur.

 

Los-Alomos laboratoriyasının yaranma səbəbi 

 

Bu deyilənlərin düzlüyünü təsdiq edən tarixi hadisələr çoxdur. İkinci Dünya müharibəsi zamanı  Atom silahının” alınmasında almanları qabaqlamaq üçün dünya alimlərindən E. Fermi (İtaliya), Corc Kistiakovski (Ukrayna), Otto Friş (Avstriya), Edvard Teller (Macarıstan), A. Eynşteyn (Almaniya) Nyu-Mexiko ştatında bir yerə toplaşaraq Los-Alomos laboratoriyasını yaradıb atom problemini təcili həll edərək, faşizmin dünyada yayılmasının qarşısını ala bildilər.

 

Bu düşüncə həm də akademik institutların, elmi-tədqiqat laboratoriyaların, araşdırma mərkəzlərinin yaranmasının məntiqi əsasını, fəlsəfəsini  yaradır.

 

Yaşlıların  və gənclərin cəmiyyətdə yeri

 

“Qərarın xətası məlumat qıtlığı ilə düz mütənasibdir” düsturu yaşlı insanların və gənclərin cəmiyyətdə yer ilə bağlı problemə də işıq salır. Belə ki, yaşlı insanların məlumat bazası (biliyi, informasiyası, təcrübəsi və b.k.)  çox olduğuna görə, cavanlarla müqayisədə onların qəbul etdiyi qərarın xətası daha az olar. Bu isə o deyəndir ki, onlar içərisindən keçdikləri prosesin idarəolunan yox, idarəedən tərəfi olurlar. Məişət dilində desək, bir yaşlı məsləhətçinin öz müdirinə verdiyi məsləhəti, ancaq bir neçə cavan birlikdə verə bilər. Başqa sözlə cavanları o proseslərə cəlb etmək lazımdır ki, onlar onun içərisindən idarəolunan yox, idarəedən kimi keçə bilsinlər. Orduda cavanların etdiklərini yaşlılar edə bilməz. Yaşlıların, məşvərətdə, məsləhətdə, qurultayda söylədiklərini gənclər söyləyə bilməz.

 

İnsan fəaliyyətində ağılın, emosiyanın rolu danılmazdı. Gənclərin fəaliyyətində emosiya üstünlük təşkil edir. İnsan yaşa dolduqca emosiyanın rolu azalır, ağılın rolu artır. Gənclərdə müdriklik, yaşlı insanlarda emosiya tapmaq çətindir. Böyük Yaradan insanları belə yaratmışdı. İnformasiyabilik qıtlığı səbəbindən gənclər siyasi proseslərdə obyekt, informasiya çoxluğu səbəbindən yaşlı insanlar subyekt kimi çıxış edirlər. Gənclərə o işlər həvalə edilməlidir ki, onlar həmin işlərdə, problemin həllində subyekt kimi çıxış edə bilirlər. Misal üçün respublikamızı idman yarışlarında müdriklər yox, gənclər təmsil edirlər. Vətənin müdafiəsi bütün dünyada gənclərə etibar edilir. Bilik toplamaq, təhsil almaq, informasiya yığmaq, təcrübə toplamaqbunun kimi işləri gənclər daha yaxşı görə bilirlər. Çünki onlar bu proseslərdən obyekt yox, subyekt kimi çıxış edirlər və qəbul etdikləri qərarlarda  az səhvə yol verirlər.

 

(Ardı var)

 

Şahlar ƏSGƏROV

 

525-ci qəzet.- 2015.- 12 sentyabr.- S.27