Bakıda Kolumbiya mədəniyyəti
nümayiş etdirilib
Kolumbiyanın Bakıdakı səfirliyi ölkəsinə məxsus mədəniyyəti azərbaycanlılarla bölüşmək məqsədilə qastronomiya və musiqi tədbiri təşkil edib.
Tədbir “Tato Marenco y Vea 40” qrupunun ifasında Kolumbiyanın Karibyanı regionunun ənənəvi və zəngin musiqi sədaları altında baş tutub.
Tədbirdə çıxış edən Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Jater Pena qonaqları salamlayaraq belə bir tədbirin ölkəmizdə keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb.
Azərbaycan ilə Kolumbiya arasında təhsil və mədəniyyət sahəsində bir sıra müştərək layihələrin reallaşdırıldığını qeyd edən diplomat belə tədbirlərin bundan sonra da keçiriləcəyini diqqətə çatdırıb.
Daha sonra qonaqlar Kolumbiya mətbəxinin təamlarından dadıblar.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 12 sentyabr.- S.25.