Qeydlər
Bu il sentyabrın
11-də mərhum yazıçı
Aslan İsmayılovun
ad günü ikinci dəfə özünün
iştirakı olmadan yaxınları, doğmaları,
onu sevənlər və oxucuları tərəfindən qeyd edildi. Bu yaxınlarda
yazıçının arxivində
indiyə qədər
dərc olunmamış
bir sıra şeirləri, parodiya, tərcümə və lətifələri tapılmışdır.
Maraqlı ola biləcəyini nəzərə
alıb onlardan bəzilərini “525-ci qəzet”in
oxucularına ünvanlayırıq.
* Rusca “neboskreb” - azərbaycanca “göydələn”
kimi işlədilir (hətta bir vaxtlar “gözqaşıyan”
yazırdılar). “Göyəzən” daha uğurlu ifadədir.
* İlk dəfə süni peykdə göyə it göndərəndə bizim
qəzetlər
“Sobaka-Layka” ifadəsini
“hürən it” tərcümə
etmişdilər.
* Mehmet Şekunun özünü öldürməsi
haqqında məlumatda
“özünü intihar
etmişdir” yazılmışdı.
(“Kommunist” qəzeti)
* T. Xrennikov Bakıya
müəllif konsertinə
gəlmişdi. “Kommunist” qəzeti onun mükafatlarını saydıqda
“SSRİ və Dövlət mükafatları laureatı”
yazmışdı.
* Televiziyanın uşaq verilişləri şöbəsinə
göndərilən məktublardan
birində yazılmıdı
ki, o, nağılları
çox sevir; “Məlikməmməd nağılı”,
“Göyçək Fatma”
nağılını dəfələrlə
oxumuşdur, ona görə “Sarıköynəklə
Valehin nağılı”nı
televiziyada göstərməyi
xahiş edir.
* Gənc müğənni Aşıq Alının şeirini belə oxuyurdu:
Havaya baxıram, hava məxsusdu (?),
Gəzdiyim obalar yadıma düşdü,
Bir gün eşidərsiz Alı da köçdü,
Sındı telli sazı, təzə nə (?) qaldı.
* Nekroloqda yazılıb ki, filankəs universiteti bitirəndən
sonra orada qalıb müəllim sifətilə (?) işləməyə
başlayıb.
* Bəzən “orta yüzillik” ifadəsi işlədilir. Bu, “orta əsrlər” əvəzinə işlədilir
və aşkardır ki, cəm şəkilçisi
atıldığından mənasız
alınır.
* Televiziya ilə Ə. Haqverdiyevin “Bəxtsiz cavan” pyesini göstərirdilər. Cavan
kəndli deyirdi: “Elə ki, həkim
gəldi, uje xəstəlik qurtarmışdı”.
* Ə. Fərzəli “Onlar yenə görüşdü” şeirində
yazır ki, 1837-ci ilin yayında Bestujev-Marlinski ilə M. F.
Axundovun görüşündən
bir həftə keçməmiş rus şairi öldürülür. Şeirdə
M. F. Axundov deyir:
Mən bilirəm, o güllə
Heç
də qəfil deyildi,
O Puşkinə atılan,
Lermontova atılan (?)
Zəhərli güllə idi...
Halbuki Lermontov 1841-ci ildə öldürülüb.
* Vaxtı ilə “İzvestiya” qəzetində
“Sredi poqibşix - dva çlena ekipaja, deti” cümləsi bizim qəzetlərdə belə
tərcümə edilib
dərc edilmişdi: “Heyətin iki üzvü və uşaqlar həlak olmuşlar”.
* S. Vurğunun 80 illiyini qeyd etmək üçün verilən
qərarda onun “Leninin kitabı”
poeması “Lenini oxuyarkən” adı ilə göstərilib. Qərarı
rusca yazıb sonradan sətri tərcümə etdiklərinə
görə belə alınıb.
* “Söz ulunun, su kiçiyin” - atalar sözü təhrif olunaraq “Yol böyüyün, su kiçiyin” deyirlər.
* Televiziyada “Xəbərlər”
proqramının şərhçisi
deyirdi: “İngiltərə
əhalisinin 4,5 hissəsi ingilislərdir”.
Görünür, 4/5 yazılıbmış.
Orta məktəbi zəif oxuyanı televiziyaya
işə qəbul etmək də düzgün deyil.
* Şam şəhərində
xeyli qoca bir kişi
vardı,
Pəri kimi, cin kimi
camaatdan qaçardı?
“Xeyli qoca” nə deməkdir? Qoca pəriyə
oxşayır, yoxsa cinə?
lll
ETÜD
A.Blokdan
tərcümə
Əlvida!
Ayrılıq... Əl
verin! Aman,
İstəməz! İstəməz! Bu xoş təmasdan,
Ürəyə dolmasın qoy qübar, məlal,
Ürəyi incidər, ağrıdar bu hal.
Bu gün ayrılıq, məndən daha Siz,
Heç
zaman “sən” sözü eşitməzsiniz!
Yetər
arzuladım o baxışları,
Yox, siz ağlamayın! Görməyim, barı,
Bu hicran dəmində təlaşınızı!
Siz
Allah, saxlayın, göz
yaşınızı!
Ürəyim alışır, yanır...
Siz gedin,
Bəsdir...
Daha gedin... Bəsdir... Tez gedin!..
Bu nədir? Gözümdə
yaş var ki, mənim
Yoxsa ağlayıram?.. Gəl ey düşmənim!
Son dəfə bağrıma basım səni mən,
Bax belə... Əlvida... Get daha...Get sən.
lll
R. Həmzətovdan tərcümə
İlk dəfə başıma bəla aşaraq,
Sənə həsr elədim şeirimi. Ancaq
Güldün, ərə getdin,
həyat yoldaşın
Polis işçisidir. Dostun-tanışın
Yanında deyirsən: sənə
vuruldum,
Elə ona görə mən şair oldum;
Yaxşı, şair etmək
gəlir əlindən,
Onda gəl ərini şair elə sən.
MƏNİMLƏ
GETMƏ
Ətirli
bağçaya, şehli
çəmənə,
Lilparlı bulağa sən mənimlə get.
Arabir dənizin dalıb seyrinə,
Yaxına,
uzağa sən mənimlə get.
Hüseyn
Arif
İlan
məskənidir bulaq,
göy çəmən,
Yaxına, uzağa mənimlə getmə.
Nəyinə lazımdır Poylu, Kəsəmən?
Tovuza, Qazaxa mənimlə getmə.
Meşədən, dərədən, çaydan
keçəndə,
Axı qorxacaqsan-
mənimlə getmə.
Mən şehli ot
üstə araq içəndə,
Hirsli baxacaqsan-
mənimlə getmə.
Yenə
yol üstəyəm,
qanın qaralıb,
Salma haray-həşir,
mənimlə getmə.
Mətbəxdə işlərin tökülüb
qalıb,
Bozbaşını bişir, mənimlə getmə.
LƏTİFƏLƏR
-Bu gün direktora ultimatum verdim.
-Nə dedin ki?
-Ya maaşımı artırsın, ya da işdən çıxıram.
-Nəticəsi nə oldu?
-Axırda kompromis qərar qəbul elədik: o, mənim maaşımı artırmır,
mən də işdən çıxmıram.
lll
Bir nəfər
lotereyada avtomobil udmuşdu. Dostu ondan soruşdu:
-Arvadın bu xəbəri eşidəndə
neylədi?
-O qədər gözlənilməz
hadisə idi ki, yazığın dili tutuldu.
- Xoşbəxtsən!Doğrudan
da sənin bəxtin gətirir!
lll
-Siz arvadınızla harda tanış
olmusuz?
-Parkda, fənərin yanında.
-Yəqin fənər yanmırmış...
lll
Qatarın kupesində iki qadın söhbət edir:
-Mənə nə qədər yaş verərsən?
- Sənin öz yaşın kifayət qədər var, məndən niyə istəyirsən?
lll
-Balıq kürüsü yaman ləzzətli olurmuş.
-Nə vaxt yemisən?
-Yeməmişəm. Bir nəfər
yeyəndə görmüşəm.
lll
Hakim müttəhimdən soruşur:
- Cinayət məsuliyyətinə
cəlb olunubsan?
-Bəli.
-Nə vaxt?
- On beş il
əvvəl.
-O vaxtdan bəri neyləyibsən?
- Həbsxanada yatmışam.
lll
Bir nəfər o qədər meymuna oxşayırdı ki, heyvanat parkına gedəndə iki bilet alırdı: biri daxil olmaq, o biri çıxmaq üçün.
lll
Müəllim şagirdə deyir:
-Dəmir açıqda qalanda paslanır. Bəs qızıl, gümüş açıq havada qalanda nə olur?
Şagird
cavab verir:
-Oğurlanır, müəllim.
lll
Cərrah əməliyyata hazırlaşırmış. Assistentinə:
-Spirt,- deyən kimi xəstənin titrək səsi eşidildi:
-İçinə bir parça buz atmağı unutmayın.
lll
Qızlar kuklaları, oğlanlar maşınları çox xoşlayırlar; amma bu, on səkkiz yaşa qədər olur; sonra hər şey əksinə dəyişir.
lll
İnsan ömrünün üçdə birini yataqda keçirir, qalan üçdə ikisini isə bu yatağa kimisə gətirməyə sərf edir.
lll
-Sən spirti və içkini tərgitsən, 80 il yaşaya bilərsən.
-Gecdir, doktor.
-Niyə?
-Mənim 83 yaşım
var.
lll
Auditoriyada parta
üzərində yazı: “Burada vaxt vəhşicəsinə öldürülmüşdür”.
Aslan
QƏHRƏMANLI
525-ci qəzet.-
2015.- 12 sentyabr.- S.25