Gecə mənzərələri

 

 

 

Gecələr yuxum gəlməyəndə çölə çıxıb, sözxanada (besedkada) oturmaq gecə mənzərələrini seyr etmək xoşuma gəlir. Gündüzlərə nisbətən hava təmiz sərindi, gecə böcəklərinin aramsız səsi (bəlkə nəğmələridemək doğru olar) kəndi xatırladır. Heyf, qurbağa səsləri eşidilmir...

 

Qurrr... qurrr...

 

Binaların əksəriyyətində işıqlar yanır. Bakı Madridi xatırladır. Sanki heç kim yatmır. Bu şəhərin sakinlərinəgecə pişiklərideyirlər...

 

Rəngarəng gecədi. Sevgi, nifrət dolu həyat hekayətləridi.

 

...Bir oğlan bir qızı evə ötürür. Deyəsən, təzə tanış olublar.

 

Oğlan:

 

- Onsuz da əl çəkən deyiləm, - deyir gülür.

 

Qız da bu sözlərə biganə qalmır şaqqanaq çəkir:

 

-Ölsən , telefon nömrəmi verməyəcəm.

 

Qız bu sözləri deməklə dəlinin yadına daş salır: yəni telefon nömrəmi niyə istəmirsən, ay başdanxarab.

 

Başqa bir söhbət onların uzaqlaşmaqda olan səsini batırır. İki oğlan harasa tələsir. Biri o birinə deyir, əslində deyinir:

 

- Bax, mənə deyən gərək, Binədə pivə yoxdu ki, ordan durub yorta-yorta bura gəlmisən!?

 

İndi o birisi deyir:

 

- Sən hələ yaxşısan. Mən Sumqayıta gedəcəm. Bu vaxtda adam çağırarlar?!. Metro bağlı, avtobuslar da işləmir...

 

-Heç olmasa, taksi pulu verərdi...

 

Gənclər danışa-danışa uzaqlaşırlar...

 

Kimsə yolun o biri üzündə telefonla danışır, daha doğrusu, bağırır:

 

- Baxarsan! Dur orda indi gəlirəm! Gəlməsəm, kişi deyiləm!!!

 

Aha, pulrazborkasıdı”. İndi hərə bir küncə çəkilib kimisə hədələyir: kimi borcunun qaytarılmasını, kimi sələmin pulunu istəyir.

 

Bir qadın da o tərəfdən gələ-gələ telefonla danışır şirin dilinə salır:

 

- Bacıcanı anam rayondan gələn kimi həll edəcəm. O deməkdi, ayıb söhbətdi ki...!? iki yüz!?..

 

Qarşıdakı binadan cavan bir qadın çölə çıxır hamının eşidəcəyi səslə qulağına tutduğu telefona deyir:

 

- İt səndən yaxşıdı, heç olmasa, balalarına çörək aparır. Onun qədər yoxsan!?

 

Düzü, bilmirəm, sual verir, yoxsa qəzəbindən belə deyir...

 

Birdən lap yaxınlıqda hənirti duyuram. Bir it çömbəlib alaqaranlıqda mənə baxır.

 

- Burda gəzirsən? -deyə acıqlanıram, amma o məsum gözlərini mənə zilləyib, heç qımıldanmır da. Bir az baxandan sonra ayağa qalxır gedir. Axsayır. Qabaq əli qırılıb, deyəsən. Sonra dayanır, sanki məni harasa çağırır.

 

Qarşıda mağaza var. O istiqamətə gedir. “Bu, istiyir məndəndeyə mızıldanıram...

 

Düşürəm arxasınca. Mağazanın qabağında dayanır. Qəribədi, gecə yarısı mağaza işləyir.

 

- Sürük cəhənnəmə, bayaq verdim . Axşama kimi tıxır, doymur, gündə balalıyır, - deyə mürgüləyən satıcı acıqlanır...

 

- yeyir o? - mən soruşuram

 

- desən, hələ çörək yeyir.

 

İt yazıq-yazıq üzümə baxır, az qalır, dil açıb danışsın.

 

-Bir şey ver , yazıqdı, -deyirəm, - pulunu verərəm.

 

- verim? - soruşur.

 

İt dirçəlir, sanki işinin düzəldiyini hiss edir yalmanır, satıcı piştaxtanın arxasına keçəndə isə quyruğunu bulayır.

 

- Kolbasa. Özü ucuzundan çək, - aralıdan deyirəm.

 

- Bəs bilmişdin, bəlkə ona finski kolbasa verəcəkdim.

 

- Neçə qram olsun?

 

- İki yüz bəsdi, -deyirəm...

 

Satıcı kolbasanı kəsib atır itin qabağına.

 

İt kolbasanı qapır və axsaya-axsaya harasa tələsir...

 

Bayaqkı qadının hələ də səsi gəlir.

 

- Nə iki yüz azz!..Nə faiz!?..

 

O biri binanın qarşısındakı qadın da dil boğaza qoymur:

 

- İt də balalarına çörək aparır e!!!

 

Böcəklər də susublarsanki bu danışıqları dinləyirlər!..

 

Gecəyarısı böcək səsi ən yaxşı nəğmədir!..

 

1 sentyabr, 2015

 

Elçin Hüseynbəyli

525-ci qəzet.- 2015.- 12 sentyabr.- S.21