VII Beynəlxalq Musiqi Festivalına hazırlıq iclası keçirilib

 

 

Sentyabr 18-dən 28-dək Heydər Əliyev Fondunun Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı keçirilməsi münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında mədəniyyət turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə dahi bəstəkarın yubileyinə beynəlxalq festivala hazırlıqla bağlı iclas keçirilib.

 

İclasda tədbirlə bağlı təşkilati məsələlər müzakirə olundu, festivalın zəngin proqramı barədə ətraflı məlumat verilib.

 

Festivalın dahi musiqiçinin irsinin yaşadılmasına xidmət etdiyini bildirən Ə.Qarayev artıq ənənə halını alan bu il Üzeyir bəyin 130 illik yubileyinə təsadüf edən beynəlxalq musiqi bayramının yüksək səviyyədə keçirilməsinin vacibliyini vurğulayıb: “Festivalla bağlı Mədəniyyət Turizm Nazirliyində müvafiq əmr imzalanıb sənəddə tədbirlər planı, eləcə digər məsələlər əksini tapıb”.

 

Sonra mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev festivalın tədbirlər planı barədə məlumat verdi. Ənənəvi olaraq festival günlərində respublikanın teatr-konsert müəssisələrində, paytaxtımızın müxtəlif məkanlarında tədbirlərin keçiriləcəyini deyən nazir müavini proqramı təfərrüatı ilə iclas iştirakçılarının diqqətinə çatdırıb: “Ümumilikdə 30-dan artıq tədbirin reallaşacağı festivalda bir sıra ölkələrdən musiqiçi solistlər iştirak edəcək bununla bağlı müvafiq məsələlər öz həllini tapıb. Müxtəlif konsertlər, görüş elmi müzakirələr, simpozium sərgilərlə zəngin olan festival paytaxtla yanaşı, bölgələrdə keçiriləcək. 18 sentyabr - Üzeyir Musiqi Günündə festivalın iştirakçıları ilk olaraq Fəxri Xiyabana baş çəkəcək, daha sonra tədbir Milli Konservatoriyanın qarşısında davam edəcək. Sonra iştirakçılar Milli İncəsənət Muzeyinin həyətindəGüllələnmiş heykəlləri” - Üzeyir Hacıbəyli, Natəvan Bülbülün doğma vətənləri Şuşadan gətirilmiş büstlərini ziyarət edəcəklər. Üzeyir Musiqi Gününə həsr olunmuş növbəti tədbir bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasının qarşısında keçiriləcək. Burada Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri konsert proqramı ilə çıxış edəcək.

 

Tədbirlər silsiləsi Üzeyir Hacıbəylinin ev-muzeyində davam edəcək. Günün əsas tədbiri isə Heydər Əliyev Sarayında olacaq. Beynəlxalq musiqi festivalının açılışı Üzeyir Hacıbəylinin 130 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində hökumət rəsmiləri, xarici yerli qonaqlar iştirak edəcəklər.

 

Respublikanın əsas musiqi teatr kollektivlərinin iştirakı ilə hazırlanan zəngin yubiley proqramı ilə yanaşı, qonaqlar sarayın foyesində bəstəkarın həyat fəaliyyətinə həsr olunmuş sərgi ilə tanış olacaqlar. Sentyabrın 19-da isə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Rusiya Saksofon Kvartetinin, Azərbaycan Dövlət Filarmoniyasında Liyepaya Simfonik Orkestrinin (Latviya) konsertləri, Azərbaycan Dövlət Musiqili Teatrında Ü.Hacıbəylinin “O olmasın, bu olsunikihissəli musiqili komediyasının, Akademik Opera Balet Teatrında isə bəstəkarınLeyli Məcnunoperasının nümayişi keçiriləcək. Festivalın üçüncü gününün proqramı zəngindir. Musiqisevərlər həmin gün Azərbaycan Dövlət Filarmoniyasında Liyepaya Simfonik Orkestrinin konsertinə, Musiqili Teatrda bəstəkarınƏr arvadoperettasına tamaşa etmək imkanı qazanacaqlar. Sentyabrın 21-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində ustad dərsi, Beynəlxalq Muğam Mərkəzində Rusiya Böyük Teatrının Nəfəs Alətləri Kvartetinin çıxışı, Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində isə konsert olacaq.

 

Ertəsi gün Musiqi Mədəniyyəti Dövlət Muzeyində konsert, “XəzərUniversitetində ustad dərsi, Bəstəkarlar İttifaqında elmi konfrans Azərbaycan Dövlət Filarmoniyasında Avropa Aralıq Dənizi Musiqi Akademiyasının təqdimatı nəzərdə tutulub. Sentyabrda 23-də elmi konfrans işini davam etdirəcək, həmçinin  konsert opera nümayişləri olacaq. Ənənəvi festivalda maraqlı yeni layihələri nəzərdən keçirən təşkilatçılar bu dəfəBülbülsayağıadlı musiqi layihəsini (Beynəlxalq Muğam Mərkəzi, 24 sentyabr, solist Anar Şuşalı) Gürcüstan Kamera Orkestrini (Azərbaycan Dövlət Filarmoniyası, 24 sentyabr, dirijor Fəxrəddin Kərimov) proqrama daxil ediblər. Sentyabrın 25-də isə Azərbaycan Bəstəkarlar İttifaqı, Bakı Musiqi Akademiyası Azərbaycan Dövlət Filarmoniyasında müxtəlif musiqi kollektivlərinin təqdimatında kamera simfonik konsertlər keçiriləcək”.

 

Sentyabrın 26-27-də nəzərdə tutulmuş konsert tamaşalar barədə məlumatı da diqqətə çatdıran nazir müavini bütün tədbirlərin yüksək səviyyədə təşkili üçün müvafiq tövsiyələr verib.

 

Beynəlxalq festivalın təntənəli bağlanış mərasimi sentyabrın 28-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Gecədə Dövlət Simfonik Orkestrinin müşayiəti ilə (dirijor Rauf Abdullayev, solist Murad Adıgözəlzadə) konsert proqramı təqdim olunacaq.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 12 sentyabr.- S.17.