Bir müəllim ömrünün yaddaşımda qalan anları

 

 

 

Ağamusa Axundov vəfat etdi. Mediada kədərlə səslənən bu ağır xəbər Azərbaycan elminin bütün kəslərini sarsıtdığı kimi mənim qəlbimi ağrıtdı. Ona görə ki, Ağamusa Axundov sıradan bir alim, sıradan bir müəllim deyildi. Yüzlərlə filoloq tələbəsi universitet illərində onun biliyindən, savadından ən əsası, insanlığından, müəllim qayğısından pay almışdır. O paydan mənə düşür.

 

Hər kəsin ömründə elə anlar, elə məqamlar olur ki, bu anlar, bu məqamlar onun tale yolunu, həyatının fəaliyyət istiqamətini müəyyən edir.

 

Onda mən Uzaq Şərqin Kamçatkasında əsgər həyatımın son ilinin ortalarında sənədlərimi Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə - jurnalistika şöbəsinə göndərmişdim. On bir min kilometri qət edib universitetə qəbul imtahanına gəlmişdim. Onda mən hələ universitet deyilən bir anlayışın nağıl dünyasını yaşayırdım həmin on bir min kilometr yolu qətiyyən geri qayıtmaq istəmirdim. (Universitetə qəbul olmasaydım, üç illik əsgərlik müddətinin son beş ayını başa vurmaq üçün, indiki terminlə desək, "dislokasiya" yerinə qayıtmalı idim). Rus əsgərinin paltarında o vaxtkı qəbul qaydası üzrə Azərbaycan dili ədəbiyyatdan əvvəlcə inşa yazı imtahanı verdik. Bu imtahanı iki cavan müəllim götürürdü. O inşa imtahanından 192 nəfər abituriyent içində yalnız mən əla almışdım əlanın enmə təhlükəsi ilə həyəcanlı halda həmin fəndən şifahi imtahana girdim. Yenə həmin iki cavan müəllim idi. İkisinin sifətindən nur yağırdı bu nur yağışı məni - on bir min kilometri qət etmiş əsgəri xeyli ürəkləndirdi...

 

Növbə mənə çatdı. Əlimdəki imtahan vərəqinə baxan kimi bir az sarışın o cavan müəllim gülümsər üzlə:

 

- ,  Kamçatkadan gələn o əsgər sənsən? - deyə soruşdu.

 

- Mənəm - dedim.

 

- Biz hamımız sənin qəbul olmağını istəyirik - dedi biletə işarə edərək cavabları dinləməyə başladılar. Suallara deyəsən pis cavab vermirdim, amma ürəyimdən ancaq əla qiymət keçirdi.

 

İkinci müəllim mənim bioqrafiyamdan bəzi şeylər soruşdu bir daha Kamçatkadan gəlməyimə işarə edərək:

 

- Təbrik edirik səni, beş alırsan - dedi imtahan vərəqinə əla yazdı. Universitetin qapısından ünvanını sonralar öyrəndiyim Nizami küçəsinə çıxıb imtahan vərəqində o iki cavan müəllimin elə o andaca mənə müqəddəs görünən imzalarına baxdım: Ağamusa Axundov Firudin Hüseynov.

 

Qalan iki imtahanı da verdim 1964-cü ilin o isti avqust günlərinin birində mən universitet tələbəsi oldum. Elə ilk dərs günündə auditoriyaya bizə dərs deməyə gələn Famil Mehdi "kamçatkalı" oğlanın kim olduğunu soruşdu. Təəccüb qaldım ki, müəllim bunu hardan bilir. Famil müəllim məni nigaran qoymadı:

 

- Ağamusa Axundov, Firudin Hüseynov səndən muğayat olmağı tapşırıblar mənə - dedi.

 

Beləliklə, universitetdə elə ilk gündən ilk son dəfə məni "tapşıranlar" oldu. Amma bu tapşırıq iki müəllimin - kimsəsizə qahmar duran iki müqəddəs insanın dünyasının ifadəsi kimi ömrümün yaddaşına yazıldı.

 

Bir az da keçdi biz öyrəndik ki, Ağamusa Axundov, Firudin Hüseynov universitetin Filologiya fakültəsinin ən cavan ən istedadlı müəllimləridir. Onu da öyrəndik ki, Ağamusa Axundov Azərbaycan dilçilik elmində ən cavan elmlər doktorudur artıq bu cavan alimin öz elmi məktəbi formalaşmaqdadır.

 

Bir az keçdi biz universitetin sonuncu kursunun sonuncu ayındayıq. Mətbuat dili ilə bağlı bir-iki yazım dərc olunmuşdu. Ağamusa müəllim məni ürəkləndirmək üçün yazılarımı bəyəndiyini bildirdi. Sonra mən o vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində ideologiya üzrə katib işləyən böyük alim, sənətşünas Cəfər Cəfərovun ünvanına mətbuatda dilimizin necə korlandığı ilə bağlı bir tələbə məktubu yazdım. C.Cəfərov məktuba dərhal reaksiya verdi.  Ağamusa Axundov, Məmmədağa Şirəliyev, Əlövsət Abdullayev kimi məşhur dilçilərlə birlikdə öz kabinetində mənim məktubumu müzakirə etdilər onda MK-nın katibi Filologiya fakültəsinin dekanı, professor Əlövsət Abdullayevə məni universitetdə saxlamağı məsləhət gördü.

 

Mən universiteti bitirən kimi Ağamusa müəllim mənə belə bir mövzu təklif etdi: "Müasir Azərbaycan ədəbi dilinin mətbuat üslubu". Mən özüm jurnalistikanı bitirdiyim halda Azərbaycan dilçiliyi kafedrasında həmin mövzunu müdafiə etdim. Ağamusa Axundov mənim opponentim idi elə onda da Müdafiə Şurasının tribunasından məni elmə həvəsləndirən bu gün yaddaşımda əziz bir xatirə kimi qalan şirin sözlər dedi.

 

Sonra mən universitet müəllimi oldum. Hər dəfə Ağamusa müəllimlə rastlaşanda elə bilirdim ki, ən doğma, ən əziz adamımı görürəm. Ağamusa müəllim bir müddət Milli Elmlər Akademiyasında rəhbər vəzifələrdə işlədi. Elmi fəaliyyəti dövründə  bu böyük alim dünya şöhrəti qazandı. Otuzdan çox dərslik, dərs vəsaiti monoqrafiyası ilə doğma dilimizin, dilçilik elmimizin inkişafında, təbliğində öyrənilməsində misilsiz xidmət göstərdi, qırxdan çox alim yetişdirdi. Azərbaycan dilinə Azərbaycana sonsuz məhəbbətinə görə Bakı Dövlət Universitetinin təkcə filologiyası deyil, bütün kollektivi bu böyük alimi, böyük insanı böyük vətəndaşı həmişə özünə doğma bildi. Onu özünə doğma bilənlərdən biri mənəm.

 

Elmimizin, universitetimizin böyük bir alimini itirdik. Amma təsəllimiz odur ki, alimin illərlə yetişdirdiyi böyük filoloqlar ordusu var, hələ bundan belə qədər filoloq yetişdirəcək sayagəlməz əsərləri var bir onu heç vaxt unutmayacaq dostları, sevənləri var.

 

Cahangir MƏMMƏDLİ

525-ci qəzet.- 2015.- 15 sentyabr.- S.7.