Avropa Parlamentinin qərəzli və sifarişli qətnaməsi və Azərbaycan reallıqları

 

 

Avropa Parlamentinin Azərbaycan haqqında təcili dinləmələr keçirməsi haqsız qətmanə qəbul etməsi ümumiyyətlə ədalətə qanunun aliliyinə ziddir hörmətsizlikdir.

 

Avropa  Parlamentində heç bir alt qurumda, komitədə müzakirə edilmədən tələsik şəkildə iclasa çıxarılan məsələ açıq-aşkar Azərbaycana qərəzli münasibətin ifadəsidir. Azərbaycan haqqında ədalətsiz, yanlış qərəzli qətnamə qəbul etməsi Avropa Parlamentinin dövlətlərin xalqların hüquqlarını qorumaq iqtidarında olmadığını göstərir. Əksinə, onlara qara yaxma kampaniyasını həyata keçirir. İndiyə qədər biz belə halları ölkəmizdəki inkişafa kölgə salmağa çalışanların paxıllığı qısqanclığı kimi başa düşürdük.

 

Təəssüf ki, 10 sentyabrda tələm-tələsik təcili dinləmələrdən sonra qəbul edilmiş qətnamə göstərir ki, Avropa  Parlamentindəki bir çox siyasi qurumlar Azərbaycana qarşı sadəcə paxıllıq yox, düşmənçilik siyasəti aparırlar. Dünya ictimaiyyəti , Azərbaycan xalqı da dərindən başa düşür ki, Avropa  Parlamentinin atdığı addım Azərbaycandakı inkişafla heç cür barışa bilməyən  qüvvələrin üzünün əks-sədasıdır. Bu bədnam qətnamə Azərbaycan dövlətinin apardığı müstəqil siyasətdən qorxuya düşənlərin vahiməsi təzyiq vasitəsidir. Qəbul olunan qətnamə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk növbədə öz xalqı arasında beynəlxalq aləmdəki böyük nüfuzunu qəbul edə bilməyən qüvvələrin bədxahlığını, dargözlüyünü üzə çıxarır. Azərbaycan xalqı isə yaxşı görür ki, analitik siyasi təfəkkürə, ümummilli ideallara dərindən bağlı olmasına bəşəri dəyərlərə ehtiram göstərməsinə görə dünya ölkələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə müqayisə edilə biləcək siyasi lider göstərmək çətindir. Xalqımız haqlı olaraq özünün lideri, görkəmli dövlət xadimi İlham Əliyevlə fəxr edir onun ətrafında sıx birləşir. Qərb ölkələrinin  ictimaiyyəti arasında da Avropa Parlamentinin müstəqil olmadığı, sifarişli qərəzli qərarlar qəbul etdiyi barədə dəfələrlə narahatlıqlar ifadə olunmuşdur. Bu parlament bir-iki dövlətə Avropanın lideri statusu qazandırmaq, digər ölkələri həmin liderlərdən asılı salmaq siyasətini həyata keçirir. Məhz buna görə Avropa  Parlamenti müstəqil siyasət aparan, qarşılıqlı, bərabər hüquqlu əməkdaşlığa açıq ölkə olan Azərbaycanı sıxışdırmaq, təzyiq göstərmək asılı  ölkə səviyyəsinə  salmaq üçün cidd-cəhd göstərir. Avropadakı asılı ölkələrin acınacaqlı vəziyyəti, bu ölkələrdəki dərin genişmiqyaslı böhran Avropa  Parlamentinin onu dəstəkləyən qurumların demokratiya adı altında həyata keçirdikləri totalitar siyasətin real nəticəsidir. Məhz həmin  siyasətin nəticəsidir ki, Qərbdəki bir çox ölkələrdə hətta hakimiyyət böhranı yaşanmaqdadır. Qarşısıalınmaz böyük miqrant dalğasının yaranması da Avropa Parlamenti kimi  qurumların dünya ölkələrində apardıqları  məkrli siyasətin acı  mənzərəsidir.

 

Avropa Parlamentinin qətnaməsi Azərbaycan reallığından çox uzaq olan uydurmadır, şər böhtandır. Ölkəmizdə insan hüquqları dövlət tərəfindən qorunur, demokratik cəmiyyətin daha da inkişaf  edib möhkəmlənməsi üçün ardıcıl olaraq islahatların keçirilməsi davam etdirilir. Xalqımız, o cümlədən, ziyalılarımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü düşünülmüş siyasəti tam dəstəkləyir. Azərbaycan xalqla iqtidarın möhkəm birliyinə nümunə, model ola biləcək bir ölkədir. Ölkəmizdəki sabit tolerant mühit, normal inkişaf ritmləri, vətəndaş cəmiyyətinin  ardıcıl ahəngdar  inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi Azərbaycanın dövlət müstəqilliyinin böyük bəhrəsidir.

 

Avropa Parlamenti Azərbaycanla Qərb arasında, dünya ölkələri arasında sədd çəkə bilməz. Azərbaycan Respublikası özünün dövlətlərarası münasibətlərini qurmaq inkişaf etdirmək sahəsində böyük təcrübə əldə etmişdir. Beynəlxalq ictimaiyyətin böyük dəstəyi ilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatında Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, bir müddət bu yüksək qurumdakı mötəbər bir bölməyə Sədrlik funksiyasını həyata keçirməsi beynəlxalq münasibətlər sistemində tutduğumuz yeri, malik olduğumuz rolu, aparılan siyasəti qazanılan nəticəni çox aydın şəkildə ifadə edir.  Əslində, ölkəmizdə demək olar ki, hər gün beynəlxalq  əməkdaşlıq  üçün məqsədyönlü addımlar atılır bu, davam edən bir prosesdir. Avropa  Parlamenti isə ölkələr xalqlar arasına nifaq, ayrıseçkilik, qarşıdurma toxumları səpməklə məşğuldur.

 

Avropada böyük nüfuza malik olan Avropa Xalq Partiyası, Milliyyətlər və Azadlıq Avropası kimi qrupların Avropa Parlamenti ilə həmrəy olmamaları, Azərbaycanın haqq işinə dəstək vermələri buparlamentin öz siyasətinə təzədən baxması zərurətini meydana çıxarır. Eyni zamanda ayrı-ayrı partiyaların və qrupların mövqelərini nəzərə almaması Avropa Parlamentinin demokratik ptrinsiplərdən uzaq  olduğunu göstərir. Bizə qərəzli və sifarişli Avropa Parlamenti yox, Avropa ölkələri və xalqları ilə həmrəylik lazimdir.Azərbaycan müstəqil dövlət olaraq dünya ölkələri ilə əlaqələrini inkişaf etdirməkdə davam edir. Avropa Parlamentinin qərəzli qurumlarına,birtərəfli, təzyiq və qarayaxma siyasətinə əsaslanan Avronest Parlament Assambleyasına ölkəmizin ehtiyacı yoxdur. Böhranın dərinləşdiyi bir vaxtda Avronest ParlamentAssambleyası kimi lüzumsuz qurumu ümumiyyətlə saxlamağa heç bir ehtiyac yoxdur. Düşünürəm ki, Azərbaycanın Avronest təşkilatından çxması digər üzv ölkələrin də eyni addım atmasına təkan verəcəkdir. Ümumiyyətlə, Avropa Parlamentinin qəbul etdiyi ədalətsiz qətnamə Qərbin siyasi təşkilatlarını etibardan salır. Bu qətmanə Avronest təşkilatının iflasına gətirib çıxarmalıdır.

 

Bundan başqa, Qərbin Şərq tərəfdaşlığı adı altında irəli sürdüyü müddəalar qarşılıqlı əməkdaşlığı yox, birtərəfli qaydada təzyiqlərihəyata keçirməyə cəhd göstərməsinin ifadəsidir. Fikrimcə, Şərq tərəfdaşlığının bu istiqamətdə inkişafı, Şərqə doğru deyil, Şərqə qarşı, onun əleyhinə olan hərəkatdır. Bütövlükdə Şərq tərəfdaşlığı məsələsi yenidən  müzakirə edilərək onun strategiyası və taktikası ciddi surətdə nəzərdən  keçirilib aydınlaşdırılmalıdır. İndiki halda, hazırkı mövcud formatda  Şərq tərəfdaşlığında iştirak etmək ardıcıl olaraq anlaşılmaz vəziyyətlərlə üz-üzə  qalmaqdan başqa bir şey deyil.

 

Avropa parlamentinin ədalətsiz qərarının arxasında Qərbdəki ermənipərəst və islamofob qüvvələrin və onların havadarlarının  dayandığı məlumdur. Azərbaycanda isə ulu öndərimiz Heydər Əliyevin vaxtilə böyük dəqiqliklə bildirdiyi kimi, hakimiyyətin mənbəyi xalqdır. Azərbaycan dövləti və xalqı müstəqillik illərində böyük nailiyyətlər qazanmışdır. Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdəki vətəndaş azadlığına tam təminat verir. Ölkəmizdə cəmiyyət həyatının bütün sahələri sürətlə inkişaf edir. Azərbaycan xalqı isə Azərbaycan Prezidenti İlham Əliyevlə tamamilə həmrəydir. Xalq-iqtidar birliyi ölkəmizi indiki yüksək inkişaf səviyyəsinə çatdırmışdır. Xalqımızın birliyi, ölkəmizdəki ümummilli həmrəylik müstəqillik illərində keçirilən seçkilərin hamısının sabitlik şəraitində və mütəşəkkil səviyyədə keçməsini təmin etmişdir. Xalqımız və ölkəmiz istənilən siyasi məqamda bundan sonra da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında birlik və mütəşəkkillik nümayiş etdirəcək.

 

 

İsa Həbibbəyli

525-ci qəzet.- 2015.- 15 sentyabr.- S.2.