Azərbaycan və Çin Milli Kitabxanalarının əməkdaşlığı genişlənir 

 

Sentyabrın 15-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Çin Milli Kitabxanası ilə əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu Azərbaycan Milli kitabxanasının direktoru, professor Kərim TahirovÇin Milli Kitabxanasının rəhbəri Çjou Xepin imzalayıblar.

 

AZƏRTAC xəbər verir ki, K.Tahirov dünyanın aparıcı kitabxanalardan biri sayılan Çin Milli Kitabxanası ilə əməkdaşlığın uğurlu olacağına əminliyini bildirib. K.Tahirov Azərbaycan Milli kitabxanasının yaxın illər üçün əsas planlarından söz açıb, çinli həmkarlarla təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Çin nümayəndə heyətinin üzvləri Azərbaycan tarixinə və ədəbiyyatına böyük maraq göstəriblər.

 

Tədbirdə Milli Məclisin deputatları, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Milli Elmlər Akademiyasının nümayəndələri iştirak ediblər.

 

525-ci qəzet.- 2015.- 16 sentyabr.- S.2.