Gözdən düşmüş ipəkçilik

 

ÖLKƏMİZDƏ BU SAHƏNİN NƏZƏRİYYƏSİ VƏ İSTEHSAL İŞİ ƏNƏNƏVİ OLARAQ PARALEL İNKİŞAF EDİB, AMMA HAZIRDA BUNU DEMƏK ÇƏTİNDİR

 

 

Keçmişdə ipəkçiliklə məşğul olana  "şərbaf" deyərmişlər. 18-19-cu əsrlərdə Gəncədə "Şərbaflar" adlı məhəllə mövcud olub ki, bu da yerli ipəkçiliyin qədimliyini sübut edən faktdır. Hətta 19-cu əsrin sonlarında Gəncədə ipək  istehsalı sənaye relslərinə salınıbmış. Həmin dövrdə şəhərdə çoxlu baramaçılıq təsərrüfatları ipəktoxuma sexləri ilə yanaşı, ipəyi boyamaq üçün istifadə edilən biyan bitkisinin əkini sahələri, həmçinin biyan kökünü  emal edərək ondan təbii boyaq maddəsi alan ayrıca zavod da mövcud olub. Gəncə ipək parçaları Sankt-Peterburq, Paris Berlin şəhərlərində mükafatlar alıb.

 

Sovet dövründə Azərbaycan  ipəkçilik sənayesinə görə Özbəkistanla birlikdə müttəfiq respublikalar sırasında lider mövqedə olub. Təəssüf ki, hazırda baramaçılıq-ipəkçilik haqda bu ifadəni işlətmək mümkün deyil. Sabiq SSRİ-nin mövcudluğunun son ilində, 1991-ci ildə respublikamızda rekord səviyyədə,  6 min ton barama istehsal olunub. İndi isə bu göstəricini yalnız yüzlük ədədlərlə ifadə etmək mümkündür.

 

Sahənin unikallığı potensial imkanlar nəzərə alınaraq, ölkəmizdə ipəkçilik üzrə araşdırmalar hazırda da davam etdirilir. Bu sahənin mərkəzlərindən biri kimi, Gəncədə 1958-ci ildən bəri Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutu  fəaliyyət göstərib. Bu ilin yayında  institut ləğv edilib, amma onun laboratoriyaları Gəncədəki digər aqrar elmi-tədqiqat müəssisələrinə - Heyvandarlıq Bitki Mühafizə İnstitutlarına köçürülüb.

 

Azərbaycan mütəxəssisləri xüsusən məhsuldar barama cinsləri alınması istiqamətində tədqiqatları ilə ipəkçiliyə öz töhfələrini veriblər indiyədək 50-yədək yeni hibrid cinclər alıblar. Onlar həmçinin ipəkçiliyin əsaslarından olan tut ağacı növlərinin təkmilləşdirilməsi üzrə böyük zəhmət sərf ediblər.

 

"Tədqiqat işlərimizin əsas istiqamətləri yerli şəraitə uyğunlaşan, dözümlü ipəkqurdu cinslərinin alınması, eləcə onların yem bazası olan, xüsusən yarpaqları daha zəngin inkişaf sürətinə malik yerli tut ağacları növlərinin yaradılması onların istehsalatda çoxaldılması məsələlərini əhatə edir"-deyə, ipəkçilik laboratoriyasının rəhbəri Namiq Həsənov bildirir.

 

Amma əsas məsələ, necə deyərlər, elmi nailiyyətlərin real istehsalata tətbiqidir. Reallıq isə odur ki, indi fermerlərimiz baramaçılığa o qədər meyl göstərmirlər. Səbəbi sadədir: gəliri yoxdur, baramanı onlardan ucuz alırlar. Bu məsələyə toxunan  N. Həsənov hazırda baramayetişdirən fermerlərin bu məhsulun kiloqramını 3 manatdan baha sata bilmədiklərini söyləyir.  Müsahibimiz bu sahədə çalışan fermerlərə  dövlət subsidiyalarının verilməsi imkanının nəzərdən keçirilməsinin  böyük stimullaşdırıcı rol oynaya biləcəyini qeyd edir.

 

Onu da deyək ki, elə İpəkçilik İnstitutu tərəfindən ölkədə bu sahənin dirçəldilməsi üzrə bir sıra sənədlər təkliflər , o cümlədən, ipəkçilik haqqında qanunun layihəsi ipəkçiliyin inkişafı konsepsiyası  hazırlanaraq, Milli Məclisə İqtisadiyyat Sənaye Nazirliyinə təqdim edilib.

 

İpək daimi yüksək dəyər göstəriciləri ilə bütün dövrlərdə dünya bazarında nüfuzlu məhsul sayılıb. Bizdə ipəkçiliyin elmi-nəzəri cəhətdən uzun illər ərzində  bu qədər geniş tədqiq olunması onun sənayesinin dirçəldilməsinin zəruriliyi haqda ciddi düşünməyə əsas verir. Axı bizim ipəkçiliyin potensialı  yalnız deyək ki, kalağayı hazırlanması kimi suvenir istehsalı miqyasından qat-qat yüksəkdir.

 

Zakir MURADOV

Gəncə

525-ci qəzet.- 2015.- 17 sentyabr.- S.8.