"Azərbaycanın uğurları antiazərbaycançı
şəbəkələri narahat edir"
DEPUTATLARDAN
AVROPARLAMENTƏ ETİRAZLAR DAVAM EDİR
"SSRİ dağıldıqdan və müstəqillik əldə etdikdən sonra Azərbaycan beynəlxalq hüququn müstəqil subyekti olaraq yeni beynəlxalq
münasibətlər sisteminin
də tərkib hissəsinə çevrilmişdi.
Müstəqilliyin ilk illərində ciddi problemlərlə üzləşən
respublikada müxtəlif
siyasi qüvvələr
hakimiyyət uğrunda
daxili çəkişmələrə
başladı". Bunu Milli
Məclisin (MM) deputatı
Leyla Abdullayeva dilə gətirib.
Onun sözlərinə
görə, Qarabağ
uğrunda Ermənistanla
gedən müharibə,
iqtisadiyyatın dərin
tənəzzülü, keçid
dövrü adlanan zamanın problemləri, daxili separatizm - bütün bu problemlərin fonunda bir-birini əvəz edən iqtidarlar ölkənin xarici siyasət orientirlərini müəyyən etməkdə
səhvlərə yol
verməkdə idi. O, deyib ki, yalnız Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin xalqın tələbiylə
1993-cü ildə hakimiyyətə
qayıtması dövlət
idarəçiliyində köklü
dəyişikliklərə səbəb oldu və Azərbaycanın maraqlarının balanslı
xarici siyasət kontekstində qorunması başlandı. L.Abdullayevanın
qeyd etdiyinə görə, bu gün artıq dünya ölkələri
sırasında öz
yerini tutan Azərbaycanda sosial-iqtisadi,
siyasi, mədəni, bir sözlə, bütün sahələrdə
əldə edilən yüksək göstəricilər
onun qüdrətini daha da artırmaqdadır:
"Demokratik, hüquqi
dövlət quruculuğu
yolunu tutan Azərbaycan bu istiqamətdə mühüm
uğurlara imza atmışdır.
Azərbaycanın uğurları, beynəlxalq
aləmdə artan nüfuzu dost ölkələri
sevindirsə də, bəzi antiazərbaycançı
şəbəkələri, beynəlxalq təşkilatları
"narahat" edir. Xarici antiazərbaycançı
şəbəkə və
onların əlaltıları,
bəzi yerli dairələr Azərbaycanda
baş tutan mühüm ictimai-siyasi,beynəlxalq tədbirlər
ərəfəsində öz
simalarını açıb
göstərirlər. Bu kontekstdə əminliklə
deyə bilərik ki, ikili standartlar
siyasətinin qurbanlarından
biri də elə ölkəmiz Azərbaycandır. Azərbaycan Respublikası
etnik separatizmdən əziyyət çəkən,
əraziləri işğal
altında olan, barəsində qəbul edilmiş BMT qətnamələrinə
məhəl qoyulmayan,
doğma torpağından
qovularaq öz ölkəsində məcburi
köçkün statusu
qazanmış insanların
yaşadığı ölkə
deyilmi? Xocalı soyqırımı kimi insanlıq və bəşəriyyət
əleyhinə cinayət
olan hadisə azərbaycanlıların başına
gəlməyibmi? Bu cinayəti törədənlərin
kimliyi hamıya, o cümlədən, beynəlxalq
təşkilatlara, Qərb
dövlətlərinə məlum
deyilmi?
Nəhayət, Qarabağ münaqişəsinin
həlli üçün
yaradılan ATƏT-in Minsk qrupunun
həmsədri olan ölkələr birbaşa
öz üzərilərinə
götürmüş olduqları
öhdəliyi - konfliktin
həlli vəzifəsini
nə üçün
yerinə yetirmirlər?
Məgər konkret olaraq BMT qətnamələrini rəhbər
tutaraq və bu 4 ali
hüquqi akta əsaslanaraq işğalçının
hansı tərəf olduğunu bəyan etmək və digər ölkələrə
münasibətdə olduğu
kimi, Ermənistana da sanksiya və
təzyiq tədbirləri
tətbiq etmək mümkün deyilmi? Qərb bu gün
özünü "insan
hüquq, azadlıqlarının
təminatçısı və
müdafiəçisi" qismində görürsə,
onda niyə qəbul etmir ki, BMT Təhlükəsizlik
Şurasından ali qurum və onun qəbul
etdiyi qətnamələrdən
ali hüquqi akt yoxdur. Azərbaycan ictimaiyyəti
haqlı olaraq soruşur ki, işğalçı Ermənistana
niyə sanksiyalar tətbiq olunmur? Özünü "demokratiyanın beşiyi" elan edən Qərb Ermənistanın işğalçılıq
siyasətinə göz
yumaraq torpaqlarını
işğaldan azad etmək hüququ olan Azərbaycan dövlətini beynəlxalq
hüquq prinsiplərində
onunla eyniləşdirərək
işğalçı ilə
işğala məruz
qalana fərq qoymur. Ermənistana və separatçı
Dağlıq Qarabağ
rejiminə ciddi hüquqi sanksiyalar tətbiq edilmirsə bu, artıq həmin ölkələrin
xristian təəssübkeşliyi,
məsələyə ikili
standartlardan yanaşmasıdır.
Hesab edirəm
ki, Avropa Parlamentinin son qətnaməsi
də birbaşa olaraq bu ikili
standartlar siyasətinin
bariz nümunəsidir". Deputatın
fikrincə, qətnamə
qərəzli və qeyri-obyektiv xarakter daşıyır: "Müstəqil
dövlət olaraq Azərbaycan öz Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə yeni çağırışlara cavab
verməyə tam hazırdır.
Dünyada baş verən
proseslərin mahiyyət
və istiqamətindən
asılı olmayaraq
biz müstəqil siyasətimizi
həyata keçirməkdən
yayınmırıq. Bu
gün regionun lider dövlətiyik.
Bunlar Heydər Əliyev siyasətinin və onun layiqli davamçısı
Prezident İlham Əliyevin fəaliyyətinin
nəticələridir.
Demokratiya Azərbaycan dövlətinin
və xalqının şüurlu, azad və birmənalı seçimidir. Bu yolla
getmək, dünya dövlətləri içərisində
öz layiqli yerini tutmaq, insan hüquq və azadlıqlarını
ən yüksək səviyyədə təmin
etmək dövlətimizin
əsas hədəfidir.
Bu yolda Azərbaycana
tövsiyə və dəstək verənlərə
etiraz edilmir. Amma bu, göstəriş və təzyiq formasında olacaqsa, əsl məqsəd yüksək ideallar adı altında əslində öz iradələrini yeritməkdirsə,
əminliklə deyə
bilərik ki, bunun heç bir nəticəsi olmayacaqdır. Müstəqillik ulu öndər Heydər Əliyevin də dediyi kimi, ən böyük
nemətimizdir. Azərbaycan öz
suverenliyini hər şeydən üstün tutacaq, digər ölkələrin hansı
məqsəddə olmasından
asılı olmayaraq daxili işlərinə müdaxiləyə imkan verməyəcəkdir. Azərbaycan xalqı
öz taleyini özü həll edəcək dərəcədə
yetkin və müdrik xalqdır".
Digər millət vəkili Tahir Rzayev də
hesab edir ki, Avropa Parlamentinin
Azərbaycanla bağlı
qəbul etdiyi qətnamə qərəzli
və əsassızdır. Millət vəkilinin
sözlərinə görə,
məlum qətnamə
ölkəmizə, siyasi
hakimiyyətə qarşı
yönəlmiş şantaj
xarakteri daşıyır
və heç bir reallığı əks etdirmir. T. Rzayev deyib ki, Azərbaycan
Avropa İttifaqının
üzvü olmadığı
və bu təşkilat qarşısında
heç bir öhdəlik götürmədiyi
üçün qəbul
edilmiş qətnamənin
hüquqi əsası
yoxdur və o, bilavasitə ölkəmizin
inkişafını istəməyən
qüvvələrin təhriki
ilə "hazırlanıb"
qəbul edilib. Qətnamədə qarşıdan
gələn 1 noyabr parlament seçkiləri ilə də bağlı əsassız
və qərəzli fikirlərin əksini tapdığını vurğulayan
T.Rzayevin bildirdiyinə
görə, xeyli əvvəlcədən sözügedən
seçkilərinin demokratik
keçirilməyəcəyi haqda fikir yürütmək
və bunu qərarlaşdırmaq savadsızlıqdan,
ən başlıcası
məkrli niyyətlərdən
xəbər verir:
"Ölkəmizdə mövcud
olan yüzlərlə
mətbuat orqanı, qəzet və jurnalın, minlərlə
qeyri-hökumət təşkilatının,
informasiya şəbəkəsinin
fəaliyyətini, respublikada
baş verən müsbət dəyişiklikləri
görməməzliyə vurmaq
mətbuatın, söz
azadlığının inkişafına
kölgə salmaqdır,
qara yaxmaqdır. Bu, əslində bizə
yox, Avropa Parlamentinin özünə
ləkədir. Onun gələcək
fəaliyyətinə zərbədir.
Avropa Parlamenti qərəzli mövqeyi ilə Avropa dəyərlərini
ayaqlar altına atır. Özünü dünyada rüsvay
edir.
Nəinki demokratik inkişafa, insan hüquqlarına zərər verir. Əslində münaqişələri kəskinləşdirir,
yeni qarşıdurmalara
yol açır.
Bu gün dünyada baş alıb gedən müharibələr,
tökülən nahaq
qanlar, kütləvi
terror hadisələri, dini,
irqi ayrı-seçkilik,
miqrasiya problemləri,
iqtisadi böhran, aclıq-səfalət məhz
Avropa Parlamentində əyləşən bir çox bədniyyətli deputatların, dünyanın
nadan siyasətçilərinin
əməlləridir".
K.HƏMZƏOĞLU
525-ci qəzet.- 2015.- 17 sentyabr.- S.4.