Avroparlament işğalçıya "yox", işğala "son" demək istəmir

 

20 DƏQİQƏYƏ AZƏRBAYCANA QARŞI QƏRƏZLİ QƏTNAMƏ QƏBUL EDƏNLƏR, 20 İLDİR DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNƏ TƏSİR EDƏ BİLMİRLƏR

 

 

Avropa Parlamentinin Azərbaycana qarşı məlum qərəzli qərarı ilə Qərbin ölkəmizə qarşı mövqeyinin ədalətsiz olduğu bir daha aydın olub. Dövlətimizə qarşı ikili standartlar siyasəti yürüdən xarici dairələr iki onillik ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyişə nail olmasa da, cəmi 20 dəqiqə ərzində ölkəmiz əleyhinə qətnamə qəbul edə bilirlər. Subyektiv mülahizələrə əsaslanaraq olduqca qısa müddət ərzində həqiqətə uyğun olmayan sənədi hazırlayan ona imza atanlara, görəsən faktlarla sübuta yetirilən Ermənistanın işğalçılıq siyasəti barədə qərar qəbul etməyə mane olur? yaxud da BMT Təhlükəsizlik Şurası tərəfindən 20 il bundan əvvəl qəbul olunan qətnamələrin icrasına başlamaq bu qədərmi çətindir? Görəsən, Qərb diplomatlarının gözündə hansı kriteriyalarda Ermənistan Azərbaycandan üstündür?

 

Avropa Parlamentinin rəngarəng təşkilat olduğunu bildirən "Konstitusiya" Araşdırmalar Fondunun sədri, politoloq Əliməmməd Nuriyev hesab edir ki, bu qurum müxtəlif qüvvələrin maraqlarını xidmət edən şəxslərdən ibarətdir: "Avropa Parlamentində erməni lobbisinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən qrupun əsas fiqurları sədr Martin Şults onun müavini Ulrike Lunaçekdir. Təsadüfi deyil ki, həmin ermənipərəst şəxslərin təşəbbüsü ilə Azərbaycana qarşı qərəzli qətnamələr qəbul olunur. Xüsusilə bu qərəzli sənədlər ölkəmizdə əhəmiyyətli tədbirlər baş verərkən ortaya atılır. 2012-ci ildə Azərbaycanda "Avroviziya" mahnı müsabiqəsi, 2013-cü ildə Prezident seçkisi, 2014-cü ildə "Cənub Qaz Dəhlizi" layihəsinin təməlqoyma mərasimi 2015-ci ildə Birinci Avropa Oyunları ərəfəsində eyni mənzərənin şahidi olduq. İndi isə ölkədə parlament seçkilərinə hazırlıq gedərkən qatı ermənipərəst avroparlamentarilərin ölkəmiz əleyhinə kampaniyanın ssenarisinə uyğun olaraq növbəti həmlələrini edirlər. Bu həmin şəxslərdir ki, ilin əvvəllərində Türkiyəyə qarşı da qətnamə layihəsi qəbul edərək, uydurma erməni soyqırımını tanıyıblar. Bu, bir daha sübut edir ki, Avroparlament erməni lobbisinin təsir dairəsindədir. Bunun nəticəsidir ki, Azərbaycan torpaqlarının 25 ilə yaxın işğal altında olmasına, BMT tərəfindən məlum qətnamələrin imzalanmasına, bu yaxınlarda isə "Çiraqov digərləri Ermənistana qarşı" işinə dair Avropa Məhkəməsinin hökm çıxarmasına baxmayaraq Avropa Parlamenti işğalçıya yox, işğala son demək istəmir. Bunun əksinə Ermənistanın işğalçılıq siyasətini daha da stimullaşdırmağa çalışır.  Halbuki, son qətnamədə müddəalar heç bir həqiqətə uyğun gəlmir, şər-böhtan xarakteri daşıyır. Bu qərarla Avropa öz ali dəyərlərindən imtina etmiş olur. Əlbəttə, bu o demək deyil ki, Azərbaycan bütün Qərb dövlətləri ilə əlaqələri kəsmək həddinə çatıb. Xeyr, əksinə qeyd etmək lazımdır ki, məlum qətnamə səsverməyə çıxarılarkən parlamentarilərdən 277 nəfər bunun əleyhinə səs verərək, ədalətsizliyin hökm sürməsinə imkan verməyəyə çalışıblar".

 

 

 

Ə.Nuriyev bildirib ki, qərbdəki tərəfdaşlarımız Azərbaycanın əhəmiyyətini dərk edirlər: "Ölkəmiz qitənin enerji təhlükəsizliyində aparıcı rol oynamaqla yanaşı, Qərbi bu kimi vasitələrlə həyata keçirilən təhdidlərdən qoruyur. Qaz neftin alıcıları hər zaman var. Lakin Azərbaycan bundan təhdid vasitəsi kimi istifadə etmir, əksinə Qərbin problemini həll edir. Bu baxımdan, bizim Avropada olan tərəfdaş dövlətlərimizlə əlaqələr günü-gündən inkişaf etdirilir, müxtəlif sahələrdə təcrübə mübadiləsi proqramları həyata keçirilir. Avropa dövlətlərinin bir sıra sahələrdə Azərbaycanın təcrübəsindən faydalanmağında xeyir var. Dini irqi zəmində bərabərlik, birgəlik yaratmaq üçün ölkəmizin tolerantlıq, korrupsiya məmur özbaşınalığının qarşısını almaq baxımından isə "ASAN xidmət" modeli nümunəvi səciyyə daşıyır. Tarixə baxdıqda isə səlib yürüşlərinin başlandığı Avropa istənilən dövr üçün müharibə mənbəyi kimi yaddaşlardadır".

 

Son dövrlər Avropada dəyərlərin çürüməsi prosesinin getdiyini deyən politoloq köhnə qitəyə üz tutan miqrantlara münasibətdə bunun əyani şəkildə şahidi olduğumuzu bildirib. Onun sözlərinə görə, artıq Aralıq dənizi insan məzarlığına çevrilib. Ə.Nuriyev əlavə edib ki, mühacirlərin rezervasiyalarda yerləşdirilməsi orta əsrlərdən qalma ənənənin yenidən dirçəlməsi deməkdir. Ona görə , bu ağır şəraitdə Azərbaycan yeni çağırışlara hazır olmalıdır. Azərbaycan inkişaf edən cəmiyyət, çiçəklənən müsəlman dövlətidir. Bu isə məlum çevrələrin maraqları ilə üst-üstə düşmür. Onları İslam dünyasında toqquşmalar, xaos, özbaşınalığın miqyasının daha da genişlənməsi daha çox maraqlandırır".

 

Dövrün reallığı budur ki, post-Sovet ölkələrində yaranmış digər ərazi münaqişələrindən fərqli olaraq, Qərb Dağlıq Qarabağ probleminin həlli ilə bağlı konkret təsirli addımlar atmaqdan çəkinir, yalnız deklorativ bəyanatlar verməklə kifayətlənir. Gürcüstanın ərazi bütövlüyü ilə bağlı istər ABŞ, istərsə Avropa İttifaqı onların təsirində olan beynəlxalq strukturlar birmənalı olaraq ərazi bütövlüyü prinsipini dəstəkləyib. Açıq ya gizli şəkildə Gürcüstana hərbi, iqtisadi, maliyyə, humanitar yardım göstərilib. Dnestryanı münaqişə ilə bağlı olaraq Moldova da Qərbdən hərtərəfli dəstək almaqda davam edir. Ukraynanın  regionlarında separatçı meyllər baş qaldırandan, Krım isə Rusiyaya birləşdirildikdən sonra Ukraynaya ciddi siyasi, iqtisadi, maliyyə hərbi dəstək göstərilib. Rusiyaya qarşı siyasi iqtisadi sanksiyalar tətbiq olunub. Ukraynanın Donbas Krım regionlarının, Moldavanın Dnestryanı, Gürcüstanın Abxaziya Cənubi Osetiya bölgələrinin mövcud rejimlərinin rəhbərlərinin adları "qara siyahı"ya daxil edilib, onların Qərb ölkələrinə səfərləri qadağan olunub.

 

Halbuki, eyni problemlə üzləşmiş Azərbaycan belə dəstəkdən məhrumdur. Azərbaycan ərazilərini işğal etmiş Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir. Bunun əksinə olaraq, Dağlıq Qarabağdakı qondarma separatçı rejim Qərb tərəfindən açıq maliyyə dəstəyi alır. Qərb ölkələri tərəfindən bu problemin tədricən unutdurulması Qarabağdakı rejimin tədricən legitimləşdirilməsi siyasəti yürüdülür. ABŞ Avropa paytaxtlarında qondarma rejimin müxtəlif nümayəndəlikləri açılır, separatçıların lideri Qərb paytaxtlarına sərbəst şəkildə səfər edir, rəsmi şəxslərlə görüşür, rejimin hərbi durumunu gücləndirmək üçün maliyyə marafonları təşkil edilir. Dağlıq Qarabağ münaqişəsində vasitəçilik institutuna sahib olan ATƏT öz faktaraşdırıcı missiyasının açıqladığı hesabatlara belə etinasız yanaşır, Ermənistana heç bir təzyiq göstərmir, ondan beynəlxalq hüququn norma prinsiplərinə, beynəlxalq təşkilatların qərar qətnamələrinə riayət olunmasını tələb etmir, işğalçı işğala məruz qalan tərəflərə eyni münasibət bəsləyir.

 

Nəzərə alsaq ki, beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı icraolunmayan qərarları hələ 20-ci əsrin sonuncu onilliyində qəbul olunub zaman keçdikcə münaqişə tərəfləri arasında məqsədli şəkildə tarazlaşdırılmış siyasət Ermənistanın xeyrinə dəyişdirilir, o zaman Qərbin Şərq-müsəlman sivilizasiyasına mənsub xalq dövlətlərə qarşı yanaşmasında islamafob, ksenefob neomüstəmləkəçi meyllərinin artdığı qənaətinə gəlmək olar. Bu mənada, sanki dünyada problemli xristian dövləti yoxmuş kimi, son illər müsəlman dövlətlərin daxili işlərinə müdaxilə edən Qərb xaos, vətəndaş müharibəsi yaradaraq həmin ölkələrin iqtisadiyyatını dağıdıb, ərazi bütövlüyünün sual altına düşməsinə səbəb olub. Avropa İttifaqı ilə yaxın qonşuluq haqda ilk saziş imzalamış ölkələrdən olan Mərakeş "ərəb baharı" təhlükəsi yaşayıb, ölkənin bərabər azlığı açıq şəkildə Avropa tərəfindən separatizmə təşviq edilib. İndiyədək Qərb və onun nəzarətindəki beynəlxalq strukturlar Mərakeşin Qərbi Böyük Səhra üzərində tarixi suveren hüquqlarını tanımır, bu regionun təmsilçisi kimi separatçı qurum qəbul edilir. Bundan əlavə, Qərblə sıx əlaqələr Əlcəzair üçün vətəndaş müharibəsi, Tunis üçün isə daxili münaqişə və xaosla nəticələnib. Eyni hal Liviya, Suriya, Livan, İraq və Misirdə da yaşanır. Bu ölkələrin hər biri dini, etnik zəmində ərazi bütövlüyünün parçalanması təhdidi ilə qarşılaşıblar. Eləcə də, Avropa İttifaqının Türkiyə ilə münasibətlərində qeyri-səmimilik özünü göstərir. Qərb Ankara ilə əməkdaşlığa xüsusi önəm verdiyini desə də Türkiyəni öz sıralarına qəbul etmir. NATO-ya üzvlük, vaxtilə anti-sosialist cəbhənin avanqard ölkəsi olmaq, ABŞ-la sıx siyasi-hərbi-iqtisadi münasibətlər Türkiyəni heç bir təhdiddən sığortalamayıb, ölkə çoxmilyonluq qaçqın böhranı, Avropadan dəstək görən etnik separatizmlə baş-başa buraxılıb. Hətta Cənub-Şərqi Asiyada yerləşən müsəlman ölkələri Malayziya və İndoneziya belə  "parçala hökm sür" siyasətindən qurtula bilməyib. Malayziya  hələ 1960-cı illərdə Sinqapurun müstəqilliyini tanınmağa, İndoneziya isə 21-ci əsrə Şərqi Timor problemi ilə qədəm qoymağa məcbur edilib. Bu ölkələrdə indi Sabax-Saravak, Açex kimi separatizm ocaqları hələ də qalır. Bütün bunlarda Qərbin məqsədi müsəlman ölkələrinin müstəqil inkişafının qarşısını almaq, onları daxili qarşıdurmalara sövq etmək, yerüstü və yeraltı sərvətlərini nəzarətdə saxlamaqdır. Azərbaycan isə müstəqilliyinin ilk günlərindən Qərblə tərəfdaşlıq, bərabərhüquqlu, qarşılıqlı etimad prinsiplərinə əsaslanan əlaqələr qurmaq üçün davamlı cəhdlər edib. Təəssüf ki, bu səmimi siyasət Qərb tərəfindən lazımınca qiymətləndirilməyib. Ona görə də, rəsmi Bakı haqlı olaraq, neomüstəmləkəçilik siyasəti yürüdən, qeyri-millətləri, xalqları, ayrı-ayrı toplumları istismar etməyə çalışan qurumlar və dövlətlərlə əməkdaşlığın perspektivini görmür.

 

Ceyhun ABASOV

525-ci qəzet.- 2015.- 17 sentyabr.- S.4.