Naxçıvan Dövlət Universitetində Milli Musiqi Günü qeyd olunub

 

 

Üzeyir musiqisinin bənzərsizliyindən ölümsüzlüyündəndir ki, hər il Naxçıvan Dövlət Universitetində keçirilən Milli Musiqi Günü artıq ənənə halını alıb.

 

Bu münasibətlə təşkil olunan tədbiri giriş sözü ilə açan rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov həmin günün tarixindən danışaraq qeyd edib ki, musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılan  Üzeyir Hacıbəyovun doğum günü 1995-ci ildə  dahi rəhbər, ümummilli lider Heydər  Əliyevin fərmanı  ilə Milli Musiqi Günü kimi təsis olunub. Həmin gün sadəcə musiqisevərlərin yox, həm xalqımızın bayramıdır. Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən, ölməz əsərlər müəllifi olan Üzeyir Hacıbəyov irsinin qorunmasını vacib sayan rektor, bundan sonra gələcək nəsillərin dahi bəstəkarın ruhunu həmişə yad edəcəklərinə onun əsərlərini yaşadacaqlarına  ümid etdiyini bildirib.

 

Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar, universitetin müəllimi Şəmsəddin Qasımov "Üzeyir Hacıbəyov  Azərbaycan  xalqının dahi bəstəkarıdır" adlı  məruzəsində vurğulayıb  ki, professional klassik musiqimizin banisi Üzeyir Hacıbəyovun 1908-ci ildə  tamaşaya qoyulmuş "Leyli Məcnun" operası milli opera sənətinin    Azərbaycanın  bütün  professional bəstəkarlıq yaradıcılığının inkişafının  əsasını qoyub. "Leyli Məcnun" operası təkcə Azərbaycanda deyil, ümumən  bütün  müsəlman  Şərqində ilk opera idi. Üzeyir Hacıbəyov  tariximizə Azərbaycan musiqi mədəniyyətinin klassiki, onun yeni mərhələsinə təkan vermiş, milli musiqi ənənələrini Avropa musiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi surətdə birləşdirmiş dahi sənətkar kimi daxil olmuşdur.  Qeyd olunub ki, Azərbaycan  professional  musiqi yaradıcılığının təşəkkülü inkişafı - bir  çox  janrların meydana gəlməsi təkamülü, bir sıra professional kollektivlərin yaranması Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. Natiq vurğulayıb ki, bəstəkarın bədii irsindən "Sənsiz", "Sevgili Canan" romansları, "Koroğlu" operası, "O olmasın, bu olsun", "Arşın mal alan", "Əsli Kərəm" s. musiqili komediyaları incəsənət tarixində unudulmayan əsərlərdir.

 

Tədbirin bədii hissəsində musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəyovun "Çahargah"  muğamı, universitetin İncəsənət fakültəsinin tələbəsi İlkin Abdullayevin ifasında  "Arşın mal  alan"  operettasından  Əsgərin ariyası, həmçinin "Arşın mal  alan"  operettasından həmin fakültənin tələbələri Bəsti Qasımova İlkin Abdullayevin ifasında "Əsgər Gülçöhrənin dueti", sözün əsl mənasında  şedevr sayılan "Koroğlu" operasından "Qızların xoru"  digər əsərlər səslənib.

 

Mina QASIMOVA

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

525-ci qəzet.- 2015.- 18 sentyabr.- S.8.