"Azərbaycan inciləri dünya kitabxanalarında"

 

MİLLİ KİTABXANADA SƏRGİ VƏ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

 

 

Dünən Azərbaycan Milli Kitabxanasında Rusiya Milli Kitabxanasının fondlarında qorunan, ölkəmizə dair dair qiymətli materialların klassiklərimizin əlyazmalarının elektron versiyasının təqdimetmə mərasimi olub.

 

Həmçinin Azərbaycan Bosniya-Herseqovina milli kitabxanaları arasında əməkdaşlıq barədə Memorandumun imzalanma mərasimi "Azərbaycan inciləri dünya kitabxanalarında" adlı sərginin açılışı keçirilib.

 

Tədbiri direktor Kərim Tahirov açaraq IV Bakı Beynəlxalq Kitab sərgi yarmarkasına qatılan qonaqları bir daha salamlayıb, bu gözəl ənənəni alqışlayıb. O, "Azərbaycan inciləri dünya kitabxanalarında" adlı sərgidən bəhs edərkən deyib ki, sərgidə Rusiya Milli Kitabxanasında qorunan Azərbaycana aid kitablarla yanaşı Avstriya, Türkiyə, Özbəkistan   Gürcüstandan gətirilmiş incilər nümayiş olunur.

 

Azərbaycan Yazıçılar Birliyinin katibi  Rəşad Məcid, ADPU-nun professoru Buludxan Xəlilov, AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyeva-Kəngərli tədbirlərlə bağlı fikirlərini bölüşüblər.

 

Rusiya Milli Kitabxanasının direktoru Anton Lixomanov ərəb qrafikasında olan kitablardan  ibarət 6 diski Azərbaycan Milli Kitabxanasına hədiyyə edərək, ölkəmizə məxsus olan sərvətin buraya  qaytarıldığını məmnunluqla söyləyib.

 

Bosniya-Herseqovina Milli Kitabxanasının direktoru İsmət Ovcina imzalanan Memorandumun əhəmiyyətini qeyd edərək, həmkarlarına uğurlar arzulayıb.

525-ci qəzet.- 2015.- 18 sentyabr.- S.7.